Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

280.2.  Əqli  mülkiyyət  hüquqlarının  qorunması  və  tərkibində  əqli  mülkiyyət 
hüquqlarının  obyektləri  olan  malların  reyestrə  daxil  edilməsi  barədə  ərizədə  aşağıdakılar 
göstərilməlidir:
 
280.2.1. hüquq sahibi haqqında məlumat;
 
280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;
 
280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri;
 
280.2.4.  malların  pirat  və  ya  kontrafakt  olmasını  aşkar  etməyə  imkan  verən 
məlumatlar;
 
280.2.5.  malların pirat  və  ya kontrafakt olmadığı  müəyyən edildiyi halda, buraxılışın 
dayandırılması  nəticəsində  bəyannaməçiyə,  mal  sahibinə,  yaxud  digər  maraqlı  şəxslərə 
vurulan  zərərin,  habelə  gömrük  orqanlarının  xərclərinin  ödənilməsinə  dair  ərizəçinin 
öhdəliyi.
 
280.3.  Ərizəyə  tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyekti  olan  mallar  üzərində 
ərizəçinin  hüquqlarını  təsdiq  edən  sənədlər  (əsərin,  əlaqəli  hüquqlar  obyektinin,  inteqral 
sxem  topologiyasının  və  məlumat  toplusunun  qeydiyyatı  haqqında  şəhadətnamə,  əmtəə 
nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli 
mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.
 
280.4.  Bu  Məcəllənin  280.2.5
-
ci  maddəsində  nəzərdə  tutulmuş  öhdəliyin  icrasının 
təmin  edilməsi  üçün  ərizəçi  bu  Məcəllənin  258.1
-
ci  maddəsində  göstərilən  təminatlardan 
birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği müvafiq icra hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  minimum  və  maksimum  məbləğlər  çərçivəsində  gömrük 
orqanları tərəfindən müəyyən olunur.
 
280.5.  Ərizə  ilə  birlikdə  tərkibində  əqli  mülkiyyət  obyekti  olan  malın,  habelə  pirat, 
yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.
 
280.6.  Müvafiq  icra  hakimiyyəti  orqanı  ərizəyə  onun  daxil  olduğu  gündən  1  (bir)  ay 
müddətində baxır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə 
daxil olunması, yaxud bu Məcəllənin 280.7
-
ci maddəsində nəzərdə tutulmuş halda bundan 
imtina barədə qərar qəbul edir.
 
280.7.  Ərizəçi  bu  Məcəllənin  280
-
cı  maddəsinin  tələblərinə  riayət  etmədiyi  halda, 
müvafiq icra hakimiyyəti orqanı malın reyestrə daxil edilməsindən imtina olunması barədə 
qərar  qəbul  edir  və  ərizəçini  yazılı  formada  məlumatlandırır.  Çatışmazlıqlar  aradan 
qaldırıldıqdan
 
sonra  tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malın  reyestrə 
daxil olunması barədə ərizə ilə yenidən müraciət oluna bilər.
 
280.8.  Ərizədə  və  ya  ona  əlavə  olunmuş  sənədlərdəki  məlumatlarda  dəyişiklik  baş 
verdikdə, ərizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
 
280.9. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim 
etdiyi  səhv  məlumatlar  əsasında  reyestrə  daxil  olunduğu  hallarda,  həmin  mallar  müvafiq 
icra  hakimiyyəti  orqanının  qərarı  ilə  reyestrdən  çıxarılır.  Bu  barədə  müvafiq  icra 
hakimiyyəti orqanı ərizəçini yazılı formada məlumatlandırır.
 
  
M a d d ə
 281. 
Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti
 
  
281.1.  Hüquq  sahibinin  hüquqlarının  qorunma  müddəti  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən obyektin reyestrə daxil olunması haqqında qərar qəbul olunduğu gündən 
etibarən  ərizəçinin  göstərdiyi  müddət  nəzərə  alınmaqla,  5  (beş)  ilədək  müəyyən  olunur. 
Ərizəçinin müraciəti olduqda, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə  həmin müddət 
uzadılır.
 
281.2.  Əqli  mülkiyyət  hüquqlarının  obyektinə  olan  hüquqların  gömrük  orqanları 
tərəfindən  qorunmasının  ümumi  müddəti,  hüquq  sahibinin  əqli  mülkiyyət  obyektinə  olan 
hüquqlarının qüvvədə olma müddətindən artıq olmamalıdır.
 
  


M a d d ə
 282. 
Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların 
gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti
 
  
282.1.  Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların  gömrük 
rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti bu Məcəllə və gömrük işi üzrə digər 
qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
 
282.2.  Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların  gömrük 
sərhədindən  keçirilməsi
 
qaydaları
 
bu  Məcəllə,  gömrük  işi üzrə  digər  qanunvericilik  aktları 
və əqli mülkiyyətə dair qanunvericiliklə tənzimlənir.
 
  
M a d d ə
 283. 
Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların 
buraxılışının dayandırılması
 
  
283.1.  Reyestrə  daxil  edilmiş  tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektlə
ri  olan 
malların  gömrük  rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti  zamanı  onların  pirat  və  ya 
kontrafakt  olması  əlamətləri  aşkar  edilərsə,  belə  malların  buraxılışı  gömrük 
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin 
qərarı  ilə  10  (on)  iş  günü  müddətinə  dayandırılır.  Ərizəçinin  əsaslandırılmış  müraciəti 
olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır.
 
283.2. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların 
buraxılışının  dayandırılması  barədə  qəbul  etdiyi  qərar  haqqında  və  buraxılışın 
dayandırılmasının  səbəbləri  barədə  bəyannaməçiyə  və  ərizəçiyə  dərhal  yazılı  bildiriş 
göndərir.  Həmin  bildirişdə  müvafiq  olaraq  bəyannaməçinin  və  ərizəçinin  adı,  soyadı, 
atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir.
 
283.3.  Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların  buraxılışının 
dayandırılması,  buraxılışın  dayandırılma  müddətinin  uzadılması,  qəbul  edilən  qərarlar 
barədə  ərizəçiyə  və  bəyannaməçiyə  məlumat  verilməsi  qaydalarını  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir.
 
  
M a d d ə
 284. 
Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi
 
  
284.1. 
Reyestrə  daxil  edilmiş
 
tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan 
malların  buraxılışının  dayandırılması  nəticəsində  bəyannaməçiyə,  mal  sahibinə,  yaxud 
digər  maraqlı  şəxslərə  dəymiş  zərərin  əvəzi  malların  pirat  və  ya  kontrafakt  olmadığı 
müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir.
 
284.2. 
Reyestrə  daxil  edilmiş
 
tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan 
malların  buraxılışının  dayandırılması  nəticəsində  gömrük  orqanlarının  çəkdiyi  xərclərin 
əvəzi malların pirat və ya kontrafakt olması müəyyənləşdirildiyi hallarda bəyannaməçi, əks 
halda isə ərizəçi tərəfindən ödənilir.
 
  
M a d d ə
 285. 
Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi
 
  
285.1.  Gömrük  orqanları  buraxılışının  dayandırılması  haqqında  qərar  qəbul  edilmış 
malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları 
ərizəçiyə və
 
bəyannaməçiyə verirlər.
 
285.2.  Ərizəçiyə  və bəyannaməçiyə verilən məlumatlar konfidensial məlumat hesab 
olunur  və  qanunda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  onlar  tərəfindən  yayılmamalı, 
üçüncü şəxslərə ötürülməməlidir.
 
285.3.  Gömrük  orqanlarının  icazəsi  ilə  ərizəçi  və  bəyannaməçi,  yaxud  onların 
nümayəndələri  buraxılışı  dayandırılmış  mallardan  gömrük  nəzarəti  altında  prob  və 
nümunələr götürə, onların tədqiqatını apara bilərlər.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə