Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə18/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   14   15   16   17   18   19   20   21   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri


43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət 
qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, 
mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla 
cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və 
həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh 
olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki 
və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, 
üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə 
məşğul ola və ya məşğul olmaya bilər.
43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə 
digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan 
Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları 
həyata keçirirlər.
43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi 
şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun 
hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən 
ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət 
götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında 
bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri)
, habelə ümumdövlət və (və 
ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi 
şəxslər)
qurumlar ola bilər.
[27]
 
43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, 
fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə 
nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi 
şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu 
fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail 
olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini 
həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat 
cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə