Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə7/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   2   3   4   5   6   7   8   9   10   ...   105

M a d d ə   3 8 .  Son zərurət
 
38.1.  Son  zərurət  vəziyyətində,  yəni  şəxsin  özünün  və  ya  başqa  şəxslərin  həyatını, 
sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına 
alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq 
yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan 
qaldırmaq  mümkün  deyildirsə  və  bu  zaman  son  zərurət  həddinin  aşılmasına  yol 
verilməmişdirsə, cinayət sayılmır. 
38.2.  Baş  vermiş  təhlükənin  xarakterinə  və  dərəcəsinə,  habelə  həmin  təhlükənin 
aradan  qaldırılması  şəraitinə  aşkar  surətdə  uyğun  olmayan  zərər  vurulması  və 
vurulmuş  zərərin  qarşısı  alınmış  zərərə  bərabər  və  ya  ondan  artıq  olması  son  zərurət 
həddini  aşma  sayılır.  Son  zərurət  həddini  bu  qaydada  aşma,  yalnız  qəsdən  zərər 
vurulduqda cinayət məsuliyyətinə səbəb olur. 
M a d d ə   3 9 .  Əsaslı risk
 
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə 
qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. 
39.2.  Göstərilən  məqsədə  risk  ilə  əlaqədar  olmayan  hərəkətlə  (hərəkətsizliklə)  nail 
olmaq  mümkün  deyildirsə  və  risk  edən  şəxs  bu  Məcəllə  ilə  qorunan  obyektlərə  zərər 
dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir. 
39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi 
ilə müşayiət olunan risk əsaslı hesab edilmir. 
M a d d ə   4 0 .  Əmrin və ya sərəncamın yerinə yetirilməsi
 
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya 
sərəncamı  yerinə  yetirərkən  həmin  şəxs  tərəfindən  bu  Məcəllə  ilə  qorunan  obyektlərə 
zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş 
şəxs cinayət məsuliyyəti daşıyır. 
40.2.  Bilə-bilə  qanunsuz  əmri  və  ya  sərəncamı  yerinə  yetirməklə  qəsdən  cinayət 
törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. 
40.3.  Qanunsuz  əmr  və  ya  sərəncamın  yerinə  yetirilməməsi  cinayət  məsuliyyətinə 
səbəb olmur. 
  
UÇÜNCÜ BÖLMƏ 
CƏZA HAQQINDA 
9-cu fəsil 


CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ 
M a d d ə   4 1 .  Cəzanın anlayışı və məqsədi
 
41.1.  Cəza  məhkəmə  hökmü  ilə  təyin  edilən  cinayət-hüquqi  xarakterli  tədbirdir. 
Cəza  cinayət  törətməkdə  təqsirli  hesab  edilən  şəxsə  tətbiq  olunur  və  həmin  şəxs 
barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun 
hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 
41.2.  Cəza  sosial  ədalətin  bərpası,  məhkumun  islah  edilməsi  və  həm  məhkumlar, 
həm  də  başqa  şəxslər  tərəfindən  yeni  cinayətlərin  törədilməsinin  qarşısını  almaq 
məqsədi ilə tətbiq edilir. 
M a d d ə   4 2 .  Cəzanın növləri
 
42.0. Cəzanın növləri aşağıdakılardır: 
42.0.1. cərimə; 
42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; 
42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum etmə; 
42.0.4. ictimai işlər
42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
42.0.6. islah işləri; 
42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma; 
42.0.8. əmlak müsadirəsi;
[20]
 
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 
42.0.10. azadlığın məhdudlaşdırılması;
[21]
 
42.0.11. intizam xarakterli hərbi hissədə saxlama; 
42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə; 
42.0.13. ömürlük azadlıqdan məhrum etmə. 
M a d d ə   4 3 .  Əsas və əlavə cəzalar
 
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli 
hərbi  hissədə  saxlama, azadlığın  məhdudlaşdırılması, müəyyən  müddətə  azadlıqdan 
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi 
tətbiq edilir.
[22]
 
43.2.  Cərimə,  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. 
43.3.  xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  yaxud  dövlət  təltifindən  məhrum 
etmə,  nəqliyyət  vasitələrini  idarə  etmə  hüququndan  məhrum  etmə ,  əmlak 
müsadirəsi və  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma 
cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.
[23]
 


M a d d ə   4 4 .  Cərimə
 
44.1.  Cərimə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  hallarda  və  məbləğdə  məhkəmə 
tərəfindən təyin edilən pul tənbehidir. 
44.2.  Cərimə  törədilmiş  cinayətin  ağırlığı  və  məhkumun  əmlak  vəziyyəti  nəzərə 
alınmaqla  on  min  manatadək  miqdarda  və  ya  cinayət  nəticəsində  vurulmuş  ziyanın 
(əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. 
[24]
 
44.3.  Cərimə  əlavə  cəza  kimi  məhkəmələr  tərəfindən  yalnız  bu  Məcəllənin  Xüsusi 
hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. 
44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, 
islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. 
[25]
 
M a d d ə   4 5 .  Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
 
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin 
Xüsusi  hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə  tutulmuş  hallarda,  cinayətin  xarakteri, 
təqsirkar  şəxsin  şəxsiyyəti  və  cinayətin  digər  halları  nəzərə  alınmaqla,  bir  ildən  beş 
ilədək müddətə təyin edilə bilər. 
M a d d ə   4 6 .  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum etmə
 
46.1.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə  dövlət  orqanlarında,  yerli  özünüidarə  orqanlarında  konkret  vəzifə 
tutmağın  və  ya  konkret  peşə  və  ya  digər  fəaliyyətlə  məşğul  olmağın  qadağan 
edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə 
cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 
46.2.  Törədilmiş  cinayətin  xarakterini  və  ictimai  təhlükəliliyini,  təqsirkar  şəxsin 
şəxsiyyətini  nəzərə  alaraq,  məhkəmə  onun  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin 
şəxsə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə  tutulmayan 
hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 
46.3.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə  cəza  növünün  ictimai  işlərə,  islah  işlərinə  əlavə  olaraq  təyin  edildiyi 
hallarda,  habelə  şərti  məhkum  etmə  zamanı  əlavə  cəzanın  müddəti  hökmün  qanuni 
qüvvəyə  mindiyi  andan  hesablanır.  Bu  cəza  növü  intizam  xarakterli  hərbi  hissədə 
saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, 
əlavə  cəza  əsas  cəzanın  çəkildiyi  bütün  müddətə  və  bundan  əlavə,  hökmdə  bu  cəza 
növü üçün müəyyən edilmiş müddətə şamil olunur. 
M a d d ə   4 7 .   İctimai işlər
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə