Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 20,81 Kb.
Pdf görüntüsü
səhifə19/40
tarix13.12.2017
ölçüsü20,81 Kb.
#15361
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 
 
49 
 
Aşıqşünaslıq UOT: 780.06 Həcər Məmmədli - «Çoban yaylağı» Peşrovu  
İlk  baxışdan  üç  bəndlik  quruluşda  hər  misra  iki  dəfə  təkrar  olunduğuna  görə 
musiqi  nümunəsinin  həcmi  olduqca  genişlənir. Digər  tərəfdən  qeyd  etmək  lazımdır 
ki, hər misra  mətn etibarilə eynilə təkrarlansa da,  musiqi cümləsinin sonluğu fərqli 
olur.  Belə  ki,  birinci  misra  iki  dəfə  təkrarlanaraq  sual  cümləsini,  ikinci  misra  isə 
cavab cümləsini yaradır. Bu ilk iki misra həm də peşrovun leytmövzusunu təşkil edir. 
İkinci  misranın  təkrarı  zamanı  aşıq  səsini  bir  qədər  oynadaraq  özünəməxsus 
melizmləri,  “bəzək”ləri  ilə  variantlılıq  yaradır.  Vokal  ifadan  sonra  balaban  həmin 
parçanı olduğutək araçalğı kimi səsləndirir.  
Nümunə №1 
 
Növbəti iki misra da eyni qaydada ifa olunduqdan sonra isə instrumental parça 
səslənir.Bu  dəfə  instrumental  parça  bir  qədər  dəyişilmiş  şəkildə  təqdim  olunur.İki 
musiqi cümləsi hər biri iki dəfə keçir.Birinci cümlədə ritmik variantlılıq (triollar) və 
diapazonun  yüksəlməsi  müşahidə  olunur.  Növbəti  dörd  misralıq  kupletin  musiqi 
materialı olduğu kimi qalır, aşıq birinci misranın tərkibinə “alagöz”, “ay canım” kimi 
əlavə sözlər daxil edir. Birinci misranın “bir yar gəlir” ifadəsi tam üç dəfə keçir, bu 
arada  isə  hər  keçiddə  sonluq  fərqli  verilir,  sanki  keçidlər  sual-cavab  formasında 
qurulur.Keçidlərin  sonuna  aşıq  birinci  dəfə  “alagöz”,  ikinci  dəfə  isə  “ay  canım” 
ifadələrini  əlavə  edərək  musiqi  ilə  mətn  arasında  balans  yaradır.  Birinci  misradan 
sonra araçalğı  keçir  və aşıq  növbəti  misranı  yenə  də iki  dəfə  təkrar edərək  periodu 
tamamlayır.  


 
 
50 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Birinci perioddan sonra aşıq dərhal üçüncü misranı səsləndirir. Aşığın ardınca 
balaban  eyni  materialı  olduğu  kimi  təkrar  edərək  növbəti  araçalğını  ifa  edir. 
Dövrdüncü  misranın  ifasından  sonra  aşıq  əvvəldə  istifadə  etdiyi  “alagöz”  və  “ay 
canan” ifadələri üstündə bəzi peşrovlara xas olan keçidi səsləndirir. Bu parçaya Aşıq 
Şərbətin ifasında səslənən “Əlicadi” peşrovunda da rast gəlinir. 
Nümunə №2 
 
Bundan sonra birinci kupletin ardınca səslənən instrumental keçid yenidən ifa 
olunur.Üçüncü  kupletin  iki  misrası  mayənin  zilində  səslənir.Bu  misralar  peşrovun 
kulminasiyasını təşkil edir.Növbəti misralar geri qayıdışı təşkil edərək mayəyə enir 
və  peşrovun  əsas  kadansı  rolunu  oynayan  cümlə  ilə  növbəti  periodu 
tamamlayır.Lakin  bununla  peşrov  tamamlanmır.Yenidən  instrumental  giriş  keçir, 
daha  sonra  aşıq  sonuncu  kupletin  son  iki  misrasını  ifa  edərək  bütün  musiqi 
nümunəsini  tamamlayır.Girişin  sonda  yenidən  keçməsi  isə  musiqiyə  vahid  quruluş 
gətirir. 
Nümunə №3 
 
Təhlil  zamanı  müxtəlif  aşıqların  ifaları  əsas  götürülmüş,  not  misalları 
həmmövcud  tədqiqat  əsərlərindən  əxz  edilmiş,  həm  də  tərəfimizdən  həyata 


 
 
51 
 
Aşıqşünaslıq UOT: 780.06 Həcər Məmmədli - «Çoban yaylağı» Peşrovu  
keçirilmişdir. Bütün araşdırmalar və nəzəri təhlillər onu göstərdi ki, peşrov janrı aşıq 
sənətində silsilə havalar qrupuna aiddir.  
 
ƏDƏBİYYAT: 
1.  Axundova  K.H.  Aşıq  Şamil  Piriyev(metodiki  material).B.:Az.SSR 
Mədəniyyət Nazirliyi, 1988, 36 s. 
2.  Babayev E.Ə. Ənənəvi musiqimiz. B.: Elm, 2001, 116 s.  
3.  Eldarova Ə. M Azərbaycan aşıq sənəti. B.: Elm, 1996. 168 s. 
4.  Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Yazıçı, 1985, 154 
s. 
5.  Köçərliİ.T. Aşıq sənəti:musiqili poetik janrlar. B.: Elm, 2010, 218 s. 
6.  MəmmədovT.A.Azərbaycan  xalq  -  professional  musiqisi:  aşıq  sənəti.  Dərs 
vəsaiti. B.: Şur, 2002, 96 s. 
7.  İmamverdiyev İ.C. Şirvan aşıqlarının saz havaları. B.:Ozan, 2011, 107 s.  
 
 
Гаджар МАМЕДЛИ 
Музыковед 
 
ПЕШРОВ «ЧОБАН ЙАЙЛАГЫ» 
 
Резюме:  В  статье  говорится  о  жанре  Пешров,  который  относится  к 
Ширванскому  ашыгскому  фольклору.  Основными  обсуждаемыми  темами 
статьи  являются  возникновение  жанра  Пешров,  этапы  его  исторического 
развития, его ритмические особенности и характеристика. Авторнотировал 
и широко проанализировал Пешров “Чобан йайлагы” на основе других пешро-
вов. 
Ключевые слова: ашыг, Ширван, пешров, лад, «Чобан йайлагы» 
 
 
Hajar MAMMADLI 
Musicologist 
 
“CHOBAN YAYLAGI” PESHROV 
 
Summary: Summary: The article is devoted to the Peshrov genre belonging to 
folk music of Shirvan's Ashug. The origin, historical development, the exact rhythm 
and characteristics of this genre are the main points of article. Among the peshrovs, 
the author thoroughly analyzed and converted “Choban yaylagi” to notes. 
Key words: ashug, Shirvan, peshrov, mode, “Choban yaylagi” 
 
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva; 
                sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru,  dosent  Cəmilə  Mirzəyeva 


 
 
52 
 
Konservatoriya” jurnalı 2017№2 (36) 
Əhsən RƏHMANLI 
ADMİU-nun 
müəllimi 
  Elçin NAĞIYEV 
AMK-nın baş müəllimi 
 
QARMON İFAÇILIĞINDA FİRUZ BABAŞOVUN XİDMƏTİ 
 
Xülasə:  Məqalədə istedadlı, bacarıqlı qarmon ifaçısı, ixtisas müəllimi kimi 
nümunəvi olan Firuz Babaşovun həyat və  fəaliyyətindən bəhs olunur. Onun 
doğulub boya-başa çatdığı Neftçala rayonunda həm yaxşı ifaçı, həm də  uşaq 
musiqi məktəbində  təcrübəli müəllim kimi çalışaraq göstərdiyi mühüm 
xidmətlər nəzərə çatdırılır. 
Açar sözlər: Firuz Babaşov, qarmon ifaçılığı sənəti, tədris, xalq  musiqisi 
 
Azərbaycan qarmon sənətinin layiqli nümayəndələri çoxdur. Tədqiqat işlərində 
belə sənətkarların fəaliyyətini əks etdirən faktlar, xatirələr və fotoşəkilləri toplayaraq 
yazdığımız  məqalələr  və  çap  olunan  kitablarda  onlar  haqqında  kifayət  qədər  tutarlı 
məlumatlar 
verilib. 
Araşdırmalar 
nəticəsində 
əyalətdə 
yaşayıb-yaradan 
qarmonçalanlar  haqqında  da  xeyli  bilgi  əldə  edərək  onların  xidmətlərinə  də  biganə 
qalmayıb  kitablarda  əks  etdirmişik.  Öncə  onu  bildirək  ki,  Qədim  Salyan  mahalının 
bir  hissəsi  olan  Neftçalada  da  istedadlı  insanlar,  xanəndələr  və  aşıqlar,  müxtəlif 
musiqi alətləri ifaçıları və həmçinin qarmonçalanlar olub. Neftçalada  Kor Nəcəf (o, 
həm  də  tütək,  balaban  və  zurna  ifaçısı  olub),  Əliağa  Rəhimov,  Nəriman  Dadaşov, 
Əlidəmir Kərimov, Həqiqət Qurbanov (o, akkordeon, bayan və klarneti də bacarıqla 
ifa edib), Kor Niftulla,  Adil Nəcəfoğlu və  Əzizağa Əzizov, Salyanda Rza Şıxlarov, 
Əflatun Ağayev, Əlisahib Dadaşov, Saleh Nəzərov, Sadıq Sadıqov, Elman Bədəlov, 
Çingiz  Qurbanov,  Aslan  İlyasov  kimi  qarmonçalanlar  olub.  Bu  bölgədə  son  40-50 
ildə  xeyli  qarmonçalanlar  yetişmişdir.  Belə  bir  peşəkar  ifaçı  və  qarmon  sinfinin 
bacarıqlı, təcrübəli müəllimi olan Firuz Babaşov qarmon ixtisasının tədrisini ucalara 
qaldıranlardan biri olmuşdur. 
Firuz  İmran  oğlu  Babaşov  1946-cı  il  oktyabrın  7-də  Neftçala  rayonunun 
Mirqurbanlı  kəndində  dünyaya  gəlib.  O,  ailənin  ilk  uşağı  və  vüqarı  idi.  Neft 
mədənlərində  fəhlə  işləmiş  İmran  kişi  ömür-gün  yoldaşı  Məhbubə  xanımla  yeddi 
övlad  böyüdüb  oxudaraq  sənət  sahibi  etmiş  və  onları  zəhmətə  alışdıraraq  halallıq 
öyrətmişdir. 
Firuz kiçik yaşlarından qarmon çalmağa başlamışdı. Boş vaxtlarda evdə, yazda, 
yayda bağ-bağatlı, gül-çiçəkli həyətdə hey qarmon çalaraq rahatlıq tapar, evdəkiləri 
və qonum-qonşunu sevindirərdi. 
Onun  istedadı  tam  özünü  təsdiq  etdiyi  və  həvəsi  bəlli  olduğu  üçün  atası  ona 
sənətkar  qarmonu  alır.  Peşəkar  qarmonda  çalmaq  bir  dünya  sevinc  qazanan  Firuz 


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə