Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə21/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

 
 
55 
 
İfaçılıq sənəti UOT: 786.8 Əhsən Rəhmanlı, Elçin Nağıyev - Qarmon ifaçılığında Firuz Babaşovun xidməti  
Firuz  tələbəlik  illərində  Nərimanov  rayon  pioner  və  məktəblillər  evində,  o 
cümlədən Bakının bir neçə mədəniyyət sarayındakı özfəaliyyət rəqs kollektivlərində 
dostu,  nağaraçalan  Heybət  Babayevlə  birlikdə  müşayiətçi  işləmişdir.  Bundan  başqa 
ona müraciət edən qarmon öyrənmək istəyənlərə kirayə qaldığı evlərdə dərs keçirdi. 
F.Babaşov  yay  tətili  zamanı  doğma  rayona  gedər  və  gənclik  eşqilə  sənət 
işlədərək  toylarda  çalardı.  Neftçala  toylarının  repertuarı  zəngindir.  Son  50-60  ildə 
belə olub və bu gün də belədir. Bu yerlərdə folklor nümunələri və xalq mahnılarının 
tələbatına görə bu gün nə çıxıbsa, səhər həmin musiqi toyda sifariş verilir. Firuz bu 
tələbatı  ödəyə  bilirdi,  çünki  radioda,  televiziyada  səslənən  və  toylarda  gərək  olan 
bütün materialı yerli-yerində öyrənib çalırdı. Odur ki, ilk sənət illərindən o, doğma 
el-obasında  qəbul  olunan,  sayılıb-seçilən,  sevilən  musiqiçi  oldu  və  rəğbətlə  
qarşılandı. 
 Qeyd etmişik ki, Neftçalada ondan əvvəl də qarmonçalanlar olmuşdur. Lakin 
onların  heç  biri  Firuz  səviyyəsinə  gəlib  çatmamışdır.  Firuz  doğma  rayonda 
tanınanda,  orada  onunla  eyni  dövrün  qarmonçalanları  da  var  idi.  Lakin  peşəkar 
sənəti, yüksək ifası və maraqlı çalğı manerası ilə Neftçala əhalisinə qarmonu aparıcı, 
əsas, geniş ifa imkanları olan alət kimi tanıdıb sevdirən F.Babaşov olmuşdur. O, aşıq 
Qurbanxan,  Aşıq  Qulam  və  başqalarının  dəstəsinin  tərkibində  Neftçala  və  ətraf 
rayonların  toylarında  öz  qarmonuna  meydan  vermişdi.  Bu  fəaliyyət  onun  bilik 
səviyyəsini daha da artırmış, o, Şirvan aşıq havalarını mükəmməl bilmişdir. Sonrakı 
mərhələdə  yerli  xanəndələrlə  çalıb-çağırmış,  toy  sahiblərinin  sifarişi  ilə  tez-tez 
Bakıdan dəvət etdiyi xanəndələrlə birlikdə çalışmışdır. 
Firuzun  çevik,  cəld  barmaqları  onun  iti  sürətli  rəqs  havalarını  ifa  etməsinə, 
səviyyəli  musiqi  duyumu  muğamları  öz  qaydasında,  qarmona  məxsus  çalarlarla 
dinləyiciyə çatdırmasına imkan yaradırdı. Onun incə, uzun barmaqları sanki qarmon 
üçün yaranmışdı. O, barmaqlarını qrifdə sərbəst gəzdirir, körükdən ustalıqla istifadə 
edir, qarmondan təmiz tembr alaraq alətin ecazkar səsini hamıya çatdıra bilirdi. Onun 
peşəkar,  nümunəvi  çalğısında,  sərbəstlik,  sərrast,  aydın  fikir  təhvil  vermək  və 
qarmonun  ecazkar  səsini  üzə  çıxarmaq,  sənətini  sevdirmək  ustalığı  var  idi.  Bir 
musiqiçi kimi onun üstün cəhətləri və özünəxas sənət məziyyətləri vardı. O, qarmonu 
əlinə alıb meydana çıxan kimi aləti ram edərək dilləndirir, hamının diqqətini özünə 
çəkib əsl sənəti təqdim və təbliğ edirdi. İfa zamanı onun öz aləmi olurdu, nəzərlərini 
aşağı dikir, qarşı tərəfə baxmır, fikrini yalnız ifa etdiyi mövzuya cəmləşdirirdi. İfaya 
başlayan kimi qarmon onunla dost olur, onun fikirlərini icra edir və sərbəst danışırdı. 
Bu adam qarmon ifaçılığı üçün yaranmışdı. Doğrudan da qarmon onun dost-yoldaşı, 
könül sirdaşı, fikirlərini insanlara çatdıranı idi. Axıra qədər də o, sənətilə, qarmonla 
dost oldu. Elə sənət də etibarlı çıxdı, xəstələnib yatağa düşənə qədər ona dost oldu, 
vəfa, sədaqət gəstərdi.  
Texnikumda  təhsilini  başa  vurandan  sonra  Firuzun  təyinatı  doğma  tədris 
ocağına  –  Bakı  Kitabxanaçılıq  Texnikumuna  verilir.Amma  Firuz  bu  təyinatdan 
imtina  edib  öz  el-obasına  qayıdaraq  Neftçala  uşaq  musiqi  məktəbində  pedaqoji 
fəaliyyətə  başladı.  Ona  olunan  təklifi  qəbul  etməməsinin  bir  səbəbi  rayonda  ata-
anasına  dayaq  olmaq,  ailə  büdcəsinə,  bacı-qardaşlarının  təhsil  alıb  sənət  sahibi 


 
 
56 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
olmasına  kömək  etmək  idisə,  digər  məsələ  Neftçalada  savadlı,  təhsilli  kadr  kimi 
çalışıb qarmon ixtisası tədrisini yüksəltmək və bu sənəti inkişaf etdirmək idi.  
Həmin məktəbdə qarmonun notla tədrisini ilk olaraq Firuz tətbiq edir və bu işi 
yaxşı bildiyi üçün yüksək səviyyəyə qaldırır. İşlədiyi müddətdə xeyli sayda qarmon 
ifaçıları  yetişdirir.  İstedadlı,  savadlı  şagirdlərin  orta  və  ali  tədris  müəssisələrinə 
yönəlməsində  mühüm  rol  oynayır.  Şagirdlərini  orta  ixtisas  məktəblərinə  gətirdiyi 
zaman  onların  not  əsərləri  və  muğamlar  ifa  etmələri  dinlənilərkən,  hər  dəfə  
F.Babaşova  təşəkkür  edilir.  Beləliklə  o,  ifaçılıqda  olduğu  kimi,  pedaqoji  sahədə  də 
özünü  təsdiq  edir,  işinin  keyfiyyəti  ilə  seçilir  və  qarmon  ixtisasının  nümunəvi 
müəllimi  kimi  nəinki  Neftçalada,  həmçinin  ətraf  rayonlarda  da  tanınır.  Mədəniyyət 
Nazirliyi yaxın rayonların qarmon müəllimlərini təcrübə keçmək üçün bir necə dəfə 
Neftçala  uşaq  musiqi  məktəbinə  istiqamətləndirir,  həmin  məktəbdə  onlar  üçün 
seminar keçirilir, Firuz müəllimin təcrübəsi ilə tanışlıq yaradılır. Beləliklə, təcrübəli, 
bacarıqlı  müəllim  olaraq  çoxsaylı,  uğurlu  yetirmələri  ilə  sayılıb-seçilən  F.Babaşov 
ömrünün sonuna qədər öz işini davam etdirir. 
Firuz  müəllim  işlədiyi  müddətdə  qarmon  üçün  nəşr  olunmuş  bütün  metodik 
göstəricilər,  tədris  proqramları,  dərs  vəsaitləri  və  “Qarmon  məktəbi”  kitablarından 
istifadə  edirdi.  Bu  da  özlüyündə  şagirdlərin  daha  səviyyəli  və  hərtərəfli  hazırlığına 
zəmin yaradırdı. 
Bütün  sadalananlar  F.Babaşovun  özünə  qarşı  tələbkarlığının,  pedaqoji  işə 
vicdanla  və  məsuliyyətlə  yanaşmasının,  sənətə,  doğma  musiqiyə  məhəbbətinin 
nəticəsi  idi.  O,  çalışdığı  məktəbdə  şagirdlərdən  ibarət  qamonçalanlar  ansamblı 
yaratmış,  zəngin  repertuar  hazırlamışdı.Bu  ansambl  musiqi  məktəbinin  özündə 
keçirilən  tədbirlərdə,  bayram  günləri  ilə  bağlı təhsil  ocaqlarında,  rayon  mədəniyyət 
sarayında,  istirahət  parkında  konsertlər  verirdi.  Firuz  müəllim  mədəniyət  sarayının 
“Bahar” xalq çalğı alətləri ansamblının da aparıcı üzvü kimi Sovet respublikaları və 
bir  sıra  xarıci  dövlətlərdə  çıxış  etmişdir.  Yetirmələri  onu  həmişə  özlərinə  nümunə 
saymış və fəaliyyətlərini onun kimi çoxşaxəli qurmaq istəmişlər.  
Onun yetirmələri arasında Tahir Zakirov, Əlirza Rzayev, Əlizamin Xankişiyev, 
Səyavuş  Hüseynov,  Səyavuş  Talıbov,  Ramil  Nağıyev,  Seymur  Babaşov,  Samid 
Hüseynov, Ramil Abbasov, Xaqani Quluyev və başqalarının adları qeyd olunmalıdır. 
Tahir  Zakirov  Füruz  müəllimin  ən  uğurlu  yetirməsi,  necə  deyərlər,  onun  “şah 
əsəri”dir. Tahir respublikamızda və onun hüdudlarından kənarda da tanınan qarmon 
ifaçısıdır.  Onun  yetişib  sənət  meydanına  çıxmasında  ustadının  zəhməti  çox  olub. 
T.Zakirov  Əhməd  Bakıxanov  adına  xalq  çalğı  alətləri  ansamblında  və  müxtəlif 
instrumental  qruplarda  çalışmış,  öz  üslubunu  yaratmış,  görkəmli  qarmon  ifaçıları 
arasında özünə əhəmiyyətli yer tutmuşdur.  
Firuz müəllimin oğlu Seymur Babaşov Milli Konservatoriya tərkibində Musiqi 
Kollecinin  qarmon  sinfini  bitirərək  atasının  sənət  yolunu  davam  etdirir.  O,  bir 
müddət  pedaqoji  sahədə  çalışmışdır.  Hazırda  Daxili  Qoşunların  hərbi  orkestrində 
işləyir. 
F.Babaşov  ömrü  başa  vurana  qədər  ifaçılıq  formasını  saxlaya  bilmiş,  sevimli 
sənətkar kimi ad-sanını qorumuş, Neftçala və ətraf rayonların el şənliklərində layiqli 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə