Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə4/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   2   3   4   5   6   7   8   9   ...   105

15.1.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  əməllər  (hərəkət  və  ya  hərəkətsizliklər) 
xarakterindən  və  ictimai  təhlükəlilik  dərəcəsindən  asılı  olaraq  böyük  ictimai  təhlükə 
törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 
15.2.  Qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  bu  Məcəllə  ilə  azadlıqdan 
məhrum  etmə  ilə  bağlı  olmayan  cəza  nəzərdə  tutulmuş  əməllər,  yaxud  qəsdən  və  ya 
ehtiyatsızlıqdan  törədilməsinə  görə  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  azadlıqdan 
məhrum  etmə  cəzasının  yuxarı  həddi  iki  ildən  artıq  olmayan  əməllər  böyük  ictimai 
təhlükə törətməyən cinayətlər hesab olunur. 
15.3.  Bu  Məcəllə  ilə  qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  nəzərdə 
tutulmuş  azadlıqdan  məhrum  etmə  cəzasının  yuxarı  həddi yeddi ildən  artıq  olmayan 
əməllər az ağır cinayətlər hesab olunur. 
[11]
 
15.4.  Bu  Məcəllə  ilə  qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  nəzərdə 
tutulmuş  azadlıqdan  məhrum  etmə  cəzasının  yuxarı  həddi on  iki ildən  artıq  olmayan 
əməllər ağır cinayətlər hesab olunur. 
[12]
 
15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum 
etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab 
olunur. 
[13]
 
      M a d d ə   1 6 .  Cinayətlərin təkrar törədilməsi
 
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki 
dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 
16.2.  Bu  Məcəllənin  müxtəlif  maddələri  ilə  nəzərdə  tutulmuş  iki  və  ya  daha  çox 
cinayətin  törədilməsi,  yalnız  həmin  Məcəllənin  Xüsusi  hissəsində  birbaşa  göstərilən 
hallarda cinayətin təkrar törədilməsi hesab edilir. 
16.3.  Əvvəllər  törətdiyi  cinayətə  görə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada 
cinayət  məsuliyyətindən  azad  olunmuş,  yaxud  məhkumluğu  götürülmüş  və  ya 
ödənilmiş  şəxs  tərəfindən  həmin  cinayətin  yenidən  törədilməsi,  cinayətin  təkrar 
törədilməsi hesab edilmir. 
M a d d ə   1 7 .  Cinayətlərin məcmusu
 
17.1.  Bu  Məcəllənin  müxtəlif  maddələri  ilə  nəzərdə  tutulmuş  iki  və  ya  daha  çox 
cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum 
olunmamışdırsa  və  ya qanunla  müəyyən edilmiş  əsaslar  üzrə  cinayət  məsuliyyətindən 
azad  edilməmişdirsə,  habelə  bu  cinayətlərdən  heç  birinə  görə  cinayət  məsuliyyətinə 
cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 
17.2.  Bir  hərəkətlə  (hərəkətsizliklə)  bu  Məcəllənin  iki  və  daha  çox  maddəsi  ilə 
nəzərdə  tutulmuş  iki  və  daha  çox  cinayətin  törədilməsi  cinayətlərin  ideal  məcmusunu 
yaradır. 
17.3.  Şəxs  bu  Məcəllənin  müvafiq  maddələrinə  uyğun  olaraq  cinayətlərin 
məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 


17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə 
tutulmuş  cinayətin  törədilməsi  cinayətlərin  məcmusunu  yaratmır  və  bu  halda  xüsusi 
norma tətbiq olunur. 
M a d d ə   1 8 .  Cinayətlərin residivi və onun növləri
 
18.1.  Qəsdən  cinayət  törətməyə  görə  əvvəllər  məhkum  olunmuş  şəxs  tərəfindən 
yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 
18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 
18.2.1.  qəsdən  cinayət  törətməyə  görə  əvvəllər  iki  dəfə  azadlıqdan  məhrum  etmə 
cəzasına  məhkum  olunmuş  şəxs,  yenidən  qəsdən  cinayət  törətməyə  görə  azadlıqdan 
məhrum etmə cəzasına məhkum olunduqda
18.2.2.  qəsdən  ağır  cinayət  törətməyə  görə  əvvəllər  azadlıqdan  məhrum  etmə 
cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.
[14]
 
18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 
18.3.1.  qəsdən  az  ağır  və  ya  qəsdən  ağır  cinayət  törətməyə  görə  əvvəllər  hər  hansı 
ardıcıllıqla  üç  dəfədən  az  olmayaraq  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum 
olunmuş  şəxs  yenidən  qəsdən  cinayət  törətməyə  görə  azadlıqdan  məhrum  etmə 
cəzasına məhkum olunduqda; 
[15]
 
18.3.2.  qəsdən  ağır  cinayət  törətməyə  görə  əvvəllər  iki  dəfə  və  ya  xüsusilə  ağır 
cinayət  törətməyə  görə  əvvəllər  bir  dəfə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum 
olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 
[16]
 
18.3.3.  qəsdən  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməyə  görə  əvvəllər  azadlıqdan 
məhrum  etmə  cəzasına  məhkum  olunmuş  şəxs  yenidən  xüsusilə  ağır  cinayət 
törətdikdə. 
[17]
 
18.4. Bu Məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya 
ödənilmiş  məhkumluqlar,  habelə  on  səkkiz  yaşına  çatmayanlar  tərəfindən  törədilmiş 
cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. 
18.5.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  əsaslarla  və  hədlərdə  cinayətlərin  residivinə 
görə daha sərt cəza tətbiq edilir. 
4-cü fəsil 
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR 
M a d d ə   1 9 .  Cinayət məsuliyyətinin ümumi şərtləri
 
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs 
cinayət məsuliyyətinə cəlb edilir. 
M a d d ə   2 0 .  Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi
 
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb 
edilir. 


20.2.  On  dörd  yaşı  tamam  olmuş  şəxs  yalnız  qəsdən  adam  öldürməyə,  qəsdən 
sağlamlığa  az  ağır  və  ya  ağır  zərər  vurmağa,  adam  oğurlamağa,  zorlamağa,  seksual 
xarakterli  zorakılıq  hərəkətlərinə,  oğurluğa,  soyğunçuluğa,  quldurluğa,  hədə-qorxu  ilə 
tələb  etməyə,  talama  məqsədi  olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya  başqa 
nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya 
zədələməyə,  terrorçuluğa,  adamları  girov  götürməyə  ağırlaşdırıcı  hallarda  xuliqanlığa, 
odlu  silahı,  döyüş  sursatını,  partlayıcı  maddələri  və  qurğuları  talamağa  və  ya  hədə-
qorxu  ilə  tələb  etməyə,  narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  talamağa  və  ya 
hədə-qorxu  ilə  tələb  etməyə,  nəqliyyat  vasitələrini  və  ya  yolları  yararsız  vəziyyətə 
salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. 
20.3.  İctimai  təhlükəli  əməli  (hərəkət  və  ya  hərəkətsizliyi)  törətdiyi  zaman  bu 
Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər 
barəsində  görülən  tədbirlər  və  həmin  tədbirlərin  tətbiqi  qaydası  müvafiq  qanunla 
müəyyən edilir.
 [18]
 
M a d d ə   2 1 .  Anlaqsızlıq
 
21.1.  İctimai  təhlükəli  əməli  (hərəkət  və  ya  hərəkətsizliyi)  törətdiyi  zaman  anlaqsız 
vəziyyətdə  olmuş,  yəni  xroniki  psixi  xəstəlik,  psixi  fəaliyyətin  müvəqqəti  pozulması, 
kəmağıllıq  və  ya  sair  psixi  xəstəlik  nəticəsində  öz  əməlinin  (hərəkət  və  ya 
hərəkətsizliyinin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etməyən  və  ya  onu 
idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 
21.2.  Anlaqsız  vəziyyətdə  ictimai  təhlükəli  əməl  (hərəkət  və  ya  hərəkətsizlik) 
törətmiş  şəxs  barəsində  məhkəmə  tərəfindən  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  tibbi 
xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
21.3.  Anlaqlı  vəziyyətdə  cinayət  törətmiş,  lakin  məhkəmə  tərəfindən  hökm 
çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya 
hərəkətsizliyinin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etmək  və  ya  həmin 
əməli  idarə etmək imkanından  məhrum  olmuş şəxs  barəsində  məhkəmə  tərəfindən  bu 
Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
M a d d ə   2 2 .  Anlaqlılığı  istisna  etməyən  psixi  pozuntusu  olan  şəxsin  cinayət 
məsuliyyəti
 
22.1.  Anlaqlı  vəziyyətdə  olan,  lakin  cinayət  törətdiyi  zaman  psixikanın  pozulması 
nəticəsində  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  faktiki  xarakterini  və  ictimai 
təhlükəliliyini  tam  dərk  etməyən  və  ya  həmin  əməli  idarə  edə  bilməyən  şəxs  cinayət 
məsuliyyətinə cəlb edilir. 
22.2.  Anlaqlılığı  istisna  etməyən  psixi  pozuntu  məhkəmə  tərəfindən  cəza  təyin 
edilərkən  nəzərə  alınır  və  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  tibbi  xarakterli  məcburi 
tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. 
M a d d ə   2 3 .  Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə