Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»


II FƏSIL. AZƏRBAYCAN RESPUBLIKASINDA REGİONUN İQTİSADİ İNKIŞAFINDA ƏSAS İSTİQAMƏTLƏR VƏ DAVAMLI İQTİSADİ İNKIŞAFIN MÖVCUD VƏZİYYƏTİ



Yüklə 0,65 Mb.
səhifə3/7
tarix27.03.2018
ölçüsü0,65 Mb.
#34897
1   2   3   4   5   6   7

II FƏSIL. AZƏRBAYCAN RESPUBLIKASINDA REGİONUN İQTİSADİ İNKIŞAFINDA ƏSAS İSTİQAMƏTLƏR VƏ DAVAMLI İQTİSADİ İNKIŞAFIN MÖVCUD VƏZİYYƏTİ

2.1 Azərbaycan respublikası regionlarının iqtisadi inkişafının əsas istiqamətləri və iqtisadi inkişaf mərhələləri

Qərbin yüksək səviyyədə inkişaf etmiş, sənayeləşmiş ölkələrinin təcrübəsində regional siyasətin əsasında zəif səviyyədə inkişaf etmiş ərazilərin inkişafı, həmçinin iri sənaye aqlomerasiyaların desentralizasiyası istifadə edilir.

Regionların iqtisadi inkişafının istiqamətlərindən biri depressiv köhnə sənaye regionlarının inkişaf etdirilməsidir. Bildiyimiz kimi, depressiv regionlar əvvəllər yüksək inkişaf etmiş, sonradan bəzi səbəblər ucbatından tənəzzülə uğramışdır.

Digər istiqamət zəif inkişaf etmiş sahələrin, regionların stimullaşdırılmasıdır. Depressiv regionlardan fərqli olaraq zəif inkişaf etmiş regionların heç biri istehsalın təmərküzləşdirilməsi yeri kimi fəaliyyət göstərməmişdir. Bir sıra zəif inkişaf etmiş regionlar iqtisadi əlaqələr baxımından “neytral” qalır. Bunun səbəbi onların bazarla rəqabətə davam gətirməməsi və çox nadir hallarda məskunlaşmalarıdır.

Zəif inkişaf etmiş regionların stimullaşdırılması proqram çərçivəsində müxtəlif güzəştlərin, subsidiyaların və nəqliyyat infrastrukturunun, xidmət sferasının, texnopolislərin və s. inkişafına imtiyazların tətbiq olunması vasitəsilə həyata keçirilir.

Son olaraq, regionların iqtisadi inkişafının istiqamətinə misal olaraq meqapolislərin, aqlomerasiyaların inkişafının tənzimlənməsini göstərmək olar. Əslində bu istiqamət həm ən köhnə, həm də nisbətən səmərəsiz istiqamətdir.

Müstəqilliyin ilk illəri tənəzzül dövrü olub, 1991-1994-cü illəri əhatə edir. 1994-cü ildə imzalanmış “əsrin müqaviləsi” Azərbaycan Respublikası tarixində yeni mərhələnin əsasını qoydu. Bu müqavilənin icrasına başlanılması xarici investisiyanın ölkəyə gətirilməsinə güclü təkan verdi. Uğurlu neft strategiyasının reallaşdırılması nəticəsində neft və qaz sektorunda gəlirlər ilbəil artırdı. Bu strategiya yeni yaranan dövlətin büdcəsi üçün, iqtisadi sabitliyə yiyələnmək üçün əhəmiyyətli addım idi. Ancaq, regionlar üzrə disproporsiyaların yaranması, qeyri-neft sektoruna diqqətin azalması kimi mənfi nəticələrin yaranması qaçınılmaz idi.

1995-ci ildən etibarən makroiqtisadi sabitləşdirmə və struktur islahatları üzrə beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə köməyi ilə proqram reallaşdırılmışdı. Proqramın ilk mərhələsi ölkədə makroiqtisadi sabitliyin dayanıqlı vəziyyətə gətirilməsi yönündə tədbirlərin həyata keçirilməsini əhatə edirdi.

Sabitləşdirmə proqramının uğurla reallaşdırılması islahatların yeni mərhələsinin keyfiyyətcə daha yaxşı - struktur islahatları mərhələsinin başlanmasına əlverişli şərait yaratdı.

1995-1998-ci illərdə Azərbaycan Respublikasında  dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı həyata keçirildi. Bu islahatlar ölkədə torpaq bazarının fəaliyyəti üçün zəruri iqtisadi-hüquqi yaranmasına şərait yaratdı.

Heydər Əliyevin uğurlu siyasəti nəticəsində 1996-1997-ci illərdən etibarən iqtisadiyyatın bütün sahələri böhranda çıxmış, siyasi sabitlik, əmin-amanlıq təmin olunmuş, əhalinin həyat səviyyəsinin aşağı düçməsinin qarşısı alınmış, bürün makroiqtisadi göstəricilər sabitlənmiş və digər əsaslı dəyişikliklər başş vermişdir. Bu isə öz növbəsində ölkədə sosial-iqtisadi siyasəti dəyişməyə, təkmilləşdirməyə şərait yaratmışdır.

1997-2001-ci illəri əhatə edən sosial-iqtisadi inkişafın qısa və orta müddətli məqsədli proqramlarla tənzimlənməsi dövrü davamlı inkişafı təmin etmək və bazar iqtisadiyyatına keçid məqsədini daşıyırdı. Bu mərhələ geniş miqyasda sosial-iqtisadi inkişafın tənzimlənməsinə keçid xüsusiyyəti daşıyır və əhalinin həyat səviyyəsinin, bütün ölkədaxili regionların, sahələrin inkişaf səviyyəsinin yüksəldilməsi üçün dövlətin təsir dairəsini genişləndirdi. Həmçinin, bu mərhələdə inkişaf səviyyəsinə görə geridə qalan, “problemli regionların” inkişafına dövlət xüsusi qayğı göstərirdi.

Bu mərhələnin başlanması dövlətin orta müddətli məqsədli proqramlarının qəbul olunması fəaliyyətləri ilə bağlıdır. Bu fəaliyyətlərə “Dövlət sektoruna investisiya qoyuluşunun orta müddətli proqramı”nı, “Azərbaycan Respublikasında iqtisadi yüksəliş və struktur yenidənqurması üzrə orta məqsədli proqram”ı, “1997-2000-ci illərdə kiçik və orta sahibkarlığa kömək Dövlət Proqramı”nı və s. misal göstərmək olar.

2001-2002–ci illərdə davamlı iqtisadi inkişaf meylləri bütün əsas sahələri əhatə etdiyi üçün iqtisadiyyatın inkişafının dövlət tərəfindən məqsədli tənzimləmə metod və vasitələri əvvəlki illərə nisbətən daha geniş xarakter daşıyırdı. Buna sübut kimi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” göstərilə bilər.

Qeyd olunan mərhələlər sosial-iqtisadi inkişafın dövlət tərəfindən tənzimlənməsinin uzunmüddətli sosial-iqtisadi planlarının, strategiyasının yaranmasına zəmin yaratmış, bu strategiyaya müvafiq olaraq bir sıra dövlər proqramları təsdiqlənmiş, prezident fərmanları verilmişdir.

Regionlarda iqtisadi, təbii potensialdan və əmək ehtiyatlarından səmərəli istifadə etmək, yoxsulluğun səviyyəsini azaltmaq, əhalinin məşğulluğunu artırmaq, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək, infrastrukturu yeniləşdirmək, aqrar sektorda islahatları dərinləşdirmək, yeni iş yerləri yaratmaq, müasir tipli müəssisələr təsis etmək istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 11 fevral 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiqlənmişdir.

Bu proqramda ilk əvvəl müstəqillik illərində Azərbaycanın iqtisadi inkişafı, bazar iqtisadiyyatına keçidlə əlaqədar qazanılmış nailiyyətlər qiymətləndirilir, təhlil olunur və ümumi nəticəyə gəlinir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, maliyyə imkanları genişlənmişdir. Bu səbəbdən qarşıya daha əsaslı məqsədlər, vəzifələr qoymaq, sosial proqlemləri daha effektiv şəkildə həll etmək lazımdır. Bunlardan başqa ölkə həyatında hələ də həll edilməmiş problemlər vardır ki, əsas diqqəti bu problemlərin həllinə yönəltmək vacibdir. Bu problemlərdən başlıcası Azərbaycanın sənaye potensialının və bununla əlaqədar infrastrukturun paytaxt Bakı ərazisində tarixən cəmlənməsi, digər regionların isə sosial, iqtisadi obyektlərinin fəaliyyət göstərməməsi, onlara lazımı diqqətin ayrılmaması ilə əlaqədardır. Qeyd edilən bu problemin məntiqi davamı kimi, urbanizasiya prosesinin, əhalinin sosial vəziyyət, məşğulluq məqsədilə rayonlardan paytaxta axını sürətlənmiş, regionların inkişafı ləngimiş, respublikanın sosial-iqtisadi inkişafı və məhsul ixrac imkanları nisbətən məhdudlaşmış, əhalinin ərzaq məhsulları və xidmət sahələrilə təminatında çətinliklər yaranmış, Bakı şəhərində ekoloji vəziyyət ağırlaşmışdır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” Azərbaycan regionlarının bütövlükdə, əsasən də Bakı şəhərindən kənarda olan ərazilərin inkişafını nəzərdə tutan regionların inkişafında və regional siyasətdə keyfiyyətcə yeni dövrün başlanğıcıdır.

Qeyd edilən dövrdə olan regional siyasətin ən vacib xüsusiyyəti, mövcud potensialdan səmərəli istifadə etmək üçün inkişaf dərəcəsindən asılı olaraq rayonlar qrupuna diferensial formada baxılması, iqtisadiyyatı mövcud imkanlarla müqayisədə geridə qalmış regionların daha sürətlə inkişafının təmin edilməsidir.

Dövlət Proqramında istehsal və xidmət sahələrinin inkişafı regionların hərtərəfli inkişafını təmin etmək üçün bir növ növbələşdirilir. Bu səbəblə proqramda sosial-iqtisadi inkişaf məqsədilə yerinə yetirilməsi mühüm sayılan tədbirlər 2 qrupda cəmlənir:



  1. Reallaşdırılması nəzərdə tutulan tədbirlər və bununla başlı siyasət;

  2. Reallaşdırılması dövlət tərəfindən dəstəklənən tədbirlər və bununla bağlı siyasət.

Birinci qrup – 2004-2008-ci illərdə ayrı-ayrı regionlarda dövlətin köməyilə görülməli olan tədbirlər və inkişafınəzərdə tutulan sahələri, onlarla bağlı dövlət siyasətini əhatə edir. Bunlar keçmişdə inkişaf etmiş, hazırda isə bərpası və inkişafı ucuz və tez başa gələ bilən, yaxud da inkişafı olduqca vacib olan istehsal və xidmət sahələri kompleksidir.

İkinci qrup – yaxın perspektivdə mövcud şəraitdən və təbii sərvətdən istifadə etməklə istehsalın yeni strukturda inkişafına şərait yaratmaq məqsədilə yeni xidmət və istehsal sahələrinin işə salınmasının dəstəklənməsidir.

İlham Əliyevin hakimiyyəti dövründə yerinə yetirilən qeyd etdiyimiz dövlət proqramı əslində Heydər Əliyev siyasətinin məntiqi davamıdır. İlham Əliyevin hakimiyyətə gəlməsi ilə regionların inkişafı ilə əlaqədar məsələlərə daha da geniş miqyaslı şəkildə, uzunmüddətli proqramlar vasitəsilə diqqət yetirildi.

Regionların inkişafına dair yuxarıda qeyd etdiyimiz birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də ikinci konsepsiya - «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiqləndi ki, bu proqramda da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirildi.

Son 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrıldı ki,bu investisiyalar da öz növbəsində bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən mühüm şərti-infrastrukturun yenidən qurulmasını və inkişafını təmin etmiş oldu.

Regionların inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində dövlət tərəfindən bölgələrə yatırılan investisiyaların həcmi ildən-ilə daha da artırılmışdır. Bu proqramın reallaşdırılmasının dörd ili ərzində (2009-2012) regionların inkişafına ümumi 14,5 milyard manat dövlət investisiyası yönəldilmişdir. 2013-cü il üçün isə regionlar üçün ölkə üzrə əsaslı vəsait qoyuluşunun 77 faizi və ya 5,3 milyard manat vəsait ayrılmışdır.

Regionların inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrdə kütləvi işsizlik problemi aradan qaldırıldı. Qeyd edilən 10 ildə ölkədə açılan 1 milyon 100 mindən çox yeni iş yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşmüşdür ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarmışdır.

Regionların sosial-iqtisadi inkişafına qeyd edilən 10 ildə həyata keçirilmiş iki proqram çərçivəsində Azərbaycanın bölgələrində tikilən və yenidən qurulan sosial obyektlərin- məktəblərin, kitabxanaların, xəstəxanaların,uşaq bağçalarının və s. sayı minlərlədir.

Regionların inkişafı məqsədilə qəbul edilmiş və həyata keçirilmiş dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədəsahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,yeni müəssisələrin və iş yerlərinin açılmasına, investisiya qoyuluşunun artmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Prezident İlham Əliyev 2014-cü il fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda üçüncü dövlət proqramının qəbulunun gözlənildiyini bildirmişdir.

Dövlətimizin başçısı bu bəyanatdan sonra, həmin il fevralın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Fərman imzalamışdır. Fərmana əsasən, ölkədə növbəti illərdəqeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, iqtisadiyyatın diversifikasiyasının, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

Bu proqramda qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşlarının artması, sənaye parklarına yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi, bölgələrə sərmayə qoyuluşlarına xarici investorların cəlb edilməsi, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi nəzərdə tutulmuşdur.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsindəixracyönümlü, rəqabət qabiliyyətli və yüksək keyfiyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bu sahədə reallaşdırılan dövlət siyasətidövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə, sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına yönəldiləcəkdir.

Azərbaycanda dəqiq hədəflərə hesablanan iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi yeni perspektivlərə yol açmışdır. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında ciddi vəzifələrdən biri kimi dayanır. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.


2.2. Azərbaycanda regional inkişafın mövcud vəziyyətinin GZİT təhlili və dəyələndirilməsi

GZİT analiz dedikdə, nəzərdən keçirilən ölkənin, quruluşun, sektorun, vəziyyətin və prosesin zəif və güclü tərəflərinin müəyyən edilməsi, xarici amillərdən qaynaqlanan təhlükə və imkanların müəyyən edilməsi məqsədilə istifadə edilən üsul nəzərdə tutulur. GZİT təhlili həm ölkə rəhbərliyi, həm yerli və xarici investorlar, həm də ölkə iqtisadiyyatı haqqında ümumi olaraq məlumat almaq istəyənlər tərəfindən istifadə edilir. Ölkə səviyyəsində GZİT təhlil vasitəsilə ölkə iqtisadiyyatının potensial imkanları, ayrı-ayrı sektorların inkişaf səviyyələri, istiqamətləri və s. müəyyənləşdirilir.

Qeyd etdiyimiz GZİT təhlil vasitəsilə Azərbaycan iqtisadiyyatını analiz edəcəyik. Təhlil zamanı metod olaraq ölkə iqtisadiyyatının zəif və güclü tərəfləri; iqtisadiyyat və qeyri-iqtisadiyyat; makro iqtisadi, sektoral-regional və iqtisadiyyat xaric olaraq analiz ediləcəkdir.

Makroiqtisadiyyatın tərkib hissəsi kimi regional iqtisadiyyatın inkişafının tənzimlənməsi bazar iqtisadiyyatının mahiyyətindən irəli gəlir. Ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində 1993-cü ildən başlayaraq iqtisadiyyat transformasiyaya uğrayıb, 1996-cı ildən başlayaraq inflyasiya cilovlanmağa başlayıb və ölkə iqtisadiyyatı makroiqtisadi sabaitliyin bərqərar olunması yolunda inamla addımlayıb. 1998-2003-cü ilddərdə orta hesabla 10 faiz ümumi daxili məhsulda artım müşahidə olunub. Daha sonra 2004-cü ildən 2013-cü illərə qədərki dövrü əhatə edən I və II Dövlət Proqramları, bu illərədə sosial-iqtisadi inkişafın sürətlənməsinə dair qəbul edilmiş digər normativ-hüquqi sənədlər və bu istiqamətdə aparılmış tədbirlərin uğurlu icrası ölkənin sosial iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, qeyri-neft sektorunun davamlı inkişafına, regional xidmət və sosial infrastruktur təminatının keyfiyyətinin və həcminin yüksəldilməsinə təkan verdi, iqtisadiyyata daxili investisiya qoyuluşlarının artmasında, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasında mühüm rol oynadı.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Bu Konsepsiyada bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, insan inkişaf konsepsiyası, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya əsas götürülməklə sosial-iqtisadi sahələrin kompleks inkişafına kompleks yanaşma prinsipləri əsas götürülmüşdür.

Azərbaycanda regional inkişaf tədbirləri nəticəsində müstəqillik illərində ölkə iqtisadiyyatının davamlı yüksəlişi və qeyd edilən illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı təmin edilmiş, respublikamız ümumi daxili məhsulunun artımına yiyələnmişdir.



5Cədvəl 1. Ümumi daxili məhsulun göstərilən illər üzrə statistik göstəriciləri




CƏMİ

ADAMBAŞINA

Milyon manatla

Milyon dollarla

Milyon avro ilə

Manatla

Dollarla

Avro ilə

1991

0,5

703,1

-

0,1

98,3

-

1992

4,8

1309,8

-

0,7

108,4

-

1993

31,4

1326,9

-

4,3

179,9

-

1994

374,7

1629,3

-

50,1

217,9

-

1995

2133,8

2415,2

-

282,1

310,3

-

1996

2732,6

3180,8

-

357,2

416,1

-

1997

3158,3

3960,7

-

409,2

513,2

-

1998

3440,6

4446,4

-

441,5

570,6

-

1999

3775,1

4583,7

-

480,1

582,9

-

2000

4718,1

5272,8

-

593,2

662,9

-

2001

5315,6

5707,7

-

661,7

710,5

-

2002

6062,5

6235,9

6603,3

747,5

768,9

814,2

2003

7146,5

7276,0

6431,9

872,7

888,5

785,4

2004

8530,2

8680,4

6980,0

1030,4

1048,5

843,2

2005

12522,5

13238,7

10603,3

1494,3

1579,8

1265,3

2006

18746,2

20983,0

16713,8

2208,2

2471,6

1968,8

2007

28360,5

33050,3

24126,3

3296,6

3841,7

2804,,4

2008

40137,2

48852,5

33174,0

4603,7

5603,3

3805,1

2009

35601,5

44297,0

31738,9

4033,2

5018,2

3595,6

2010

42465,0

52909,3

39952,0

4753,0

5922,0

4471,7

2011

52082,0

65951,6

47377,4

5752,9

7285,0

5233,3

2012

5474370

68730,9

53439,2

5884,5

7490,5

5823,9

2013

58182,0

73560,5

55371,5

6207,3

7912,5

5956,0

2014

59014,1

75234,7

63002,1

6227,2

7938,6

6647,8

2015

54352.0

34841,0

32170,5

5665,8

3631,9

3353,5

2016

-

-

-

-

-

-

Cədvəldən də göründüyü kimi, ÜDM hər il artmaqda davam etmişdir. 2004-cü ildən 2015-ci ilədək ÜDM-in həcmi 6,4 dəfə artaraq 54352 manat, adambaşına düşən ÜDM-in həcmi isə 5,5 dəfə artaraq 5665,8 manat olmuşdur. Büdcə xərcləri isə 2004-ü ildən 2009-cu ilədək təxminən 7 dəfə artaraq 1503,7 mln.manatdan 10503,9 mln. manat olmuşdur.

Bundan başqa, regionlar üzrə məhsul istehsalının ümumi həcminin, sənaye sənaye məhsulunun istehsalının təhlilinə nəzər salsaq, görərik ki, 2000-2008-ci illərdə Respublikada sənaye məhsulu istehsalının artım tempi 8,1 dəfə, o cümlədən Bakı şəhərində 9,7 dəfə, ölkınin digər regionları üzrə 3,3 dəfə, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4,5 dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7,6 dəfə, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 16,4 dəfə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 51.3 dəfə, Lənkəran iqtisadi rayonu üzrə,4,5 dəfə, Aran iqtisadi rayonu üzrə 2,2 dəfə, Abşeron iqtisadi rayonu üzrə 3,8 dəfə, Naxçıvan iqtisadi rayonu üzrə 11,9 dəfə artmışdır. Regionlarda, ümumiyyətlə, ölkə ərazisində istehsalın artımını aşağıdakı cədvəldə olan statistik məlumatlarla daha yaxşı görmək olar:6

Regionlar üzrə iqtisadiyyatın əsas sahələrində (2006-2016-cı illər) məhsul istehsalı cədvəlinə nəzər keçirsək görərik ki, bütövlükdə ölkədə bu illər ərzində məhsul istehsalı 2,43 dəfə artmış, regionlar üzrə isə bu göstərici 3,32 dəfədir.


7 Cədvəl 2. 2006-2016-cı illər üzrə, regionlar üzrə iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı (cari qiymətlərlə, min manatla)

Göstərici

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016

Azərbaycan üzrə - cəmi (min manat)

25236000.0

34793272.4

46682665.7

39375794.3

48501000.0

58831612.8

62334758.3

65951600.0

66566600.0

61354700.0

-

Bakı üzrə (min manat)

20086151.1

27914409.0

37064040.5

28290617.8

35295930.4

43121208.7

44297119.8

43655578.7

44480229.4

39537344.1

-

Rayonlar üzrə cəmi (min manat)

5149848.9

6878863.4

9618625.2

8950799.4

10425333.6

13652888.7

15672231.6

16776747.3

16574504.4

17084442.5

-

Abşeron iqtisadi rayonu (min manat)

489131.5

674710.8

1011774.7

668658.7

692609.3

1020993.8

1192140.5

1359591.2

1526696.5

1494563.3

-

Gəncə-Qazax iqtisadi rayonu (min manat)

989887.8

1184381.7

1610256.4

1554910.9

1835529.7

2230552.1

2561727.6

2754578.7

2694487.9

2742998.8

-



Şəki-Zaqatala iqtisadi rayonu (min manat)

349063.7

529925.1

712131.2

674469.0

786160.7

1080825.2

1480785.1

1393093.8

1018064.8

1136240.2

-

Lənkəran iqtisadi rayonu (min manat)

464831.3

606538.4

756855.1

732656.9

836757.1

1009421.9

1123032.3

1257464.6

1343827.3

1468261.5

-

Quba-Xaçmaz iqtisadi rayonu (min manat)

427171.7

613910.7

1116571.4

851506.9

1104363.3

1310364.5

1319045.8

1314471.1

1245821.2

1237588.8

-

Aran iqtisadi rayonu (min manat)

1656253.0

2155291.7

2800825.6

2675400.9

2973691.0

3877501.9

4335390.2

4838462.7

4860445.5

4927643.2

-

Yuxarı Qarabağ iqtisadi rayonu (min manat)

134301.6

227569.1

302621.1

221592.1

274002.3

306133.8

371271.6

371858.6

414514.1

384961.7

-


Kəlbəcər-Laçın iqtisadi rayonu (min manat)

15875.7

16057.8

19935.4

22434.1

26196.5

58785.1

81940.9

99189.4

69356.9

70005.1

-

Dağlıq Şirvan iqtisadi rayonu (min manat)

168387.4

240734.1

352698.2

388960.3

430440.8

463313.4

527379.9

533306.9

549930.5

597544.1

-

Naxçıvan iqtisadi rayonu (min manat)

454945.2

629744.0

934956.1

1159209.8

1465582.9

2294996.8

2679517.7

2873260.6

2851359.5

3024635.9

-

Ümumilikdə, ölkə iqtisadiyyatını kompleks şəkildə təhlil edərək ölkə iqtisadiyyatında regional inkişafın aşağıdakı güclü və zəif tərəflərini göstərmək olar.



  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə