Bu proses zamanı qlükoza hələlik
identifikasiya olunma-
yan (müəyyən edilməyən) birləşməyə - «V» çevrilir. Həmin
birləşmə isə, öz növbəsində şikim turşusunun əmələ gəlməsi
üçün başlanğıc material hesab edilir.
Göbələklərin metabolizmində əmələ gələn aralıq
məhsullardan biri də spirtlərdir. Spirtlər, bir çox göbələk
növlərində, xüsusilə də, mukor və fuzarium növlərinə aid
göbələklərdə geniş şəkildə əmələ gələn maddələrdir. Asperqillus
növünə məxsus olan göbələklər də müəyyən miqdarda spirt
əmələ gətirirlər. Fuzarium göbələkləri, nəinki təkcə heksozaları,
onlar həm də pentozaları da qıcqırda bilirlər. Lakin istehsalat
şəraitində spirti, maya göbələklərinin köməyilə tərkibində şəkər və
ya nişasta olan xammallardan alırlar. Bu halda, tərkibində nişasta
olan xammal, əvvəlcə şəkərə çevrilməlidir.
Bir çox göbələklərdə, mübadilə proseslərinin gedişində
xeyli miqdarda yağın əmələ gəlməsi müşahidə olunur. Belə ki,
bəzi göbələklərdə, o cümlədən, penisillin, asperqillum,
fuzarium və mayada toplanan yağın miqdarı, göbələyin quru
çəkisinin təxminən 20 – 25%-nə bərabərdir. Göbələklərdəki
yağlar, adətən, sərbəst və doymamış yağ turşularından ibarətdir
və bu baxımdan onlar bitki yağlarını xatırladır. Göbələklərdə
yağların əmələ gəlməsi, mühitdə C/N nisbətinin karbonun
xeyrinə olması zamanı və mühitdə üzvi turşular, xüsusilə də,
sirkə turşusunun əlavə edilməsi zamanı xeyli sürətlənir.
Yağların biosintezində, karbohidrat mübadiləsində yaranan
asetaldehid iştirak edir.
2 CH
3
COH
⎯
⎯
⎯ →
⎯
aldolaza
CH
3
· CHOH · CH
2
· COH
⎯
⎯ →
⎯
− O
H
2
asetaldehid aldol
⎯
⎯ →
⎯
− O
H
2
CH
3
CH = CH · COH
kroton aldehidi
Bu reaksiyada asetaldehid kondensasiya edərək aldola
çevrilir, o isə bir molekul su itirərək, kroton aldehidinə keçir.
Kroton aldehidi, fosfoqliserin aldehidi ilə birləşərək butiralde-
hid və piroüzüm turşusuna çevrilir.
CH
3
CH = CH · COH + H
2
O + R · COH →
kroton aldehidi
→CH
3
CH
2
· CH
2
· COH + CH
3
· CO · COOH
butir aldehidi piroüzüm turşusu
Göbələklərdə metabolizmin gedişində yağlardan başqa, həm də
çoxlu üzvi turşular da sintez olunur. Mübadilə məhsullarından biri
kimi, ən çox mukor göbələklərində əmələ gələn birləşmələrdən biri
də süd turşusudur (
CH
3
· CHOH · COOH).
Anaerob şəraitdə südtur-
şusunun əmələ gəlməsi, aşağıdakı qaydada olur.
C
6
H
12
O
6
→ CH
3
· CHOH· COOH + C
2
H
5
OH + CO
2
Aerob şəraitində süd turşusu, nəzərdə tutulduğundan çox alınır.
Bu, piroüzüm turşusunun reduksiya olunması ilə əlaqədardır.
CH
3
CH
3
| |
CO
⎯
⎯
⎯ →
⎯
⋅
2
H
NAD
CHOH
| |
COOH COOH
piroüzüm turşusu
süd türşusu
Fumar turşusu (HOOC-CH=CH-COOH), mukor
göbələklərinin fəaliyyəti zamanı əmələ gələn məhsullardandır.
Fumar turşusu, bir çox növlərdə, o cümlədən Asperqillus və
Penicillium cinslərində də yaranır. Bu turşu Krebs tskilində işti-
rak edir və piroüzüm, kəhrəba və oksalat-sirkə turşularından da
əmələ gələ bilər. Lakin fumar turşusunun biosintezinin ən qısa
yolu, piroüzüm turşusundan, alma turşusu vasitəsilə olan
yoldur.
CH
3
COOH COOH
| | |
CO +
⎯
⎯
⎯
⎯
→
⎯
⋅
+
2
2
H
NADP
CO
CH
2
⎯
⎯ →
⎯
− O
H
2
CH
| | ||
COOH CHOH CH
piroüzüm turşusu
| |
COOH COOH
alma turşusu fumar turşusu
Fumar turşusu malein turşusunun sis-formasını almaq üçün
istifadə edilir. Sis-malein turşusu isə lak və rənglərin, həmçinin
də qatran istehsalında işlədilir. Bu turşu, həm də sintetik
detergentlərin istehsalı üçün də lazımdır.
Qlükon turşusu [CH
2
OH (CHOH)
4
COOH] – bir çox As-
perqillus və Penicillium göbələklərində, həmçinin də, Fumaqo
oaqans göbələyində əmələ gəlir. Qlükon turşusu daha çoxlu
miqdarda Asperqillus niger, Penicillum purpurogenium və
Penicillium chrysogenum göbələklərində toplanır.
Qlükon turşusu qlükozoaerodehidrogenaza (aerob dezidro-
genaza) fermentinin köməyilə qlükozanın aldehid qrupunun
oksidləşməsi yolu ilə əmələ gəlir.
CH
2
OH (CHOH)
4
COH + ½O
2
→
CH
2
OH (CHOH)
4
· COOH
qlükoza qlükon turşusu
Qlükon turşusu, uşaqlar və hamilə qadınlar üçün kalsium-
qlükonat şəklində müalicə vasitəsi kimi istifadə olunur.
İtakon turşusu və ya metilkəhrəba turşusu, Krebs tsiklindən
şaxələnmə kimi limon turşusundan əmələ gəlir. Bu proses, bir
molekul su və CO
2
ayrılmaqla həyata keçir. Bu turşu, Asperqil-
lus itaconicus və Asperqillus terreus göbələklərində toplanır.
İtakon turşusunun ən yüksək miqdarı, qlükoza – 20-25% oldu-
qda və həm də mühitdə NH
4
NO
3
, qarğıdalı ekstraktı və 4,5-
5q/l. MgSO
4
– olduqda nəzərə çarpır. İtakon turşusu, praktik və
səthiaktiv maddələrin, həmçinin də, sintetik preparatların hazır-
lanmasında istifadə olunur. Bu turşunun efirləri polimerləşmə
qabiliyyətinə malikdir. Limon turşusu
(HOOC - CH
2
COH · CH
2
·
COOH)
.
|
COOH
Bu turşu, Penicillium citrinum, Penicillium luteum,
həmçinin də Asperqillus niqer göbələklərinin
nümayəndələrində əmələ gəlir. Limon turşusunun sintezi Krebs
tsikli ilə əlaqədardır və dörd atom karbon, iki karboksil qrupu
olan turşu ilə, iki atom karbon və bir karboksili olan turşunun
kondensasiyası hesabına gedir. Bu prosesdə oksalat-sirkə tur-
şusu ilə asetil-K
0
A və sirkə turşusu iştirak edir.
COOH COOH
|
|
CH
2
CH
3
CH
2
| + | + K
0
A
⎯
⎯ →
⎯
− A
K
0
|
ON
CO COOH C
|
sirkə turşusu
|
SOON
COOH CH
2
oksalat-sirkə turşusu
|
COOH
limon turşusu
Əgər karbon mənbəyi kimi saxaroza və fruktozadan istifadə
olunarsa, onda limon turşusu daha çox miqdarda əmələ gəlir.
Limon turşusu tibbdə, yeyinti və konditer sənayesində tətbiq
edilir.
Quzuqulağı və ya oksalat turşusu (HOOC-COOH). Bir çox
göbələklərin həyat fəaliyyəti zamanı əmələ gəlir. Çox intensiv
aerasiya şəraitində olan göbələk kulturasında limon turşusunun
oksidləşməsi sayəsində də, oksalat turşusu toplana bilər.
3.3.2. Bioloji aktiv maddələr və onların praktiki əhəmiyyəti
3.3.2.1. Antibiotiklər.
Göbələk metabolizminin ən mühüm
məhsullarından biri antibiotiklərdir. Mübadilə məhsulu kimi,