Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ


     HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə2/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   2   3   4   5   6   7   8   9   ...   105

35.
    
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
(327-353) 
  
  


AZƏRBAYCAN RESPUBLİKASININ 
CİNAYƏT MƏCƏLLƏSİ 
[1]
 
  
ÜMUMİ HİSSƏ 
BİRİNCİ BÖLMƏ 
CİNAYƏT QANUNU 
1-ci fəsil 
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN 
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ 
M a d d ə   1 .  Azərbaycan Respublikasının cinayət qanunu
 
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. 
1.2.  Bu  Məcəllə Azərbaycan  Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn 
hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. 
1.3.  Cinayət  məsuliyyətini  müəyyən  edən  və  cinayət  törətmiş  şəxsin 
cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra 
tətbiq edilə bilər. 
M a d d ə   2 .  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri
 
2.1.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  vəzifələri  sülhü  və 
bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, 
mülkiyyəti,  iqtisadi  fəaliyyəti,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi,  ətraf  mühiti, 
Azərbaycan 
Respublikasının 
konstitusiya 
quruluşunu 
cinayətkar 
qəsdlərdən 
qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 
2.2.  Bu  vəzifələri  həyata  keçirmək  üçün  Azərbaycan  Respublikasının  Cinayət 
Məcəlləsi  cinayət  məsuliyyətinin  əsaslarını  və  prinsiplərini,  şəxsiyyət,  cəmiyyət  və 
dövlət  üçün  təhlükəli  olduğuna  görə  cinayət  sayılan  əməllərin  dairəsini  və  həmin 
cinayətlərin  törədilməsinə  görə  tətbiq  edilən  cəzaların  növlərini,  həddini  və  həcmini, 
habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. 
M a d d ə   3 .  Cinayət məsuliyyətinin əsasları
 
Yalnız  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  cinayət  tərkibinin  bütün  əlamətlərinin 
mövcud  olduğu  əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  törədilməsi  cinayət  məsuliyyəti 
yaradır. 
M a d d ə   4 .  Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri
 


Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət 
və humanizm prinsiplərinə əsaslanır. 
M a d d ə   5 .  Qanunçuluq prinsipi
 
5.1.  Əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  cinayət  sayılması  və  həmin  əmələ  görə 
cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. 
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. 
M a d d ə   6 .  Qanun qarşısında bərabərlik prinsipi
 
6.1.  Cinayət  törətmiş  şəxslər  qanun  qarşısında  bərabərdirlər  və  irqindən, 
milliyyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən, 
qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara,  həmkarlar  ittifaqlarına  və  digər 
ictimai  birliklərə  mənsubiyyətindən  və  digər  hallardan  asılı  olmayaraq  cinayət 
məsuliyyətinə cəlb olunurlar. 
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət 
məsuliyyətinə  cəlb  edilə  və  ya  cəzalandırıla  bilməz,  yaxud  cəzadan  və  ya  cinayət 
məsuliyyətindən azad edilə bilməz.
[2]
 
M a d d ə   7 .  Təqsirə görə məsuliyyət prinsipi
 
7.1.  Yalnız  törətdiyi  ictimai  təhlükəli  əmələ  (hərəkət  və  ya  hərəkətsizliyə)  və  onun 
nəticələrinə  görə  təqsiri  müəyyən  olunmuş  şəxs  cinayət  məsuliyyətinə  cəlb  edilə  və 
cəzalandırıla bilər. 
7.2.  Şəxs  təqsirsiz  olaraq  vurduğu  zərərə  görə  cinayət  məsuliyyətinə  cəlb  oluna 
bilməz. 
M a d d ə   8 .  Ədalət prinsipi
 
8.1.  Cinayət  törətmiş  şəxs  haqqında  tətbiq  edilən  cəza  və  ya  digər  cinayət-hüquqi 
xarakterli  tədbirlər  ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik 
dərəcəsinə,  onun  törədilməsi  hallarına  və  cinayət  törətməkdə  təqsirli  bilinən  şəxsin 
şəxsiyyətinə uyğun olmalıdır. 
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
M a d d ə   9 .  Humanizm prinsipi
 
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. 
9.2.  Cinayət  törətmiş  şəxsə  tətbiq  edilən  cəza  və  digər  cinayət-hüquqi  xarakterli 
tədbirlər  işgəncə  və  ya  digər  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  xarakter  və 
ya məqsəd daşıya bilməz.
[3]
 
2-ci fəsil 


CİNAYƏT QANUNUNUN QÜVVƏSİ 
M a d d ə   1 0 .  Cinayət qanununun zamana görə qüvvəsi
 
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə 
cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət 
qanunu  ilə  müəyyən  edilir.  Törədildiyi  zaman  cinayət  sayılmayan  əmələ  görə  heç  kəs 
cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 
10.2.  İctimai  təhlükəli  əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  törədilmə  vaxtı,  onun 
nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 
10.3.  Əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  cinayət  sayılmasını  və  bu  əmələ  görə 
cəzanı  aradan  qaldıran,  cəzanı  yüngülləşdirən,  yaxud  cinayət  etmiş  şəxsin  vəziyyətini 
başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun 
qüvvəyə  minməsindən  əvvəl  müvafiq  əməli  (hərəkət  və  ya  hərəkətsizliyi)  törətmiş 
şəxslərə,  habelə  cəza  çəkən,  yaxud  cəzasını  çəkmiş,  lakin  məhkumluğu  üstündən 
götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə 
cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa 
cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 
M a d d ə  
1 1 .  Cinayət  qanununun  Azərbaycan  Respublikası  ərazisində 
törədilən cinayətlərə görə qüvvəsi
 
11.1.  Azərbaycan  Respublikasının  ərazisində  cinayət  törətmiş  şəxs  bu  Məcəllə 
əsasında  cinayət  məsuliyyətinə  cəlb  edilir.  Azərbaycan  Respublikası  ərazisində 
başlamış,  yaxud  davam  etmiş  və  ya  başa  çatmış  cinayət,  Azərbaycan  Respublikası 
ərazisində törədilmiş cinayət sayılır. 
11.2.  Azərbaycan  Respublikasının  ərazi  sularında,  Xəzər  dənizinin  (gölünün) 
Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində,  Azərbaycan  Respublikasının 
üzərindəki  hava  məkanında  və  iqtisadi  zonasında  törədilən  cinayət  Azərbaycan 
Respublikası ərazisində törədilmiş cinayət sayılır. 
11.3.  Azərbaycan  Respublikasının  hava  və  ya  dəniz  limanında  qeydiyyatda  olan, 
Azərbaycan  Respublikasının Dövlət və  ya  tanınma  nişanı  altında  Azərbaycan 
Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən 
su  və  ya  hava  gəmisində  cinayət  törətmiş  şəxs  bu  Məcəllə  əsasında  cinayət 
məsuliyyətinə cəlb edilir. 
[4]
 
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə 
məxsus  olan  gəmidə  cinayət  törətmiş  şəxs,  həmin  gəminin  olduğu  yerdən  asılı 
olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. 
11.5.  Azərbaycan  Respublikası  ərazisində  cinayət  törətmiş  xarici  dövlətlərin 
diplomatik  nümayəndələrinin  və  toxunulmazlıq  hüququna  malik  olan  digər  şəxslərin 
cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll 
edilir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə