Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix31.10.2018
ölçüsü1,21 Mb.
#76970
1   ...   9   10   11   12   13   14   15   16   17

 

                                                

 

29 



 

Elçin Əfəndiyev həyata və insana müasirlik, yetkinlik və  əxlaqi 

- mənəvi zənginlik baxımından yanaĢır. Psixoloji yekrənglik və 

birtərəfliliyi  tənqid  edir,  adi  adamların  həyatında  müĢahidə 

etdiyi  qeyri-adiliyin  gözəlliyi,  Ģeiriyyəti  haqqında  hekayələr 

söyləyir, ―gözəllik uzaqda deyil, həyatımızda, məiĢətimizdədir‖ 

–  prinsipi  ilə  hərəkət  edərək  adi  adamların  daxilində  gizlədib, 

xəlvətdə  saxladığı  mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik 

sərvətə  çevirir.  Hörmətli  qonaqlar,  bildiyimiz  kimi  Ģairlərimiz  

Elçin  Əfəndiyevin  yaradıcılığından  bəhs  edən  çoxlu  Ģeirlər 

yazıblar.  Gəlin  oxucumuzun  ifasında  M.Əzizin  Elçin 

Əfəndiyevin ―Əncir ağacı‖ kitabına yazılmıĢ Ģeiri oxucumuzun 

ifasında dinləyək. 

Oxucu: 


 

Bir zaman Elçinin duyğularından 

Xəyal tək ötürdü ―Əncir ağacı‖ 

Boyu uzanırdı gündə bir qarıĢ, 

Ərsəyə yetirdi ―Əncir ağacı‖ 

 

RiĢəsi qalxırdı yerin təkindən, 



Ayırmaq olmazdı onu kökündən, 

ĠĢıqlı dünyaya çıxdığı gündən, 

Min əldə gəzirdi ―Əncir ağacı‖ 

 

Qayatək durmuĢdu tufan içində, 



Dağa bənzəyirdi duman içində

Kitab rəflərindən bir an içində 

Əriyib itirdi ―Əncir ağacı‖ 

 

Önündə milyon diz çökürdü onun



Rəssamlar rəsmini çəkirdi onun

Hərə öz evində əkirdi onu

ġimalda bitirdi ―Əncir ağacı‖. 

 

Alın yazısı var yarpaqlarında, 



Dadı yüz millətin damarlarında, 

Əncirlə bərabər budaqlarında 

                            Mükafat gətirdi ―Əncir ağacı‖  

 



 

                                                

 

30 



 

I Aparıcı:              ―Bədii-estetik gözlənilməzlik‖ – bu söz birləĢməsi xalq yazıçısı 

Elçin  Əfəndiyevin    zəngin  bədii  yaradıcılığını  səciyyələndirən 

ən dəqiq ifadələrdən biridir. 1960-cı illərin sonu, 70-ci illər, 80-

cı illərin əvvəlləri... Elçin Əfəndiyevin artıq XX əsr Azərbaycan 

ədəbiyyatının qızıl fonduna daxil olmuĢ ―Qatar. Pikasso. Latur. 

1968.‖ ―On ildən sonra‖, ―BaladadaĢın ilk məhəbbəti‖, ―Parisdə 

avtomobil  qəzası‖  və  s.  kimi  hekayələri,  ―Bir  görüĢün 

tarixçəsi‖,  ―Toyuğun  diri  qalması‖,  ―Dolça‖  kimi  povestləri 

meydana  çıxdı.  Ədəbiyyatımıza  yeni  nəfəs  gətirən  bu  əsərlər 

Elçin  Əfəndiyevi  müxtəlif  dilli  geniĢ  oxucu  auditoriyasına 

müasir  mövzular  yazıçısı  kimi  tanıtdı.  Yaradıcılığı  çoxcəhətli 

bədii tapıntı, orijinal rəng və boyalar üzərindən keçən yazıçı, bir 

qayda olaraq, əsərlərinin məzmununu müasir həyatdan, gəncliyi 

düĢündürən, narahat edən, bizim günlər üçün səciyyəvi və tipik 

görünən  problemlərdən  alır.  Çünki  Elçin  Əfəndiyev  müasir 

həyatla  yaĢayır,  onun  axar  və  istiqamətini  dərindən  duyur, 

zəhmət adamlarının arzusunu, duyğu və düĢüncəsini ifadə edir, 

gah  əxlaqi-mənəvi  təmizlikdən,  fədakarlıq  və  qayğıkeĢlikdən, 

gah  da  xalqa,  ucsuz-bucaqsız  Vətənimizə  məhəbbətdən  yazır. 

Elçin  Əfəndiyev  yazarkən  dövrün  ideya-estetik  tələbi 

səviyyəsində  dayanır,  çox  hallarda  fikir  və  düĢüncəsini, 

psixologiyasını  xırda,  amma  mənalı  lövhə  və  detallarda  açır. 

Mənəviyyata,  hiss  və  duyğuya  təsir  etmək,  oxucunu 

düĢündürmək və fikrən hərəkətə gətirmək üçün yazıçı sözün və 

bədii  təsvirin  imkanlarından  yaradıcı  Ģəkildə  istifadə  edir. 

Yazıçı  bəzən  hekayənin  sujetinə  məlum  əfsanə,  nağıl  və 

rəvayətlərin motivini axıdır. 

II Aparıcı:           Bəli,  yazıçı  canlı,  biçimli  və  ürəyəyatımlı  obrazlar  yaradır. 

Onun  hekayə  və  povestlərində  surətlər  həyatın  axarından 

çıxmır, öz daxili məntiqləri ilə hərəkət edir, cizgilərinin bolluğu 

ilə  fərqlənirlər.  Elçin  Əfəndiyev  hekayələrində  rəmz  və 

Ģərtilikdən,  öz-özü  ilə  söhbət  və  daxili  dialoqlardan,  tutarlı 

məcaz,  əfsanə  və  nağıl  ünsürlərindən  sıx-sıx  istifadə  edir. 

Bunlar da əsərlərə bədii məziyyət və hərarət gətirir, təsiri, dilin 

Ģirinlik  və  oynaqlığını  artırır.  Yazıçı  boya  zənginliyini,  sözü 

çalarlı  axara  salmağı  sevir,  təbiətin,  hissin  və  duyğunun 

rənglərindən  yerində  və  məqamında  istifadə  edir.  Rəng  Elçin 




 

                                                

 

31 



 

Əfəndiyevin əsərlərində bədii-estetik, ideya-fəlsəfi yük daĢıyır, 

əhvali-ruhiyyənin,  düĢüncə  və  münasibətin,  müəllif  amalının 

açılmasına kömək edir.  

I Aparıcı:      

Mənəviyyata,  hiss  və  duyğuya  təsir  etmək,  oxucunu 

düĢündürmək və fikrən hərəkətə gətirmək üçün yazıçı sözün və 

bədii  təsvirin  imkanlarından  yaradıcı  Ģəkildə  istifadə  edir.  O, 

bəzən  hekayənin  sujetinə  məlum  əfsanə,  nağıl  və  rəvayətlərin 

motivini  axıdır.  Bunlar  da  dövrün  cari  həqiqəti,  həyati  bir 

mətləbi ilə vəhdət təĢkil edir və ideya, müəllif amalı müasirliklə 

aĢılanır.  Elçin  Əfəndiyevin  adi  ədəbiyyat  yaradıcılığında  bədii 

dili xüsusi iĢ görür. Yazıçı elita deyilən zümrəni kənara qoyub 

cəmiyyətin  alt  qatına,  saf,  təmənnasız,  zəhmətkeĢ,  torpaq  kimi 

əməksevər insanlara üz tutanda onlarla öz gündəlik ailə-məiĢət 

dillərində  ünsiyyətə  girir.  Ədəbilik  möhürü  ilə  aliləĢdirilən, 

bəkağətlə  saydırılan  nitqin  üzündən,  necə  deyərlər,  ənliyini- 

kirĢanını  silir.  AbĢeron  camaatının  evdə,  küçədə,  məclisdə 

iĢlətdiyi  danıĢığın  dadını-duzunu  eynən  çatdıran  təbiiliyi 

saxlayır. Ədəbilik pərdəsinin parıltılı cilasını təmizləyir və canlı 

dil Mirzə Cəlil dilinin sadəlik gücü ilə görünür.  

II Aparıcı:        

Bəli, əsərin gücü oxunuĢundadır. Rəvan oxumaq, həvəslə 

oxumaq Elçin Əfəndiyevin istedadına rəvac verən əsas gücdür. 

Yazıçı  Elçin  ana  dilinin  bilicisidir.  Elçin  Əfəndiyev  istedadlı 

söz  ustası kimi,  təbii  ki,  Azərbaycan türkcəsinin  bütün  zəriflik 

və 

gözəlliklərinə  bələddir.  Onun  AbĢeron  mövzuları 



ədəbiyyatımızın 

Ģedevrlərindən 

sayılır. 

Əsərlərindəki 

obrazlardan biri də yazıçı özüdür. O, obrazları ilə yazıçıdan çox, 

həmkar kimi danıĢır. Elçin Əfəndiyev  hər əsərinə görə, hətta bir 

əsərdəki hər obraza görə özünü, öz dilini xüsusi kökləyir. Ona 

görə  Elçin  Əfəndiyev  çox  oxunan  yazıçılardandır.  Ənənəvi 

ədəbiyyatımızda buna xəlqilik deyiblər. Əgər yaradıcılığın boyu 

min obraz yaradıb hərəsini öz dili ilə danıĢdırırsansa, deməli sən 

min  nəfərin  düĢüncə  aləminə  girə  bilmisən.  Bu  humanizmdir, 

psixoloq  səriĢtəsidir  –  yazıçının  əsl  yazıçı  keyfiyyəti  də 

humanizmdir, psixoloq idrakıdır. Elçin Əfəndiyev  hər mövzuya 

görə dilini xüsusi kökləyə bilir. 

I Aparıcı:         

Kimsə hərdən bir adiyə bədii obraz pasportu verəndə Elçin 




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə