Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  təşkilatlar,  onların



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   49   50   51   52   53   54   55   56   57

M a d d ə
 316. 
Dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  təşkilatlar,  onların 
nəzdindəki  xarici  dövlət  nümayəndəlikləri,  habelə  bu  təşkilat və  nümayəndəliklərin 
əməkdaşları üçün gömrük güzəştləri
 
  
Beynəlxalq  dövlətlərarası  və  hökumətlərarası  təşkilatlar,  onların  nəzdindəki  xarici 
dövlət  nümayəndəlikləri,  habelə  bu  təşkilatların  və  nümayəndəliklərin  əməkdaşları  və 
onların  ailə  üzvləri  üçün  gömrük  güzəştləri  müvafiq  beynəlxalq  müqavilələrlə  müəyyən 
edilir. 
  
  
XIX BÖLMƏ
 
 
XARİCİ TİCARƏTİN GÖMRÜK STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ 
APARILMASI 
  
FƏSİL 54
 
 
GÖMRÜK STATİSTİKASININ APARILMASI
 
  
M a d d ə
 317. 
Xarici ticarətin gömrük statistikası
 
  
317.1. Gömrük orqanları Azərbaycan Respublikasında xarici ticarətin cari vəziyyətini, 
dinamikasını, inkişaf meyllərini
 
və perspektivlərini təhlil etmək, gömrük ödənişlərinin dövlət 
büdcəsinə daxil olmasına nəzarəti, valyuta və ixrac nəzarətini həyata keçirmək məqsədi ilə 
malların gömrük sərhədindən keçirilməsi barədə məlumatların toplanması, təhlili, elektron 
üsullarla işlənməsi yolu ilə xarici ticarətin gömrük statistikasını aparırlar.
 
317.2.  Azərbaycan  Respublikasında  xarici  ticarətin  gömrük  statistikasının 
məlumatları  Azərbaycan  Respublikasının  Milli  Məclisinə,  Azərbaycan  Respublikasının 
Mərkəzi Bankına və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur.
 
317.3.  Xarici ticarətin gömrük  statistikası bu Məcəlləyə və rəsmi statistika haqqında 
qanunvericiliyə  uyğun  olaraq,  xarici  ticarət  əlaqələri  barədə  məlumatların  müqayisəliliyini 
təmin edən metodologiya əsasında aparılmalıdır.
 
317.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  beynəlxalq  müqavilələr  və  qanunvericiliklə 
müəyyən edilmiş qaydada xarici ticarətin gömrük statistikasının məlumatlarını beynəlxalq 
təşkilatlara təqdim edə bilər.
 
317.5. Xarici ticarətin gömrük statistikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən, 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə nəşr olunmalıdır.
 
  
M a d d ə
 318. 
Xüsusi gömrük statistikası
 
  
318.1.  Gömrük  orqanları  öz  səlahiyyətlərini  həyata  keçirməsini  təmin  etmək 
məqsədilə xüsusi gömrük statistikasını aparırlar.
 
318.2. Xüsusi gömrük statistikasının aparılması qaydalarını müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir.
 
318.3. Xüsusi gömrük statistikasının məlumatları gömrük orqanları tərəfindən yalnız 
gömrük məqsədləri üçün istifadə olunur.
 
  
 
 
 
 
  


FƏSİL 55
 
XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASININ APARILMASI
 
  
M a d d ə
 319. 
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
 
  
319.1.  Xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası 

malların  qrupunu,  mövqeyini, 
yardımçı  mövqeyini,
 
alt  yardımçı  mövqeyini  rəqəm  işarəsi  və  ya  rəqəm  işarələri  qrupu 
(kodlar) şəklində özündə birləşdirən təsnifatdır.
 
319.2.  Xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasının  şərh  etmə  qaydaları  və 
istənilən  təsnifatlandırma  səviyyəsindəki  mövqelərə  dair  şərhlər  (qeydlər)  xarici  iqtisadi 
fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir.
 
319.3.  Xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasından  tarif  və  qeyri
-tarif 
tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə e
dilir. 
319.4.  Azərbaycan  Respublikasında  istifadə  edilən  xarici  iqtisadi  fəaliyyətin  mal 
nomenklaturası  Ümumdünya  Gömrük  Təşkilatının  malların  təfsiri  və  kodlaşdırılmasının 
Harmonikləşdirilmiş  Sisteminə,  Avropa  Birliyinin  Kombinə  Edilmiş  Sisteminə  və  Müstə
qil 
Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır.
 
319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı 
təsdiq edir.
 
  
M a d d ə
 320. 
Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması
 
  
320.0. 
Müvafiq 
icra 
hakimiyyəti 
orqanı 
xarici 
iqtisadi 
fəaliyyətin 
mal 
nomenklaturasının aparılması ilə əlaqədar:
 
320.0.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən 
dəyişikliklərin  və  əlavələrin,  bu  əsasların  təfsiri  üzrə  beynəlxalq  şərhlərin  (qeydlərin)  və 
qərarların izlənməsini
 
və gömrük işində operativ tətbiqini”
 
təmin edir;
  
320.0.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının onun beynəlxalq əsaslarına
 
uyğunlaşdırılması üzrə təkliflər hazırlayır;
 
320.0.3.  müvafiq  icra  hakimiyyəti
 
orqanları  ilə  birlikdə  xarici  iqtisadi  fəaliyyətin  mal 
nomenklaturasının  işlənib  hazırlanması,  ona  dəyişikliklər  və  əlavələr  olunması  barədə 
təkliflərin hazırlanmasını təmin edir;
 
320.0.4.  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasının  beynəlxalq  əsaslarının 
hazırlanması, ona dəyişikliklər və əlavələr edilməsi, onun təfsiri və tətbiqi üzrə məsələlərlə 
məşğul olan beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir;
 
320.0.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının nəşrini təmin edir;
 
320.0.6. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının, onun beynəlxalq əsaslarının 
təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların nəşrini təmin edir;
 
320.0.7.  müvafiq  icra  hakimiyyəti
 
orqanlarını  xarici  iqtisadi  fəaliyyətin  mal 
nomenklaturası və onun təfsiri üzrə beynəlxalq izah və qərarlarla təmin edir;
 
320.0.7-
1.  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasında  malların  növlərə  görə 
ətraflı təsvir edilməsini təmin edir;
  
320.0.8.  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasının  aparılması  üzrə  digər 
funksiyaların yerinə yetirilməsini təmin edir.
 
  
M a d d ə
 321. 
Malların təsnifatı
 
  
321.1.  Mallar  bəyan  edilərkən  malların  təsnifatı  aparılır,  yəni  malların  xarici  iqtisadi 
fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur.
 
321.2.  Maraqlı  şəxslərin  müraciəti  olduqda,  gömrük  orqanları  bu  Məcəllənin  50
-ci 
maddəsinə  əsasən  malların  təsnifatına  dair  icrası  məcburi  qərarları  əvvəlcədən  qəbul 
edirlər.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə