Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə10/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   6   7   8   9   10   11   12   13   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət 
qabiliyyəti
29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna 
olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə 
əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya 
qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd 
sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən 
bəyənildikdə etibarlıdır.
[20]
 
29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil 
bağlamaq ixtiyarı vardır:
29.2.1. xırda məişət əqdləri;


29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, 
onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya 
dövlət qeydiyyatına alınması tələb olunmur;
29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü 
şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait 
barəsində sərəncam üzrə əqdlər.
29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o 
cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun 
valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin 
şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. 
Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də 
cavabdehdirlər.
Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına 
çatmayanların fəaliyyət qabiliyyəti
30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu 
Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz 
qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya 
himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın 
bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi 
tərəfindən bəyənildikdə də etibarlıdır.
[21]
 
30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların 
ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin 
razılığı olmadan müstəqil surətdə:
[22]
 
30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin;
30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla 
qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin;
30.2.3. 
çıxarılmışdır
;

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə