Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Daxili  malların  xarici  dövlətin  ərazisindən  keçməklə,  gömrük



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   49   50   51   52   53   54   55   56   57

  
M a d d ə
 297. 
Daxili  malların  xarici  dövlətin  ərazisindən  keçməklə,  gömrük 
ərazisində  yerləşən  iki  gömrük  orqanı  arasında  boru  kəməri  və  elektrikötürücü 
xətlər vasitəsi ilə keçirilməsi
 
  
Da
xili  malların  xarici  dövlətin  ərazisindən  keçməklə,  gömrük  ərazisində  yerləşən  iki 
gömrük  orqanı  arasında  boru  kəməri  və  elektrikötürücü  xətlər  vasitəsilə  keçirilməsi  bu 
Məcəllənin 175
-
ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
 
  
M a d d ə
 298. B
oru kəməri və elektrikötürücü xətləri vasitəsilə qarşılıqlı ötürülən 
malların gömrük rəsmiləşdirilməsi
 
  
Boru  kəməri  və  elektrikötürücü  xətlər  vasitəsilə
 
qarşılıqlı  ötürülən  malların  gömrük 
rəsmiləşdirilməsi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun 
olaraq həyata keçirilir.
 
  
  
XVII BÖLMƏ
 
FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN 
GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ
 
  
FƏSİL 52
 
FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN 
GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
 
  
M a d d ə
 299. 
Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi 
qaydaları
 
  
299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214
-cü 
maddəsi,
 
“Mülki  dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən  çıxarılmış) 
əşyaların  siyahısı  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən
 
qadağan 
edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün 
nəzərdə  tutulmayan  malları  gömrük  sərhədindən  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər.
 
299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların 
fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçi
rildiyi 
yəqinləşdirilməklə,  xassələri,  miqdarı,  habelə  sərhəddən  keçirilməsinin  mütəmadiliyi 
əsasında müəyyən edilir.
 
299.3.  Fiziki  şəxslər  gömrük  sərhədindən  malları  istehsal,  yaxud  kommersiya 
məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş 
ümumi qaydaları tətbiq olunur.
 
299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük 
dəyərinin,  mənşə  ölkəsinin  və  gömrük  ödənişlərinin  məbləğinin  əvvəlcədən 
müəyyənləşdirmək  məqsədilə  gömrük  orqanına  yazılı,  o  cümlədən  elektron 
formada 
müraciət  edə  bilər.  Həmin  müraciət  əsasında  bu  Məcəllənin  50
-
ci  maddəsinə 
müvafiq  olaraq  malların  təsnifatının,  gömrük  dəyərinin,  mənşə  ölkəsinin  və  gömrük 
ödənişlərinin  məbləğinin  müəyyən  edilməsi  baxımından  icrası  gömrük  orqanları  üçün
 
məcburi olan qərar qəbul edilir.
 
  
 
 


M a d d ə
 300. 
Fiziki  şəxslər  tərəfindən  gömrük  sərhədindən  keçirilən  malların 
bəyan edilməsi
 
  
300.1.  Fiziki  şəxslərin  gömrük  sərhədindən  keçirilən  malların  bəyan  edilməsinin 
sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində 
ikikanallı –
 
“Yaşıl kanal” və “Qırmızı kanal” 

buraxılış sistemləri tətbiq olunur.
 
300.2.  “Yaşıl  kanal”  buraxılış  sistemi  fiziki  şəxslər  tərəfindən  malların  (müşayiət 
olunmayan  baqajda  keçirilən  və  poçt  göndərişlərində  göndərilən  mallar  istisna  olmaqla) 
şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur.
 
300.3.  “Qırmızı  kanal”  buraxılış  sistemi  mallara  dair  sadələşdirilmiş  bəyannamə 
verilməklə, onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tut
ulur. 
300.4. Fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən 
bu  Məcəllənin  300.3
-
cü  maddəsində  göstərilən  “Qırmızı  kanal”  sistemi  tətbiq  olunmaqla, 
onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.
 
300.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan 
edilməli  olan  malların  siyahısını,  onların  bəyan  olunması  və  gömrük  rəsmiləşdirilməsi 
qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
300.6. Yazılı formada bəyan edilməli olan mallar
 
gömrük sərhədindən yetkinlik yaşına 
çatmamış  fiziki  şəxslər  tərəfindən  keçirildikdə,  həmin  mallar  onu  müşayiət  edən  şəxs 
tərəfindən bəyan olunur.
 
300.7.  Fiziki  şəxslər  istehsal,  yaxud  kommersiya  məqsədləri  üçün  nəzərdə 
tutulmayan  malları  gömrük  sərhədindən  əl  yükündə  və  (və  ya)  müşayiət  edilən  baqajda 
keçirdikdə,
 
sadələşdirilmiş  bəyannaməni  malların  gömrük  orqanına  təqdim  edilməsi  ilə 
eyni vaxtda verirlər.
 
300.8.  Gömrük  ərazisinə  müşayiət  olunmayan  baqajda  gətirilən  mallara  dair 
sadələşdirilmiş  bəyannamə  bu  Məcəllənin  149.3
-
cü  maddəsində  nəzərdə  tutulan 
müddətdə,  gömrük  ərazisindən  müşayiət  olunmayan  baqajda  aparılan  mallara  dair 
sadələşdirilmiş  bəyannamə  isə,  onların
 
gömrük  orqanına  təqdim  edilməsi  ilə  eyni  vaxtda 
verilir. 
300.9.  Müşayiət  olunmayan  baqajdakı  mallar  onları  keçirən  şəxs  və  ya  onun 
nümayəndəsi tərəfindən bəyan
 
edilə
 
bilər. Gömrük orqanlarına bəyan edilmiş mallara dair 
məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan edən şəxs daşıyır.
 
300.10.  Müşayiət  olunmayan  baqajda  yetkinlik  yaşına  çatmayan  şəxsə  aid  olan 
mallar onun valideynləri,  övladlığa götürənləri,  qəyyumları,  himayəçiləri,  yaxud göstərilən 
şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa şəxslər tərəfindən bəyan
 edilir. 
  
M a d d ə
 301. 
Fiziki  şəxslər  tərəfindən  gömrük  rüsumlarının  və  vergilərin 
ödənilməsi
 
  
301.1. Fiziki şəxslər gömrük rüsumlarını və vergiləri gömrük sərhədindən keçirdikləri 
malları  yazılı  formada  bəyan  edilən  zaman
 
yalnız  bank,  poçt  və  ya  plastik  kart 
vasitəsilə
 
ödəyirlər.
 
301.2.  Fiziki  şəxslərin  gömrük  sərhədindən  keçirdiyi  malların  gömrük 
rəsmiləşdirilməsi  onlar  tərəfindən  gömrük  rüsumlarının  və  vergilərin  ödənilməməsi  və  ya 
bu  Məcəllənin  215
-
ci  maddəsi,
 
“Mülki  dövriyyənin  müəyyən  iştirakçılarına  mənsub  ola 
bilən  və  dövriyyədə  olmasına  xüsusi  icazə  əsasında  yol  verilən  (mülki  dövriyyəsi 
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və 
müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə
 
məhdudiyyət  qoyulmuş  malların  gömrük 
sərhədindən  keçirilməsi  müvafiq  icazə  sənədinin  olmaması  səbəblərinə  görə  başa 
çatdırılmadıqda,  həmin  şəxsin  seçimi  əsasında  mallar  gömrük  ərazisindən  geri 
qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə