Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə19/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   15   16   17   18   19   20   21   22   ...   252
AR-Mülki-Məcəlləsi-2

 [28]
 
 
Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti


44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara 
malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun 
ləğvinin başa çatdığı an xitam verilir.
44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən 
fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və 
mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən 
ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) 
əsasında məşğul ola bilərlər.
44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda 
və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının 
məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.
44.4. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti 
həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada 
göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda 
müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.
 
Maddə 45. Hüquqi şəxsin yaradılması
45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması 
yolu ilə yaradılır.
45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər 
müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə 
birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun 
fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına 
qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə 
birgə məsuliyyət daşıyırlar.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə