Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Fiziki  şəxslərin  gömrük  sərhədindən  keçirdiyi  malların  gömrük



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   49   50   51   52   53   54   55   56   57

M a d d ə
 302. 
Fiziki  şəxslərin  gömrük  sərhədindən  keçirdiyi  malların  gömrük 
dəyəri
 
 302.1. M
alların  gömrük  dəyəri  onları  gömrük  sərhədindən  keçirən  fiziki  şəxslər 
tərəfindən həmin  mallar  bəyan  olunarkən  bildirilir.  Malın  bəyan  edilmiş  gömrük  dəyərinin 
təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab 
sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər.
 
302.2.  Malların  bəyan  edilmiş  gömrük  dəyərinin  dəqiqliyini  yoxlamaq  məqsədilə  gömrük 
orqanlarının  bu  malların  satışını  həyata  keçirən  xarici  təşkilatların  kataloqlarının  və  ya 
sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.
 
  
M a d d ə
 303. 
Fiziki  şəxslər  tərəfindən  gömrük  sərhədindən  keçirilən  malların 
mənşə ölkəsi
 
  
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi, onların 
etiketi  (yarlığı),  pasportu  və  mənşəyinə  dair  məlumatları  əks  etdirən  digər  sənədlər 
əsasında müəyyən olunur.
 
  
M a d d ə
 304. 
Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən güzəştli və 
sadələşdirilmiş qaydada keçirilməsi
 
  
304.1. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların 
gömrük  rəsmiləşdirilməsi  zamanı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  gömrük 
prosedurlarından  azad  olunmaqla,  gömrük  ödənişləri  alınmadan  və  ticarət  siyasəti 
tədbirləri  tətbiq  edilmədən  keçirilir.  Fiziki  şəxsin  mallarını  “Yaşıl
 
kanal”  buraxılış 
sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət 
olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük 
orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.
 
304.2. Fizi
ki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük 
baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli 
mallar  aşkarlandıqda,  fiziki  şəxs  həmin  mallara  dair  bəyannamə  verməli  və  müvafiq 
gömrük öd
ənişlərini ödəməlidir.
 
304.3.  “Qırmızı  kanal”  buraxılış  sistemi  vasitəsilə  mallar  sadələşdirilmiş  qaydada, 
yəni  malların  gömrük  rəsmiləşdirilməsi  zamanı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  gömrük 
prosedurlarından  azad  olunmaqla,  lakin  gömrük  rüsumları  və  vergilər  alınmaqla,  habelə 
ticarət siyasəti tədbirləri tətbiq edilməklə keçirilir.
 
304.4.  Gömrük  ərazisinə  gətirilməsinə  və  bu  ərazidən  aparılmasına  bu  Məcəllənin 
215-
ci  maddəsi,
 
“Mülki  dövriyyənin  müəyyən  iştirakçılarına  mənsub  ola  bilən  və 
dövriyyədə  olmasına  xüsusi  icazə  əsasında  yol  verilən  (mülki  dövriyyəsi 
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və 
müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə
 
məhdudiyyət  qoyulmuş  mallar  gömrük 
sərhədindən müvafiq icazə sənədləri əsasında keçirilir.
 
304.5.  Fiziki  şəxslər  malları  gömrük  sərhədindən  sadələşdirilmiş  qaydada 
keçirməkdən imtina edə bilərlər. Belə hallarda malların gömrük sərhədindən keçirilməsinin 
bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq edilir.
 
  
M a d d ə
 305. F
iziki  şəxslər  tərəfindən  malların  gömrük  ərazisinə  müvəqqəti 
gətirilməsi və bu ərazidən müvəqqəti aparılması
 
  
305.1.  Rezident  fiziki  şəxslər  xarici  dövlətlərin  ərazisində  müvəqqəti  qalma 
müddətində  şəxsi  istifadə  üçün  nəzərdə  tutulan  malları  gömrük
 rüsuml
arından
 
və 
vergilərdən  tamamilə  azad  olunmaqla,  ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən  gömrük 
ərazisindən aparmaq və həmin əraziyə geri qaytarmaq hüququna malikdirlər.
 


305.2.  Qeyri-
rezident  fiziki  şəxslərin  və  gömrük  ərazisindən  kənarda  daimi  yaşayan
 
Azərbaycan  Respublikasının  vətəndaşlarının  gömrük  ərazisində  müvəqqəti  qalma 
müddətində 
şəxsi 
istifadəsi 
üçün 
lazım 
olan 
mallar 
həmin 
əraziyə 
gömrük 
rüsumlarından
 
və  vergilərdən  tamamilə  azad  olunmaqla,  ticarət  siyasəti  tədbirləri 
tətbiq edilmədən gətirilə bilər.
 
305.3.  Fiziki  şəxslərin  gömrük  ərazisinə  güzəştli  qaydada  müvəqqəti  gətirdiyi  və  ya 
bu  ərazidən  müvəqqəti  apardığı  malların  müvafiq  olaraq  gömrük  ərazisində  və  ya  bu 
ərazidən  kənarda  qalma  müddəti  fiziki  şəxsin  həmin  ərazidə  qalma  müddəti  əsasında
 
müəyyən  edilir.  Müvafiq  icra  hakimiyyəti  orqanı  fiziki  şəxslərin  gömrük  ərazisinə  güzəştli 
qaydada müvəqqəti gətirdiyi bəzi kateqoriya mallar üçün gömrük ərazisində qalmanın son 
müddətini müəyyən edir.
 
305.4.  Yazılı  formada  bəyan  edilməli  olan  malların  fiziki  şəxslər  tərəfindən 
sadələşdirilmiş qaydada gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu ərazidən müvəqqəti 
aparılması da sadələşdirilmiş bəyannamə vasitəsilə bəyan edilir.
 
305.5.  Təbii  aşınma  və  təbii  itki  halları  istisna  olmaqla,  müvəqqəti  gətirilən  və 
müvəqqəti aparılan mallar dəyişdirilməmiş vəziyyətdə geri qaytarılmalıdır.
 
305.6.  Fiziki  şəxslər  tərəfindən  müvəqqəti  gətirilmiş  və  ya  müvəqqəti  aparılmış 
malların  geri  aparılmasının  və  ya  geri  gətirilməsinin  gömrük  rəsmiləşdirilməsi  istənilən 
gömrük or
qanında həyata keçirilə bilər.
 
  
M a d d ə
 306. 
Fiziki  şəxslər  tərəfindən  nəqliyyat  vasitələrinin  müvəqqəti 
gətirilməsi və müvəqqəti aparılması
 
  
Fiziki  şəxslər  onlara  məxsus  olan,  yaxud  istifadəsinə  müvəqqəti  verilmiş  nəqliyyat 
vasitələrini bu Məcəllənin  müddəalarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada gömrük ərazisindən müvəqqəti apara 
və ya bu əraziyə müvəqqəti gətirə bilərlər.
 
  
  
XVIII BÖLMƏ
 
 
QEYRİ
-
REZİDENTLƏRİN AYRI
-
AYRI KATEQORİYALARI ÜÇÜN GÖM
RÜK 
GÜZƏŞTLƏRİ
 
  
FƏSİL 53
 
 
XARİCİ DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLİKLƏRİ VƏ ONLARIN ƏMƏKDAŞLARI
HABELƏ DİGƏR QEYRİ
-
REZİDENTLƏR ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ
 
  
M a d d ə
 307. 
Xarici  dövlətlərin  diplomatik  nümayəndəlikləri  üçün  gömrük 
güzəştləri
 
  
307.1.  Xarici  dövlətlərin  Azərbaycan  Respublikasındakı  diplomatik  nümayəndəlikləri 
özlərinin  rəsmi  istifadəsi  üçün  nəzərdə  tutulan  malları  və  nəqliyyat  vasitələrini,  onların 
gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, 
vergilərdən və digər gömrük ödənişlərindən azad olunmaqla gömrük ərazisinə gətirə və bu 
ərazidən apara bilərlər.
 
307.2.  Bu  Məcəllənin  307.1
-
ci  maddəsi  saxlanca  görə  ödənişlərə,  habelə  bu 
Məcəllənin  232.2
-
ci  maddəsinə  uyğun  olaraq  malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
orqanlar
ının  iş  vaxtından  kənar  saatlarda  və  iş  yerindən  kənarda  gömrük  nəzarətinin 
həyata keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə