Praktik metodlar
uşaqlarda toxumaları inkişaf etdirmək, onlarda fiziki təmrinləri
formalaşdırmaq və fiziki vərdişlər yaratmaq məqsədilə tətbiq edilir.Buraya təmrinlərin təkrarı,
oyunlar, m
əşqlər daxildir.
T
əmrinlərin təkrarı metodu məktəbəqədər yaş dövrünün bütün mərhələlərində geniş tətbiq
olunur. Düzgün yerimək, oturmaq, qaçmaq, tullanmaq, turnikdə dartınmaq, pilləkənə
dırmaşmaq, tir üzərində yerimək və s. vərdişlərini yalnız təkrarların nəticəsində yaratmaq olar.
Oyun metodu m
əktəbəqədər yaş dövründə daha çox tətbiq edilir. Tərbiyəçi oyuna
başlamazdan əvvəl uşaqlara müvafiq məlumat verir və oyunun məqsədini, icra müddətini izah
edir. Oyun metodu uşaqları fiziki, əqli və əxlaqi cəhətdən inkişaf etdirir. Bu metod uşaqlarda
oyunda qalib g
əlmək üçün düşünmək, qaydalara əməl etmək, çətinliklərə dözmək və s. kimi
əxlaqi keyfiyyətlərin yaradır.
M
əktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsində yarış metodundan istifadə etmək çox
faydalıdır. Yarış zamanı uşaqlar bütün imkanlarını və qüvvələrini tam sərbəstliklə işə salırlar.
Fiziki t
əmrinlərin yarış metodu ilə həyata keçirilməsi uşaqlarda hərəkətləri dəqiq icra etmək
qabiliyy
ətini inkişaf etdirməklə yanaşı, onları daha mürəkkəb hərəkətlərin icrasına hazırlayır. Bu
da fiziki inkişafda başlıca şərtdir. Yarış metodu uşaqlar fiziki təmrinlərin icrasına tam hazır
olduqdan sonra t
ətbiq edilir. Yarış fərdi və kollektiv formada aparıla bilər.
MÖVZU 13. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi.
PLAN:
1. Əxlaq tərbiyəsinin ümumi əsasları
2. Əxlaq tərbiyəsinin prinsipləri
3. M
əktəbəqədər yaşlı uşaqlarda Vətənə sədaqət və Milli
Orduya m
əhəbbət hisslərinin formalaşdırılması
4. M
əktəbəqədər yaşlı uşaqların insanpərvərlik və ədəb-
ərkanlıq ruhunda tərbiyəsi
5.M
əktəbəqədər yaşlı uşaqların təbiətə məhəbbət ruhunda
t
ərbiyəsi
1. M
əktəbəqədər yaşlı uşaqlarda yüksək əxlaqi keyfiyyətlərin aşılanması çətin və mürəkkəb
prosesdir. V
ətənə məhəbbət, milli həmrəylik, milli birlik, mərdlik, insana qayğı, əməksevərlik və
s. kimi
əxlaqi keyfiyyətlərin bünövrəsi təlim tərbiyə prosesində qoyulur. Məktəbəqədər yaşlı
uşaqlarda bu keyfiyyətləri yaratmaq, onu tədricən inkişaf etdirmək tərbiyəçidən, eləcə də
valideynd
ən bacarıq, pedaqoji mədəniyyət, səbr və gərgin əmək tələb edir. Bunun üçün
t
ərbiyəçi əxlaq tərbiyəsinin elmi əsaslarına mükəmməl yiyələnməli, öz fəaliyyətində onlardan
bacarıqla istifadə etməlidir.
Əxlaq insanların mənəvi münasibətlər sahəsini əhatə edən ictimai şüurun formalarından
biridir. İctimai quruluş, iqtisadi şərait dəyişdikcə əxlaq normaları da dəyişir, inkişaf edir və daha
yüksək əhəmiyyət kəsb edir. Ona görə də bu əxlaqi normaları məktəbəqədər dövrdən uşaqlara
aşılamaq üçün tərbiyəçi əxlaq tərbiyəsinin prinsip və metodlarını dərindən bilməlidir. Uşaqların
əxlaq tərbiyəsi onlarda davranış normalarının tələblərinə uyğun gələn yüksək mənəvi
keyfiyy
ətlərin, adət və vərdişlərin şüurlu surətdə formalaşmasına yönəldilmiştərbiyəvi təsir
prosesidir. Əxlaq tərbiyəsi uşaqlarda əxlaqi hisslərin, adətlərin, əxlaqi şüurun inkişaf
etdirilm
əsinə xidmət edir, çünki məktəbəqədər yaşda uşaqların hərəkət və davranışında hələ
hissl
ər üstünlük təşkil edir. Uşaqda ilk əxlaqi hisslər onu əhatə edən adamlara münasibətdə
özünü göstərir. Ancaq 2-4 yaşlı uşaqların insanlara münasibəti hələçox möhkəm olmur.
M
əsələn, öz oyuncağı ilə oynadığı zaman başqasının ona xoş gəldikdə onun əlindən alır,
ağlamasına və etirazına baxmır. Lakin 4-5 yaşlı uşaqlarda əxlaqi hisslər get-gedə sabitləşir. Bu
yaşlı uşaqlar balacalara oyun zamanı kömək edir, sınmış oyuncağı düzəltməyə çalışırlar. 5-6
yaşlı uşaqlar isə artıq öz hisslərini idarə etməyə çalışırlar. Məsələn, 6 yaşlı uşaq ağlamağını
böyüklərin məsləhəti ilə dayandırır, ətrafdakılara mane olan hərəkətlərini – qaçmağı, qışqırmağı
dayandırır. Kiçik yaşlı uşaqlarda əxlaqi adətlər qeyri-ixtiyari yarnır. Buna görə də əxlaqi adətləri
uşaqlarda səmərəli inkişaf etdirmək üçün onları daha yaxşı hisslərə və meyllərə alışdırmaq
lazımdir. Kiçik yaşda yaranan vərdiş və adətlər böyük məktəbəqədər yaşlı uşaqların
f
əaliyyətində daha dərin və möhkəm olur. Məktəbə hazırlıq qrupunda uşaqlara davranışın bəzi
şüurlu elementləri də tədricən aydın olmağa başlayır. Onlar davranış tələblərini dərk etməyə, öz
h
ərəkətlərini və rəftarını aydınlaşdırmağa daha çox qabil olurlar. 6 yaşlı uşaqlarla aparılan
t
ərbiyə işləri onların hərtərəfli inkişafına, məktəbə hazırlığının tam formalaşmasına
yönəldilməlidir. Onun ən mühüm mərhələsi ictimai həyatın hadisələri haqqında uşaqlarda
t
əsəvvür və biliklərin ardıcıllıqla genişləndirilməsi, təlimə marağın formalaşdırılması və
m
əktəbdə oxumağa həvəsin yaradıması olmalıdır.
Uşaq bağçasına məxsus əxlaq tərbiyəsi proqramı yaşdan asılı olaraq tədricən dərinləşir və
genişlənir. Əgər kiçik qrupda sadə davranış normaları tələb olunursa, böyük yaşlı qruplarda bu
normalar daha da genişlənir. 5 yaşdan başlayaraq uşaqlarda yaxşı adamların əxlaqi
keyfiyy
ətləri haqqında ilkin ümumi anlayışlar, özünün və başqalarının hərəkətlərini
qiym
ətləndirmək təsəvvürləri formalaşdırılır. Bununla da cəmiyyət üçün gələcək vətəndaşın
m
ənəvi simasının əsası qoyulur.
M
əktəbəqədər yaşlı uşaqların əxlaqi cəhətdən formalaşmasında tərbiyəyə verilən başlıca
t
ələbləri tərbiyəçi dərindən bilməlidir ki, öz məqsədinə nail olsun.
2. M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində istifadə olunan prinsipləri aşağıdakı
qaydada t
əsnif etmək olar:
1. İdeyalılıq və məqsədyönlülük prinsipi;
2. T
ərbiyənin real həyatla əlaqələndirilməsi prinsipi;
3. T
ərbiyənin milli zəmində qurulması prinsipi;
4. Kollektivd
ə tərbiyə prinsipi;
5. T
ərbiyədə fərdi yanaşma prinsipi;
6. T
ərbiyədə yaşauyğunluq prinsipi;
7. T
ərbiyədə hörmət və tələbkarlıq prinsipi;
8. T
ərbiyədə nikbinlik prinsipi;
9. T
ərbiyədə vahidlik və müntəzəmlik prinsipi;
10. T
ərbiyədə şəxsi nümunə prinsipi;
İdeyalılıq tərbiyəsində uşaqların yaşına və anlaq səviyyəsinə uyğun çatdırılmalıdır ki, Vətən,
xalq, milli hissl
ər nə deməkdir. Uşaqlar bilməlidirlər ki, Azərbaycan xalqı özünəməxsus milli
d
əyərlərə malik olan sülhsevər, başqalarının varına-dövlətinə göz dikməyən, humanist bir
xalqdır. Eyni zamanda uşaqlar xəyanətkar ermənilərin məqsədini, 20 yanvar qırğınının
başvermə səbəblərini bəsit formada olsa da, dərk etməlidirlər. Dövlətimizin həyata keçirdiyi
daxili v
ə xarici siyasət də məktəbəqədər yaşlı uşaqların yaşına və anlaq səviyyəsinə müvafiq
t
ədbirlər vasitəsilə onlara çatdırılmalıdır.
M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsinin real həyatla və əməklə əlaqələndirilməsi
uşaqların həyatına sevinc gətirməlidir. Əməyin əxlaq tərbiyəsinə təsiri güclüdür. Uşaqlar hələ
m
əktəbəqədər dövrdən zəhmətə alışmalı və dərk etməlidirlər ki, həyatda zəhmətsiz yaşamaq
qeyri-
mümkündür, əmək və zəhmət insanlara şərəf gətirir, hörmət qazandırır.
Az
ərbaycan xalqının milli-mənəvi dəyərləri uzun əsrlər boyu formalaşmış, qorunmuş və daha
da z
ənginləşmişdir. Milli əxlaqi anlayışda ifadəsini tapmış nəcib keyfiyyətlər ( səxavətlilik,
xeyirxahlıq, əməksevərlik, sadəlik və s.) bütövlükdə xalqın mənəvi dəyərləridir və gənc nəslin
t
ərbiyə olunmasında , uşaqların rəftar və fəaliyyətində bu dəyərlərə riayət olunması tərbiyənin
z
əruri tələblərindəndir.
M
əktəbəqədər yaşlı uşaqlarda dostluq, birlik, yoldaşlıq, qayğıkeşlik hisslərinin tərbiyə
olunmasının əsas yolu uşaqlar arasında, kollektivdə tərbiyə etməkdir.Bağçada təşkil edilən
oyunlar, keçirilən gəzintilər, yaşlıların əməyi ilə tanışlıq, bağçanın rejimi uşaqların kollektivçilik
t
ərbiyəsi üçün təsirli amillərdir.
M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində onların fərdi xüsusiyyətlərinin nəzərə
alınması da tələb olunur. Bəzi uşaqlar utancaq, bəziləri tez qaynayıb qarışan olurlar. Burada
üsul və vasitələr uşağın fərdi xüsusiyyətinə uyğun seçilir.
M
əktəbəqədər yaş dövrü uşaqların sürətli inkişaf dövrüdür. Ona görə də hər yaş dövrünün
özünəməxsus xüsusiyyətləri olur. Tərbiyəçi uşaqların diqqətini, hafizəsini, dözümlülüyünü dəqiq
n
əzərə alaraq, tərbiyə prosesində yaşauyğunluq prinsipinə ciddi əməl etməlidir.
“Uşağa mümkün qədər çox hörmət etmək və ona çoxlu tələblər vermək” tərbiyənin başlıca
prinsipl
ərindən biridir. Uşaq nə qədər kiçik olsa da, tərbiyəçi və valideyn ona hörmət etməyə,
onun şəxsiyyəti ilə hesablaşmağa borcludur. Verilən tələblər isə uşağa aydın olduqda, o, həmin
t
ələbləri həvəslə yerinə yetirir. Tərbiyəçi tələbləri yerinə yetirməkdən ötrü şərait yaratmalı,
uşaqda müsbət əxlaqi keyfiyyətlərin yaranmasına kömək etməlidir.
M
əktəbəqədər yaş dövründə uşaqların istəyi, marağı hələ şüurlu xarakter daşımadığı üçün ,
onların hərəkətləri qeyri-ixtiyari, hissi fəaliyyət kimi yaranır. Bu səbəbdən də uşaqlar çox vaxt
nadincliy
ə, xoşa gəlməyən hərəkətlərə yol verirlər. Nikbin tərbiyəçi uşağın pis hərəkətindən
əsəbiləşmir, əksinə uşağa mehribançılıq göstərərək onun pis hərəkətini yaxşı istiqamətə
yönəldir.
M
əktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində bağçada və ailədə vahidlik və müntəzəmlik
prinsipin
ə əməl olunmalıdır. Uşaq bağçası tərəfindən verilmiş tələblərlə ailənin verdiyi tələblər
arasında sabit vahidlik olmalıdır.
M
əktəbəqədər yaşlı uşaqlar böyüklərin hərəkət və davranışlarını daim izləyərək özlərini onlara
oxşatmağa çalışırlar. Ona görə tərbiyəçinin və valideynin şəxsi nümunəsi məktəbəqədər yaşlı
uşaqların tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
3. V
ətənə sədaqətlilik hissinin aşılanması yetişən nəslin tərbiyəsində xüsusi yer tutur.
T
ərbiyəçi məktəbəqədər yaşlı uşaqlarda Vətənə məhəbbət , onu qorumaq və qeyrətini çəkmək
t
ərbiyəsini həyata keçirmək üçün aşağıda qeyd olunan vəzifələri yerinə yetirməlidir:
1. M
əktəbəqədər yaşlı uşaqlarda Azərbaycan Respublikasının müstəqilliyini qorumağı,
torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən mübarizədə heç bir
çətinlikdən qorxmamağı, xalqımıza dərin məhəbbət və sədaqətlə xidmət etməyi tərbiyə etmək;
2. Uşaqlarda Vətən yolunda, onun tərəqqisi naminə hər cür fədakarlığa hazır olmaq əzmi
yaratmaq, onlarda V
ətənə məhəbbəti sözdə deyil, işdə göstərməyi aşılamaq;
3. Uşaqları müstəqil Azərbaycanda yaşayan xalqlar arasında milli həmrəylik, birlik, dostluq
ruhunda t
ərbiyə etmək, onlara Azərbaycançılıq hissi aşılamaq;
4. M
əktəbəqədər yaşlı uşaqlarda düşmənlərə qarşı nifrət hissi tərbiyə etmək.
Uşaqlarda Vətənə sədaqətlilik tərbiyəsinin bir qolunu da Milli Orduya məhəbbət tərbiyəsi
t
əşkil edir. Bunun üçün aşağıdakı tələblər nəzərə alınmalıdır:
1.M
əktəbəqədər yaşlı uşaqlarda Milli Orduya məhəbbət tərbiyəsi əqli, əxlaqi,
ideya-siyasi, fiziki v
ə estetik tərbiyə ilə sıx əlaqədə aşılanmalıdır.
2.Başqa əxlaqi dəyərlər kimi Milli Orduya məhəbbət tərbiyəsində də uşaqların yaş və anlaq
s
əviyyələrinə uyğun bədii əsərlər üzrə müxtəlif tədbirlərin keçirilməsinə, bədii parçaların, şerlərin
oxunmasına geniş yer verilməlidir.
3. Milli Orduya m
əhəbbətlə bağlı əxlaqi söhbətlər müntəzəm keçirilməlidir;
4. Uşaqlar tez-tez hərbi hissələrə, tarixi yerlərə ekskursiyalara aparılmalıdır;
5. Vaxtaşırı Milli Orduya məhəbbət tərbiyəsindən bəhs edən sənədli filmlərə və televiziya
verilişlərinə baxış təşkil edilməlidir.
M
əktəbəqədər yaşlı uşaqların vətənpərvərlik və Milli Orduya məhəbbət tərbiyəsinin
göstərilən pedaqoji tələblər əsasında həyata keçirilməsi uşaqlarda kiçik yaşlarından vətənə,
torpağa bağlılıq hissini gücləndirir, onlarda qeyrətliliyi və Milli Orduya məhəbbəti
möhkəmləndirir.
4. Müasir dövrdə məktəbəqədər yaşlı uşaqlara aşılanması vacib olan əxlaqi sifətlərdən biri
d
ə insanpərvərlikdir. Uşağa, ailə üzvlərinə, yaşlılara, əlillərə, qohumlara – ümumən bütün
insanlara hörmət etmək, qayğı göstərmək əsl insanpərvərliyin təzahür formalarıdır.
M
əktəbəqədər yaşlı uşaqlara bu keyfiyyətləri aşılamaqda bədii mətnlərin tərbiyələndirici
imkanları çoxdur. Məsələn, M.Dilbazinin “Böyüklərə hörmət et” şerinin uşaqlara oxunmasının
faydası çox böyükdür. Çünki orada söhbət məhz ata-anaya, baba və nənəyə, ümumiyyətlə,
yaşlılara qayğı və diqqətlə yanaşmaqdan gedir. “Çörək ətirli nənə” hekayəsində Solmaz nənənin
əməksevərliyindən, “Hamının nənəsi” şerində nənə nəvazişi və qayğıkeşliyindən, “Anamı
incitm
ərəm” şerində isə ana zəhmətinin müqəddəsliyindən, anaya qayğıkeş münasibətdən bəhs
olunur. T
ərbiyəçilər belə bədii parçalardan yüksək səriştə ilə istifadə etməklə uşaqlarda
yaşlılara, böyüklərə qayğı hissini daha da güclü tərbiyə edə bilərlər.
İnsanın əxlaqi kamilliyinin bir mühüm komponenti də onun ədəb-ərkanlı olmasıdır. İnsanın
ədəb-ərkanlılığı onun rəftar və davranışında, geyimində, başqalarına, o cümlədən uşaqlara və
yaşlılara münasibətində təzahür edir. Bunu uşaqlıq dövründən həyata keçirmək daha yaxşı
fayda verir.Xüsusilə, məktəbəqədər yaş dövründə uşaqlarda ədəb-ərkan qaydalarını müntəzəm
v
ə məqsədyönlü aparmaq lazımdır ki, özül möhkəm olsun. Davranışında təsadüfən yol verilmiş
qüsurlar uşaqların vərdişinə çevrilməsin, hərəkətlərinə yol tapmasın. Ədəb-ərkanlılığı
s
əciyyələndirən əlamətlər, yəni mərifətlilik, nəzakətlilik, mehribanlıq və s. məktəbəqədər
dövrdən düzgün tərbiyə olunursa, sonrakı yaş dövrlərində bu sahədə aparılan işlər daha əlverişli
olur. Bunun üçün tərbiyəçilər son dərəcə mədəni olmalı, ailə ilə müntəzəm əlaqə saxlayıb bu
m
ühüm problemi vaxtında həll etməlidirlər. Uşaqlarda nitq inkişafını formalaşdırmaq, onları
m
ədəni danışmağa alışdırmaq və
Dostları ilə paylaş: |