Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   49   50   51   52   53   54   55   56   57

M a d d ə
 308. 
Xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  başçıları  və 
diplomatik heyətinin üzvləri üçün gömrük güzəştləri
 
  
308.1.  Xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  başçıları  və  diplomatik 
heyətinin  üzvləri, habelə  onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə 
tutulan  malları  və  nəqliyyat  vasitələrini,  onların  gömrük  sərhədindən  keçirilməsi 
qaydalarına  riayət  etmək  şərti  ilə  gömrük  rüsumlarından,  vergilərdən  və  digər  gömrük 
ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.
 
308.2.  Xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  başçılarının
,  diplomatik 
heyətinin  üzvlərinin,  onlarla  birlikdə  yaşayan  ailə  üzvlərinin  şəxsi  baqajları  gömrük 
baxışından azaddır.
 
308.3.  Xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  başçılarının,  diplomatik 
heyətinin  üzvlərinin,  onlarla  birlikdə  yaşayan  ailə  üzvlərinin  şəxsi  baqajlarında  şəxsi 
istifadə  üçün  nəzərdə  tutulmayan,  gömrük  ərazisinə  gətirilməsi  və  ya  bu  ərazidən 
aparılması  bu  Məcəllə,  müvafiq  qanunvericiliklə  və  beynəlxalq  müqavilələrlə  qadağan 
edilən,  məhdudlaşdırılan  malların  mövcudluğu  haqqında  kifayət  qədər  əsaslar  olduqda, 
gömrük  orqanları  həmin  şəxslərin  və  ya  onların  səlahiyyətli  nümayəndələrinin  iştirakı  ilə 
gömrük baxışı keçirirlər.
 
  
M a d d ə
 309. 
Xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  inzibati
-texniki 
heyətinin əməkdaşları üçün gömrük
 
güzəştləri
 
  
309.1.  Xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin  inzibati
-
texniki  heyətinin 
əməkdaşları  və  onlarla  birlikdə  yaşayan  ailə  üzvləri  (həmin  əməkdaşlar  və  onların  ailə 
üzvləri  Azərbaycan  Respublikasının  vətəndaşı  deyilsə,  yaxud  daimi  olaraq  Azərbaycan 
Respublikasında yaşamırlarsa) gömrük ödənişlərindən azad edilməklə, şəxsi istifadə üçün 
nəzərdə tutulan malları gömrük ərazisinə gətirə bilərlər.
 
309.2.  Bu  Məcəllənin  309.1
-
ci  maddəsi  saxlanca  görə  ödənişlərə,  habelə  bu 
Məcəllənin  232.2
-ci  mad
dəsinə  uyğun  olaraq  malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
orqanlarının  iş  vaxtından  kənar  saatlarda  və  iş  yerindən  kənarda  gömrük  nəzarətinin 
həyata keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir.
 
  
M a d d ə
 310. 
Xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyətinin üzvləri 
üçün  nəzərdə  tutulan  gömrük  güzəştlərinin  inzibati
-
texniki  və  xidmətçi  heyətin 
əməkdaşlarına şamil edilməsi
 
  
Xarici  dövlətlərlə  bağlanılan  beynəlxalq  müqavilələr  əsasında  bu  Məcəllədə  xarici 
dövlətlərin  nümayəndəliklərinin  diplomatik  heyəti  üçün  nəzərdə  tutulan  güzəştlər,  hər  bir 
dövlətlə  qarşılıqlı  olmaq  şərti  ilə,  bu  nümayəndəliklərin  Azərbaycan  Respublikasının 
vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında yaşamayan inzibati
-
texniki və xidmətçi heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə də şamil edilə bilər.
 
  
M a d d ə
 311. 
Xarici  dövlətlərin  konsulluq  nümayəndəlikləri  və  onların  heyət 
üzvləri üçün gömrük güzəştləri
 
  
311.1.  Xarici  dövlətlərin  konsulluq  nümayəndəliklərinə,  onların  başçılarına,  digər 
vəzifəli  şəxslərinə  və  qulluqçularına,  habelə  göstərilən  şəxslərin  ailə  üzvlərinə  (həmin 
əməkdaşlar  və  onların  ailə  üzvləri  Azərbaycan  Respublikasının  vətəndaşı  deyilsə  və  ya 
Azərbaycan  Respublikasında  daimi  yaşamırlarsa)  xarici  dövlətlərin  diplomati

nümayəndəlikləri  və  ya  diplomatik  nümayəndəliyin  müvafiq  heyəti  üçün  bu  Məcəllədə 
nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinə dair güzəştlər tətbiq edilir.
 


311.2.  Xarici  dövlətlərlə  bağlanılan  beynəlxalq  müqavilələr  əsasında  bu  Məcəllədə 
xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər 
bir  dövlətlə  qarşılıqlı  olmaq  şərti  ilə,  konsulluq  nümayəndəliklərinin  Azərbaycan 
Respublikasının  vətəndaşı  olmayan  və  ya  daimi  olaraq  Azərbaycan  Respublikasında 
yaşamayan xidmətçi heyət işçilərinə və onların ailə üzvlərinə də şamil edilə bilər.
 
  
M a d d ə
 312. 
Xarici  dövlətlərin  diplomatik  poçtunun  və  konsul  valizinin 
(çantasının) gömrük sərhədindən keçirilməsi
 
  
312.1. Gömrük sərhədindən keçirilən xarici dövlətlərin diplomatik poçtunu və konsul 
valizini (çantasını) açmaq və gecikdirmək olmaz.
 
312.2. Konsul valizində bu Məcəllənin 312.4
-
cü maddəsində göstərilməyən əşyaların 
mövcudluğu  haqqında  kifayət  qədər  əsas  olduqda,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri 
xarici  dövlətin  səlahiyyətli  şəxsləri  tərəfindən  konsul  valizinin  açılmasını  tələb  edirlər.  Bu 
tələbin yerinə yetirilməsindən imtina edildikdə, konsul valizi açılmadan geri qaytarılır.
 
312.3.  Diplomatik  poçt  və  konsul  valizi  olan  bütün  yerlərdə  onların  xarakterini  əks 
etdirən, görünən xarici nişanlar olmalıdır.
 
312.4.  Diplomatik  poçt  yalnız  rəsmi  istifadə  üçün  nəzərdə  tutulan  diplomatik 
sənədlərdən və mallardan, konsul valizi isə yalnız rəsmi yazışma və sənədlərdən, yaxud 
yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş mallardan ibarət
 
ola bilər.
 
  
M a d d ə
 313. 
Xarici dövlətlərin diplomatik və konsulluq kuryerləri üçün gömrük 
güzəştləri
 
  
313.1.  Xarici  dövlətlərin  diplomatik  və  konsulluq  kuryerləri  gömrük  baxışından  və 
gömrük  ödənişlərindən  qarşılıqlı  azadolunma  əsasında  şəxsi  istifadə  üçün  olan  malları 
gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.
 
313.2.  Bu  Məcəllənin  313.1
-
ci  maddəsi  saxlanca  görə  ödənişlərə,  habelə  bu 
Məcəllənin  232.2
-
ci  maddəsinə  uyğun  olaraq  malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
orqanlarının  iş  vaxtından
 
kənar  saatlarda  və  iş  yerindən  kənarda  gömrük  nəzarətinin 
həyata keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir.
 
  
M a d d ə
 314. 
Xarici  dövlətlərin  nümayəndələri  və  nümayəndə  heyəti  üzvləri 
üçün gömrük güzəştləri
 
  
Dövlətlərarası  danışıqlarda,  beynəlxalq  konfranslarda,  seminarlarda,  müşavirələrdə 
iştirak  etmək  üçün  və  ya  digər  rəsmi  tapşırıqla  Azərbaycan  Respublikasına  gələn  xarici 
dövlətlərin  nümayəndələrinə,  parlament  və  hökumət  nümayəndə  heyətlərinin  üzvlərinə, 
həmçinin qarşılılıq prinsipi əsasında xarici dövlətlərin nümayəndə heyətinin əməkdaşlarına 
bu Məcəllədə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət üzvləri üçün nəzərdə 
tutulan  gömrük  güzəştləri  tətbiq  edilir.  Bu  güzəştlər  həmin  şəxsləri  müşayiət  edən  ailə 
üzvlərinə də şamil 
olunur. 
  
M a d d ə
 315. 
Gömrük  ərazisindən  tranzitlə  keçən  xarici  dövlətlərin  diplomatik 
heyət üzvləri, konsulluqlarının vəzifəli şəxsləri  və onların  ailə üzvləri  üçün gömrük 
güzəştləri
 
  
Gömrük  ərazisindən  tranzitlə  keçən  xarici  dövlətlərin  diplomatik  heyət  üzvlərinə, 
konsulluqlarının  vəzifəli  şəxslərinə,  həmin  şəxslərin  ailə  üzvlərinə,  habelə  bu  Məcəllənin 
314-
ci  maddəsində  göstərilən  şəxslərə  xarici  dövlətlərin  diplomatik  nümayəndəliklərinin 
heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir

  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə