Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Buraxılışın dayandırılması haqqında qərarın ləğvi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

M a d d ə
 286. 
Buraxılışın dayandırılması haqqında qərarın ləğvi
 
  
286.1.  Gö
mrük  orqanı  buraxılışın  dayandırılması  barədə  bildirişi  ərizəçiyə  təqdim 
etdikdən  sonra  bu  Məcəllənin  283.1
-
ci  maddəsində  nəzərdə  tutulan  müddət  ərzində 
ərizəçinin iddiası əsasında
 
məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə 
gömrük  orqanlarına  məlumat  daxil  olmadıqda,
 
tərkibində  əqli  mülkiyyət  hüquqlarının 
obyektləri olan
 
malların bu Məcəllə ilə müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsi 
və buraxılışı həyata keçirilir.
 
286.2.  Bu 
Məcəllənin  286.1
-
ci  maddəsində  nəzərdə  tutulan  işlərə
 
ərizə
 
məhkəməyə 
daxil  olduğu  vaxtdan  sonra  20  (iyirmi)  iş  günündən  gec  olmayan  müddətdə
 
mahiyyəti 
üzrə
 
baxılmağa başlanmalı və bu barədə məhkəmə gömrük orqanına məlumat verməlidir.
 
286.3.  Malların  pirat  və  ya  kontrafakt  olduğu  müəyyən  edildikdə,  onların  barəsində 
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
 
286.4.  Gömrük  orqanları  aşağıdakı  hallarda  malların  buraxılışının  dayandırılması 
haqqında  qərarı  bu  Məcəllənin  283.1
-
ci  maddəsində  göstərilən  müddət  başa  çatanadək 
ləğv edirlər:
 
286.4.1. bura
xılışın dayandırılması haqqında qərarın ləğvi barədə ərizəçinin müraciəti 
olduqda; 
286.4.2.  tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyekti  olan  mallar  reyestrdən 
çıxarıldıqda.
 
286.5. Buraxılışın dayandırılması haqqında qərar onu qəbul etmiş gömrük orqanını

rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən ləğv olunur.
 
286.6.  Buraxılışın  dayandırılması  haqqında  qərarın  ləğvi  və  malların  buraxılması, 
hüquq  sahibinin  əqli  mülkiyyət  hüquqlarının  obyekti  üzərində  hüquqlarının  qorunması  ilə 
bağlı digər səlahiyyətli dövlət orqanlarına müraciət etməsinə maneə yaratmır.
 
  
M a d d ə
 287. 
Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  mallara 
nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri
 
  
287.1.  Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan,  lakin  reyestrə  daxil 
edilməmiş,  habelə  ərizəçinin  müraciətində  göstərilməmiş  malların  pirat  və  ya  kontrafakt 
olması  əlamətlərini  gömrük  orqanları  aşkar  etdikdə,  onlar  həmin  malların  buraxılışını  bu 
Məcəllənin 283.1
-
ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.
 
287.2.  Bu  Məcəllənin  287.1
-
ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  gömrük 
orqanları  hüquq  sahibini  və  bəyannaməçini  dərhal  məlumatlandırır,  malların  pirat  və  ya 
kontrafakt  olmasını  dəqiq  müəyyənləşdirmək  üçün  lazım  olan  məlumatları  isə  onla
rdan 
tələb edirlər.
 
  
M a d d ə
 288. 
Əqli  mülkiyyət  hüquqlarının  qorunması  tədbirləri  tətbiq 
olunmayan mallar 
  
Məcəllənin bu fəslində nəzərdə tutulan tədbirlər fiziki şəxslər tərəfindən az miqdarda 
gömrük  sərhədindən  keçirilən,  yaxud  beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən  istehsal 
və  ya  digər  kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulmayan  mallara  münasibətdə  tətbiq 
olunmur. 
  
  
 
 
 
 
 


XVI BÖLMƏ
 
MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN
 
BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ,
 BORU 
KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ
 
  
FƏSİL 50
 
MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ 
VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ
 
  
M a d d ə
 289. 
Beynəlxalq poçt göndərişləri
 
  
289.1. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir:
 
289.1.1. poçt kartları;
 
289.1.2. məktublar;
 
289.1.3. banderollar; 
289.1.4. xüsusi “M” kisələri;
 
289.1.5. kiçik paketlər;
 
289.1.6. poçt bağlamaları;
 
289.1.7. sekoqramlar. 
289.2.  Beynəlxalq  poçt  göndərişləri  Ümumdünya  Poçt  İttifaqının  aktlarında  nəzərdə 
tutulmuş sənədlərlə müşayiət olunmalıdır.
 
289.3.  Beynəlxalq  poçt  mübadilə məntəqələrini  və  yerlərini  müvafiq  icra  hakimiyyəti 
orqanları birgə müəyyən edirlər.
 
289.4. 
Poçt rabitəsi operatorları özlərinə aid beynəlxalq poçt mübadiləsi yerlərində və 
beynəlxalq  poçt  mübadiləsi  məntəqələrində  gömrük  nəzarətini  və  gömrük 
rəsmiləşdirilməsini həyata keçirmək üçün gömrük orqanlarını qarşılıqlı razılaşma əsasında 
xidməti sahələrlə və lazımi avadanlıqla təmin edirlər.
 
289.5. 
Beynəlxalq  poçt  göndərişləri  vasitəsilə
 
göndərilən  mallar  gömrük  nəzarəti  və 
gömrük  rəsmiləşdirilməsi  başa
 
çatanadək  və  onların  buraxılışı  barədə  rəsmi  icazə 
verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar.
 
  
M a d d ə
 290. 
Malların  gömrük  sərhədindən  beynəlxalq  poçt  göndərişləri  ilə 
keçirilməsinin xüsusiyyətləri
 
  
290.1.  Aşağıdakı  malların  gömrük  sərhədindən  beynəlxalq  poçt  göndərişləri  ilə 
keçirilməsinə icazə verilmir:
 
290.1.1.  gömrük  ərazisinə  gətirilməsinə  və  bu  ərazidən  aparılmasına  bu  Məcəllənin 
214-
cü maddəsinə əsasən qadağa qoyulan mallar;
 
290.1.2.  Ümumdünya  Poçt  İttifaqının  aktlarına  uyğun  olaraq  poçt  vasitəsilə 
göndərilməsi qadağan olunan mallar.
 
290.2. Gömrük ərazisinə beynəlxalq poçt göndərişləri ilə gətirilməsinə və bu ərazidən 
aparılmasına bu Məcəllə və digər qanunvericiliklə, beynəlxalq müqavilələrlə məhdudiyyət 
qoyulmuş  malların  gömrük  rəsmiləşdirilməsi  zamanı  onları  alan  və  göndərən  şəxslər 
(həmin şəxslərin səlahiyyətli nümayəndələri) müvafiq icazə sənədini təqdim etməlidir.
 
290.3.  Fiziki  şəxslərin  ünvanına  qanunvericiliklə  müəyyənləşdirilmiş  şərtlərə  əməl 
olunmaqla  beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən,  istehsal  və  kommersiya 
məqsədlərinə  istifadə  üçün  nəzərdə  tutulmayan  mallar  gömrük
 
rüsumlarından
 
və 
vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir.
 
290.4.  Beynəlxalq  poçt  göndərişlərinin  daşınmasını  həyata  keçirən  poçt  rabitəsi 
operatorları,  bu  prosesdə  vasitəçilik  edən  şəxslər  gömrük  sərhədindən  keçirilən 
beynəlxalq  poçt  göndərişlərinə  gömrük  nəzarətini  və  gömrük  rəsmiləşdirilməsini  həyata 
keçirmək üçün onları gömrük orqanlarına təqdim etməlidirlər.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə