Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

290.5. Be
ynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən 
aparılmasına  qadağa  və  ya  məhdudiyyətlər  qoyulan  (müvafiq  icazə  sənədi  olmadıqda) 
mallar  Ümumdünya  Poçt  İttifaqının  aktlarına  və  bu  Məcəlləyə  uyğun  olaraq  gömrük 
orqanları tərəfindən götürülür.
 
290.6.  Beynəlxalq  poçt  göndərişlərinin  daşınmasını  həyata  keçirən  poçt  rabitəsi 
operatorları, bu prosesdə vasitəçilik edən şəxslər beynəlxalq poçt göndərişlərinin gömrük 
orqanlarının  icazəsi  olmadan  alıcılara  verilməsinə  görə  qanunvericiliyə  uyğun  olaraq 
məsuliyyət daşıyırlar.
 
  
M a d d ə
 291. 
Beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən  malların  gömrük 
rəsmiləşdirilməsi
 
  
291.1. Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət 
olunan  beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən  malların  gömrük  rəsmiləşdirilməsi  bu 
Məcəlləyə  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanlarının  birlikdə  müəyyən  etdiyi 
qaydada həyata keçirilir.
 
291.2.  Gömrük  bəyannaməsi  təqdim  edilməklə  beynəlxalq  poçt  göndərişləri  ilə 
göndərilən malların gömrük rəsmiləşdirilməsi, beynəlxalq poçt mübadiləsi məntəqələrində 
və yerlərində həyata keçirilir.
 
291.3.  Audio-
video  yazılarının,  maqnit  və  digər  məlumat  daşıyıcılarının  gömrük 
rəsmiləşdirilməsi  xüsusi  texniki  nəzarət  vasitələrindən  istifadə  etməklə  gömrük  nəzarəti 
aparıldıqdan sonra həyata keçirilir.
 
  
M a d d ə
 292. 
Beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən  malların  bəyan 
olunması
 
  
292.1.  Kommersiya  və  istehsal  məqsədləri  üçün  nəzərdə  tutulan  mallar  beynəlxalq 
poçt göndərişləri ilə göndərildikdə, həmin mallar bu Məcəllənin malların bəyan edilməsi ilə 
bağlı  müddəalarına  uyğun  olaraq  gömrük  bəyannaməsi  təqdim  olunmaqla  bəyan 
edilməlidir.
 
292.2.  Gömrük  orqanları  üçün  zəruri  olan  məlumatları  özündə  əks  etdirən 
Ümumdünya  Poçt  İttifaqının  aktlarında  nəzərdə  tutulmuş  sənədlərlə  müşayiət  olunan 
beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən  mallar  üçün  gömrük  bəyannaməsi  tələb 
olunmur. 
  
  
FƏSİL 51
 
MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ 
XƏTLƏR VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ
 
  
M a d d ə
 293. 
Malların gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilməsi
 
  
293.1.  Gömrük  ərazisindən  boru  kəməri  vasitəsilə  aparılan  və  bu  əraziyə  gətirilən 
mallar 
gömrük  bəyannaməsi
 
təqdim  edildikdən  və  seçilmiş  gömrük  prosedurunun 
tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir.
 
293.2. Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi 
hallarda natamam bəyannamə təqdim edir:
 
293.2.1.  gömrük  orqanlarına  faktiki  təqdim  edilməli  olan  mal  partiyası  gömrük 
bəyannaməsi verildiyi vaxt olmadıqd
a; 
293.2.2.  gömrük  bəyannaməsi  verildiyi  vaxt  malların  miqdarını,  keyfiyyətini  və 
dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.
 


293.3.  Gömrük  sərhədindən  boru  kəməri  vasitəsilə  keçirilən mallar seçilmiş  gömrük 
proseduru altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi tələb 
olunmur. 
293.4.  Boru  kəməri  vasitəsilə  aparılan  mallar  seçilmiş  gömrük  proseduru  altında 
yerləşdirilənədək,  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməməsi 
şərti
 
ilə,  qəbul  məntəqələrində  saxlanıla  bilər.  Həmin  mallardan  istifadə  və 
özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.
 
293.5.  Nəqletmənin  texnoloji  cəhətlərindən,  malların  isə  xassələrindən  və 
xüsusiyyətlərindən  asılı  olaraq,  gömrük  sərhədindən  boru  kəməri
 
vasitəsilə  keçirilən 
malların  normativ  hüquqi  aktların  tələblərinə  əməl  edilməsi  şərti  ilə  qarışdırılmasına, 
miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə verilir.
 
293.6. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük 
nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
M a d d ə
 294. 
Gömrük  sərhədindən  boru  kəməri  vasitəsilə  keçirilən  mallara 
qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti tədbirlərinin tətbiqi
 
  
Gömrük  sərhədindən  boru  kəməri  vasitəsilə  keçirilən  mallara  dair  natamam 
bəyannamənin təsdiq edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş ticarət 
siyasəti tədbirləri tətbiq olunur.
 
  
M a d d ə
 295. 
Malların  gömrük  sərhədindən  elektrikötürücü  xətlər  vasitəsi  ilə 
keçiril
məsi
 
  
295.1. Malların elektrikötürücü xətlər vasitəsilə
 
gömrük ərazisindən aparılması və ya 
bu əraziyə gətirilməsi gömrük orqanlarının ilkin
 
icazəsi
 
alındıqdan sonra həyata keçirilir.
 
295.2.  Gömrük  sərhədindən  elektrikötürücü  xətlər  vasitəsi  ilə  keçirilən
 
malların 
gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmalıdır.
 
295.3. 
Gömrük  bəyannaməsi  aşağıdakı  səbəblərə  görə  təqdim  edilə  bilmədikdə, 
natamam bəyannamə təqdim edilir:
 
295.3.1.  gömrük  orqanlarına  faktiki  təqdim  edilməli  olan  mal  partiyası  gömrük 
bəyannaməsi verildiyi vaxt olmadıqda;
 
295.3.2. gömrük bəyannaməsi verildiyi vaxt  malın miqdarını, keyfiyyətini və dəyərini 
müəyyənləşdirmək mümkün olmadıqda.
 
295.4.  Gömrük  sərhədindən  elektrikötürücü  xətlər  vasitəsilə  keçirilən  mallar 
üzrə
 natama
m  bəyannamə
 
onların  göndərilmə  rübündən  əvvəlki  ay  ərzində  gömrük 
orqanlarına təqdim olunmalıdır.
  
295.5. 
Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində 
gömrük  nəzarətinin  həyata  keçirilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən  edir.  Gömrük  sərhədindən  elektrikötürücü  xətlər  vasitəsilə  keçirilən  malların 
gömrük rəsmiləşdirilməsi həmin qaydalarda göstərilən müddətdə gömrük bəyannaməsinin 
təqdim olunması ilə başa çatır.
 
  
M a d d ə
 296. 
Gömrük  sərhədindən  boru  kəməri  və  elektrikötürücü  xətlər 
vasitəsilə keçirilən malların eyniləşdirilməsi
 
  
296.1. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə keçirilən 
mallar
a eyniləşdirilmə vasitələri tətbiq olunmur.
 
296.2.  Bu  Məcəllənin  296.1
-
ci  maddəsi  gömrük  orqanları  tərəfindən  müvafiq 
sənədlərdə  olan  məlumatlardan  və  ölçü  cihazlarının  göstəricilərindən  istifadə  olunmaqla 
malların  miqdarını,  keyfiyyətini  və  digər  xüsusiyyətlərini  gömrük  məqsədləri  üçün 
müəyyənləşdirməsinə maneə yaratmır.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə