Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


Mühazirə 9  Neft və qazın əmələ gəlməsi haqqında müasir təsəvvürlər



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   49
Neft-kimyası

Mühazirə 9 
Neft və qazın əmələ gəlməsi haqqında müasir təsəvvürlər 
 


Məlumdur ki, sopropel slanslarını 150-170

-ə qədər qızdırdıqda, üzvi 
maddələrin zəif termiki parçalanması nəticəsində ekstraktiv maddələrin 
miqdarı artır. 200

- də kifayət qədər, 370- 400

-də 1saat müddətində 
qızdırıldıqda isə üzvi slans maddələrin 60-80%-i həll olmuş şəklə düşür. Bu 
zaman tərkibində neft karbohidrogenlərinin bütün siniflərini saxlayan çoxlu 
miqdarda asfalt-qatran birləşmələr, qazlar (CH
4
, H
2
S, CO
2
) və pirogenetik su 
alınır. 
Prinsipcə, təbiətdə də neftin əmələgəlməsi zamanı sopropel üzvi 
birləşmələrin termiki (və ya termokatalitik) parçalanması yuxrıda göstərildiyi 
kimi, zəif sürətlə gedir. 
Daha dərin zonalarda (2500-3000m dərinliklərdə, 90-100-150

) sapropel üzvi 
maddələrin termiki çevrilmə prosesinin istiqaməti prinsipial olaraq dəyişir. 
Kerogendə karbonun miqdarının çox cüzi dəyişməsi, hidrogenin miqdarının 
hiss olunacaq dərəcədə aşağı düşməsinə səbəb olur; xloroformenli 
bituminoidin, həmçinin yüksəkmolekullu neft karbohidrogenlərinin (C
15
– C
45

qatılığı sürətlə və hiss olunacaq dərəcədə artaraq maksimuma çatır; benzin 
fraksiyası karbohidrogenləri (C
6
-C
14
) əmələ gəlir və onların da qatılığı 
maksimuma çatır. 
Üzvi maddənin qaz fazasında isə metanın homoloqlarından C
2
-C
5
-in qatılığı 
maksimuma çatsa da metanın miqdarı hələlik çox az olur. Bu mərhələ 
N.B.Vassoyeviç 
tərəfindən 
neftəmələgəlmənin 
baş 
fazası 
(NBF) 
adlandırılmışdır. 
150-160

temperatur zonasında NBF hətta 10-20 mln yaşında olan 
“cavan” çöküntülərdə də həyata keçir. Göründüyü kimi, kerogenin molekulyar 
quruluşunun 
destruksiyası 
nəticəsində 
bitumoidin 
və 
neft 
karbohidrogenlərinin əmələ gəlmə prosesi geoloji vaxt miqyasında laboratoriya 
şəraiti ilə müqayisədə 2-2,5 dəfə aşağı temperaturda, bir neçə mln il ərzində 
həyata keçir.
NBF-də çoxlu miqarda əmələ gələn və həll olmuş bituminoz 
komponentlər 82%C , 9,5-11%H ilə xarakterizə olunur və o miqdarca sapropel 
slanslarının termiki parçalanması zamanı əmələ gələn bitumun tərkibinə 
yaxındır. 


NBF-də əmələ gələn qatran-asfalt və neft karbohidrogenləri qarışığı element, 
qrup tərkibinə görə A.F.Dobryanskinin sopropel maddəsinin çevrilmə 
mərhələsində aralıq məhsul kimi baxdığı asfaltlardır. Toplanan nəticələrə görə 
neftəmələgəlmənin mənzərəsi elə bil ki, bu baxışlara tam cavab verir. Ancaq 
neftəmələgəlmə prosesinin sonrakı inkişaf istiqaməti A.F.Dobryanskinin 
düşüncələrindən fərqlənir. 
Karbohidrogenlərin ana neft gil süxurlarından onlara yaxın, məsaməli, su 
ilə doymuş qum laylarına emiqrasiyası zamanı, əmələ gəlmiş qarışığın 
tərkibindəki qatran-asfalt maddələrin, neft və qaz karbohidrogenlərinin 
xromotoqrafik ayrılması baş verir. Tərkibində bitumoz maddələr olan gilli lay 
özünü təbii xromotoqrafik kalon kimi aparır.Onlardan qum lay istiqamətinə nə 
qədər çox elyuent keçsə (elyuent rolunu mütəhərrik qaz və aşağıda qaynayan 
neft karbohidrogenləri oynayır), ilkin qarışığın tərkibindəki qatran-asfalt 
birləşmələrin və karbohidrogenlərin ayrılması bir o qədər tam baş verir. Qum 
kollektoruna tərkibcə adi neftin tərkibində olduğu kimi 5-10% qatran-asfalt 
birləşmələr saxlayan neft karbohidrogenlərinin qarışığı daxil olur. Bu isə artıq 
təbii neft deməkdir. 
Neftin gilli ana neft süxurlarından su ilə doymuş laylara sıxışdırılması 
tədricən üzdə olan laylarda onun yataq əmələ gətirməsinə gətirib çıxarır. 
Bununla da neftin əmələ gəlməsi və onun yataq kimi formalaşması başa çatır. 
Neftin mənşəyi haqqında istənilən hipotez aşağıdakı əlavə faktları izah 
etməlidir: 
1.
Neftə həmişə dəniz mənşəli çökmə süxurlarında və ya onlara yaxın 
süxurlarda təsadüf olunur 
2.
Neftin tərkibi vaxt çərçivəsində bir qədər dəyişsə də, onların müxtəlif 
nümunələri eyni karbohidrogen saxlayır 
3.
Olefin karbohidrogenləri orqanizmlərdə geniş yayıldığı halda, neftdə onların 
miqdarı çox cüzidir 
4.
Süxur və onunla əlaqəli olan neftlərdə karbohidrogen qruplarının nisbi 
miqdarları müxtəlidir 
5.
Kaynazoy və daha qədim süxurlar, müasir süxurlara nisbətən yüksək 
qatılıqlı karbohidrogenlərlə zəngindir 


6.
Neft kiçik molekul kütləsinə malik çoxlu karbohidrogenlər saxladığı halda, 
canlı orqanizmlər və müasir çöküntülərdə bu tip karbohidrogenlərin 
miqdarı azdır 
7.
Müasir çöküntülərdə bu tip karbohidrogenlər başlıca olaraq tək saylı karbon 
atomları ilə xarakterizə olunduğu halda, neft parafinləri eyni miqdarda həm 
tək, həm də cüt karbon atomları saxlayır 
8.
Məlumdur ki, neftdə 500-ə yaxın müxtəlif birləşmələrə rast gəlmək olur və 
onların təxminən üçdə birini qeyri-üzvi maddələr təşkil edir 
9.
Neftin əksər birləşmələri 300

-dən yüksək temperaturlada davamsızdır, 
odur ki, neftin formalaşma tarixinin başlıca hissəsi aşağı temperaturlarla 
əlaqədardır 
10.
Neftdə olan kiçik molekul kütləsinə malik karbohidrogenlər ümumən neftin 
tərkibinə nisbətən C
12 
izotopu ilə zənginləşmişdir 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə