Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   49   50   51   52   53   54   55   56   57

321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 
bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst 
təsnifatlandırma hüququna malikdirlər.
 
321.4.  Malların  təsnifatını  apararkən,  gömrük  orqanları  xarici  iqtisadi fəaliyyətin  mal 
nomenklaturasına  uyğun  olan  malların  kodlarından  istifadə  edirlər.  Malı  müşayiət  edən 
s
ənədlərdə  göstərilən  məlumatlar,  habelə  ekspertiza  fəaliyyətini  həyata  keçirən 
müəssisələr  tərəfindən  verilən  ekspertiza  aktları,  arayışlar,  rəylər  yardımçı  informasiya 
xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.
 
321.5.  Gömrük  orqanlarının  malların  təsnifatı  haqqında  qərarları  məcburi  xarakter 
daşıyır.  Bəyannaməçi,  mallar  barədə  səlahiyyəti  olan  digər  şəxslər  həmin  qərardan  bu 
Məcəllənin 10
-
cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.
 
  
  
XX BÖLMƏ
 
GÖMRÜK EKSPERTİZASI
 
  
FƏSİL 56
 
GÖMRÜK EKSPERTİZASININ APARILMASI
 
  
M a d d ə
 322. 
Gömrük ekspertizasının məqsədi və aparılması
 
qaydaları
 
  
322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir:
 
322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi

322.1.2.  malların  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasına  uyğun  olaraq 
aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi;
 
322.1.3.  malların  mənşə  ölkəsinin,  emal  prosesində  hasilat  normalarının,  istehsal 
tarixinin və keyfiyyətinin müəyyən edilməsi;
 
322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması;
 
322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
 
322.1.6.  ekoloji  baxımdan  təhlükəli,  tərkibində  ozondağıdıcı  maddələr  olan  malların 
və tullantıların müəyyən edilməsi;
 
322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
 
322.1.8. malların gömrük dəyərinin təyin olunması;
 
322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi.
 
322.2.  Gömrük  ekspertiz
ası  mallar  üzərində  gömrük  nəzarəti  həyata  keçirilərkən  və 
onların  gömrük  rəsmiləşdirilməsi  aparılarkən,  habelə  malların  təsnifatı  ilə  bağlı  məcburi 
qərarların  qəbul  edilərkən,  bu  Məcəllənin  322.1
-
ci  maddəsində  göstərilənlərin 
müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır.
 
322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır.
 
322.4.  Gömrük  ekspertizası  gömrük  laboratoriyalarının  ekspertləri  və  müqavilə 
əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır.
 
322.5. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi 
haqqında  sənədi  (göndərişi)  və  ya  şəxslərin  müraciəti  əsasında,  gömrük  nəzarəti  və 
gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır

322.6.  Mürəkkəb  ekspert  tədqiqatlarının  aparılması  tələb  olunduqda,  gömrük 
laboratoriyasının  rəhbərinin  qərarı  əsasında  eyni  ixtisaslı  bir  neçə  ekspertə  həvalə 
olunmaqla komisyon ekspertiza keçirilir. 
322.7.  Bu  Məcəllənin  322.1
-
ci  maddəsində  göstərilənlər  müxtəlif  bilik  və  ya  elm 
sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə 
tədqiqat aparılmaqla müəyyən edilə bildikdə, kompleks ekspertiza keçirilir.
 
322.8.  Malların  gömrük  ekspertizasına  göndərilməsi  barədə  gömrük  orqanlarının 
sənədində (göndərişində) aşağıdakılar göstərilməlidir:
 


322.8.1. gömrük ekspertizasının aparılmasının məqsədləri;
 
322.8.2. gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı;
 
322.8.3. ekspertin qarşısında qoyulmuş suallar;
 
3
22.8.4. ekspertə təqdim olunmuş materialların və sənədlərin siyahısı;
 
322.8.5.  bilə
-
bilə  yalan  rəy  verməsinə  görə  ekspertin  məsuliyyəti  haqqında 
xəbərdarlıq.
 
322.9.  Gömrük  orqanının  vəzifəli  şəxsi  bəyannaməçiyə,  mallar  barədə  səlahiyyəti 
olan  digər
 
şəxslərə
 
və  ya  onların  nümayəndələrinə  malların  gömrük  ekspertizasına 
göndərilməsi barədə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq və vəzifələri 
izah  olunur.  Gömrük  orqanının  vəzifəli  şəxsi  bəyannaməçiyə,  mallar  barədə  səlahiyyəti 
olan  digər
 
şəxslərə
 
və  ya  onların  nümayəndələrinə  hüquq  və  vəzifələrinin  izah  olunması 
barədə qərarda müvafiq qeyd aparır.
 
322.10.  Gömrük  nəzarəti  və  rəsmiləşdirilməsi  ilə  əlaqədar  olaraq  bəyannaməçinin, 
mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə 
malların  gömrük  ekspertizasının  aparılması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi məbləğdə həmin şəxslər tərəfindən gömrük yığımı ödənilir.
 
322.11.  Gömrük  orqanlarının  təşəbbüsü  ilə  keçirilən  gömrük  ekspertizalarının 
aparılması ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
 
322.12.  Tədqiqat  obyektinin  gömrük  laboratoriyasına  gətirilməsi  mümkün  olmadığı 
hallar  istisna  olmaqla,  gömrük  ekspertizası  gömrük  laboratoriyasının  binasında  aparılır. 
Ekspert  gömrü
k  ekspertizasının  aparılmasına  yalnız  gömrük  laboratoriyasının  rəhbərinin 
yazılı göstərişi əsasında başlaya bilər.
 
322.13. Gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən rəy verilir.
 
322.14. Gömrük ekspertizası aparılarkən mallardan prob və nümunələr bu Məcəllənin 
158-
ci maddəsinə uyğun olaraq götürülür.
 
322.15. Gömrük ekspertizasının aparılması
 
qaydaları
 
müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir.
 
  
M a d d ə
 323. 
Ekspertin hüquqları və vəzifələri
 
  
323.1. Ekspert aşağıdakı hüquqlar
a malikdir: 
323.1.1. tədqiqat obyektinə aid materiallar və sənədlərlə tanış olmaq;
 
323.1.2.  gömrük  ekspertizasını  aparmaq  üçün  zəruri  olan  əlavə  materiallar  və 
sənədlər tələb etmək;
 
323.1.3.  tədqiqat  obyektinə  aid  məlumatların  aydınlaşdırılması  üçün  gömrük
 
orqanlarının  vəzifəli  şəxslərinə,  bəyannaməçiyə,  mallar  barədə
 
səlahiyyəti  olan 
digər
 
şəxslərə və onların nümayəndələrinə
 
suallar vermək;
 
323.1.4.  qoyulmuş  suallardan  əlavə  tədqiqat  obyektinə  aid  olan  və  iş  üçün 
əhəmiyyətli hesab etdiyi digər halları öz rəyində göstərmək;
 
323.1.5. səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan imtina etmək;
 
323.1.6.  təqdim  olunan  materiallar  və  sənədlər  əsasında  rəy  vermək  mümkün 
olmadıqda, gömrük ekspertizanı aparmaqdan imtina etmək;
 
323.1.7.  gömrük  orqanlarının  icazəsi  ilə  gömrük  nəzarətinin  həyata  keçirilməsində 
iştirak etmək.
 
323.2. Ekspertin vəzifələri aşağıdakılardır:
 
323.2.1. şəxslərə gömrük ekspertizasına dair məsləhətlər vermək;
 
323.2.2.  gömrük  ekspertizasına  təqdim  olunmuş  mallardan  götürülmüş  prob  və 
nüm
unələrin  tədqiqatını  aparmaq  və  onun  nəticəsini  tam,  hərtərəfli  və  qərəzsiz 
qiymətləndirməklə rəy təqdim etmək;
 
323.2.3.  təqdim  olunan  materiallar  və  sənədlər  əsasında  rəy  vermək  mümkün 
olmadıqda, gömrük ekspertizasını təyin etmiş gömrük orqanına, yaxud bununla əlaqədar 
müraciət etmiş şəxsə səbəbləri göstərilməklə, yazılı məlumat vermək;
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə