Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə8/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   4   5   6   7   8   9   10   11   ...   105

47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı 
ödənilmədən  cəmiyyətin  xeyrinə  ictimai  faydalı  işlər  yerinə  yetirməsindən  ibarətdir. 
Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən 
edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
[26]
 
47.3.  Bu  cəzaya  məhkum  olunmuş  şəxs  həmin  işləri  yerinə  yetirməkdən  qərəzli 
boyun  qaçırdıqda,  məhkəmə  ictimai  işlərin  çəkilməmiş  hissəsini  müəyyən  müddətə 
azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə 
azadlıqdan  məhrum  etmə  cəzasının  müddəti  müəyyən  edilərkən  məhkumun  ictimai 
işləri yerinə yetirdiyi müddət nəzərə alınır və on iki saat ictimai işə bir gün azadlıqdan 
məhrum etmə hesabı ilə hesablanır.
[27]
 
47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 
47.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
[28]
 
47.4.2 hamilə qadınlara; 
47.4.3 himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara; 
47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə; 
47.4.5  hərbi  xidmətə  çağırış  üzrə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi 
qulluqçulara. 
M a d d ə   4 8 .  Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən 
məhrum etmə
 
Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə 
cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun 
xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  edilməsinin 
zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət 
təltifini vermiş orqana müvafiq təqdimat göndərir.
KM2
 
M a d d ə   4 9 .  İslah işləri
 
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun 
iş yeri üzrə çəkilir. 
49.2.  İslah  işlərinə  məhkum  olmuş  şəxsin  qazancından  dövlət  nəfinə  beş  faizdən 
iyirmi faizədək məbləğdə pul tutulur. 
49.3.  İslah  işlərinə  məhkum  olunmuş  şəxs  həmin  cəzanı  çəkməkdən  qərəzli  boyun 
qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan 
məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan 
məhrum  etmə  cəzasının  müddəti  müəyyən  edilərkən  məhkumun  islah  işlərini  yerinə 
yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə 
hesabı ilə hesablanır.
[29]
 
M a d d ə   5 0 .  Hərbi xidmət üzrə məhdudlaşdırma
 


50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət 
keçən  və  hərbi  xidmət  əleyhinə  cinayət  törətməyə  görə  məhkum  olunmuş  hərbi 
qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş 
hallarda,  habelə  kontrakt  (bağlaşma)  əsasında  hərbi  xidmət  keçən  və  başqa  cinayət 
törətməyə  görə  məhkum  olunmuş  hərbi  qulluqçulara  bu  Məcəllənin  Xüsusi  hissəsinin 
müvafiq  maddələrində  nəzərdə  tutulmuş  islah  işləri  əvəzinə  iki  aydan  iki  ilədək 
müddətə tətbiq edilir. 
50.2.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  cəzasına  məhkum  olunmuş  şəxsin 
qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 
50.3.  Hərbi  xidmət  üzrə məhdudlaşdırma  cəzasına  məhkum  olunmuş  şəxs  cəzasını 
çəkdiyi  müddətdə  vəzifəsində  və  ya  rütbəsində  yüksələ  bilməz,  cəzanın  müddəti  isə 
növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. 
M a d d ə   5 1 .  Əmlak müsadirəsi
[30]
 
51.1.  Əmlak  müsadirəsi  məhkumun  cinayət  törədərkən  istifadə  etdiyi  alət  və 
vasitələrin,
 
cinayətin  predmetlərinin, habelə  cinayət  yolu  ilə  əldə  etdiyi  əmlakın 
məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
[31]
 
51.2.  Əmlak  müsadirəsi  yalnız  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur. 
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, 
özgəninkiləşdirildiyi  və  ya  başqa  səbəblərdən  dövlət  nəfinə  alına  bilinmədiyi  halda 
həmin  əmlakın  dəyəri  məbləğində  məhkuma  məxsus  olan  pul  və  ya  digər  əmlak 
müsadirə edilir. 
M a d d ə   5 2 .  Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi 
çıxarma
 
52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir 
ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya 
vətəndaşlığı  olmayan  şəxslərə  təyin  edilir  və  onlar  əsas  cəza  növünü  çəkdikdən  sonra 
icra  edilir.  Bir  ildən  artıq  olmayan  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına  və  ya 
azadlıqdan  məhrum  etmə  ilə  bağlı  olmayan  cəzaya  məhkum  edilən  əcnəbilər  və  ya 
vətəndaşlığı  olmayan  şəxslərə  bu  Məcəllənin  58.3-cü  maddəsində  göstərilmiş  hallar 
nəzərə  alınmaqla Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma 
cəzası təyin edilə bilər.
[32]
 
52.1-1.  Barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi 
çıxarma  cəzası  tətbiq  edilmiş  şəxsin  Azərbaycan  Respublikasına  gəlmək  hüququ  onun 
məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.
 [33]
 
52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü 
aşağıdakı şəxslərə şamil edilmir: 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə