Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


Mühazirə 6 Neftin element və qrup tərkibi. Benzinin qrup tərkibi



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   49
Neft-kimyası

Mühazirə 6
Neftin element və qrup tərkibi. Benzinin qrup tərkibi 
 
Neft ə neft məhsullarının tərkibi və tədqiqi 
Daha səmərəli neft emalı kompleksinin seçilməsi, onların modelləşdirilməsi, 
neft emalı qurğularının istehsal gücünün əsaslandırılması, həmçinin də neftin 
əmələ gəlməsi ilə əlaqədar fikirləri daha da genişləndirmək və neft 
geologiyasının bəzi məslələrinin həlli üçün neftin kimyəvi və fraksiya tərkibini 
bilmək vacibdir. 
Neft və neft fraksiyalarının bir-birindən fərqlənən element, fərdi, qrup, 
struktur-qrup analizində element tərkibinin təyinin üsulundan daha çox 
istifadə olunurdu. Lakin, hazırda fiziki-kimyəvi analiz üsulları texnikasının 
inkişafı, günün tələblərinə cavab verməyən element tərkibinin təyinindən neft 
fraksiyalarının fərdi və qrup tərkibinin tədqiqinə keçməyə imkan verdi. Artıq 
qaz və benzin fraksiyalarının fərdi karbohidrogen tərkibi tam identifikasiya 
edilmiş, kerosin-qazoyl fraksiyalarının (C
20
– ə qədər) qrup tərkibinin 
öyrənilməsi və bəzi fərdi kompanentlərinin identifikasiya üsulları işlənib 
hazırlanmışdır. 
Neftin yağ fraksiyalarının və qatran-asfalt maddələrininyalnız bəzi fərdi 
birləşmələri identifikasiya olunmuşdur. Bu fraksiyaların hibrid quruluşlular da 
daxil olmaqla qruplara ayrılma məsələsi demək olar ki, hələ də tam həll 
olunmamışdır. Hazırda müasir analiz üsullarının (NMR – spektroskopiya, 
kütlə-spektroskopiyya və s.) köməyilə neftin yüksək molekullu fraksiyalarının 
struktur-qrup analizi edilərək alifatik, naften, aromatik quruluşlarda karbonun 
və bütün fraqmentlərdə hidrogenin miqdarı, aromatik və doymuş həlqələrin isə 
orta sayı təyin edilmişdir. 
Element tərkibi və onun təyini 


Neftin tərkibində heteroatomların (S, O, N) olması xüsusi təmizləmə 
qurğularının tikilməsini tələb edir. Bunun üçün həmin elementlərin miqdarı 
haqqında məlumat olmalıdır.
Əslində neftin tərkibində kükürd, oksigen və azotun miqdarı (kütlə) o qədər də 
çox deyil, nadir hallarda onların ümumi miqdarı 3-4%-dən çox olur. Lakin bu 
elementlərin hər birinin kütlə vahidinə, karbohidrogen radikalının 15-20 kütlə 
vahidi düşür, neftin karbohidrogen hissəsinin payına isə ümumi neftin yalnız 
40-50% düşür. 
Neft və neft məhsullarının element tərkibinin əsas hissəsini karbon (83-
87%) və hidrogen (12-14%) təşkil edir. Onların miqdarını və bəzi hallarda isə 
onların nisbətini bilmək müəyyən proseslərin hesabatı üçün əhəmiyyət kəsb 
edir; hidrogenin miqdarının karbonun kütlə miqdarına olan nisbətini (H/C 

100) bilərək hidrokrekinq prosesindən lazımi keyfiyyətdə məhsul almaq üçün 
sistemə tələb olunan midarda hidrogen verilir. Benzində H/C 

100 nisbəti 17-18, 
neftdə 13-15, ağır fraksiyalarda isə 9-12-ə bərabərdir.
Katalitik krekinq prosesində reaksiya məhsulları arasında hidrogenin yenidən 
paylanması gedir. Proses ən yüksək səviyyədə gedərsə onda 75-80% benzin 
alınar. Əslində isə sənaye miqyasında aparılan katalitik krekinq prosesində 
sıxlaşma reaksiyaları və qaz əmələgəlmə hesabına benzinin çıxımı 40-50%-ə 
qədər azalır. 
Neft sənayesində başqa proseslərin hesabatı üçün də element tərkibi 
haqqında məlumatların olması vacibdir; o cümlədən yanma, hidrogenləşmə, 
kokslaşma və s. 
Dar yağ fraksiyaları və ağır qalıqlardan fərdi birləşmələri ayırmaq təcrübi 
olaraq mümkün deyil. Lakin element və struktur-qrup tərkibi haqqında əldə 
edilən nəticələr həmin fraksiyaların tərkibinə daxil olan birləşmələrin quruluşu 
haqqında təsəvvürlərin genişlənməsinə və “orta” molekul modelini qırmağa 
imkan verir. 
Karbon və hidrogen elementlərinin analizi, neft məhsulunun oksigen 
axınında qalıqsız karbon qazı və suya qədər yandırılması ilə aparılır. Tutulmuş 
karbon qazı və suyun miqdarına görə göstərilən elementlərin miqdarı 
hesablanır.Təyinat zamanı yanma məhsulları əvvəlcə kükürd oksidləri
halogenlər və başqa qarışıqlardan təmizlənir. 


Kükürdün miqdarı isə müxtəlif üsullarla təyin olunur. Yüngül neft məhsulları 
üçün lampa üsulundan və ya kvars boruda yandırmadan istifadə olunur. Orta 
və ağır neft məhsulları üçün nümunənin kalorimetrik bombada yandırılması və 
kondensatın yuyulma metodu ilə analizi daha əlverişli hesab olunur.
Azotun miqdarı Düma və Keldal üsulları ilə təyin olunur. Düma üsulu, neft 
məhsullarının bərk oksidləşdiricilər – mis(II)oksidi üzərində CO
2
axınında 
oksidləşməsinə əsaslanır. Əmələ gələn azot oksidləri, mislə azota qədər 
reduksiya olunur.Karbon qazı tutulduqdan sonra azotun həcminə görə neft 
məhsulunda olan azotun miqdarı təyin edilir. Keldal üsulunda neft məhsulu 
H
2
SO

(qatı) ilə oksidləşdirilir.Əmələ gələn NH
4
SO

qələvi ilə işləndikdə ayrılan 
ammonyak, titri müəyyən edilmiş turşu ilə tutulur. Nəticəyə əsasən azotun 
miqdarı hesablanır. 
Oksigenin faizlə miqdarı isə 100 ilə elementlərin faizlə miqdarlarının cəmi 
arasındakı fərqə əsasən tapılır. Bu yolla alınan nəticə dəqiq hesab 
olunmur.Oksigenin birbaşa təyini üçün başqa üsul da mövcuddur: neft 
məhsullarının platinləşdirilmiş qrafit və CuO iştirakı ilə inert qaz axınında 
qravimetrik pirolizindən alınan CO
2
–yə görə oksigenin miqdarı təyin olunur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə