Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə22/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   18   19   20   21   22   23   24   25   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 50. Hüquqi şəxsin adı
50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. 
Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri 
göstərilməlidir.


50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının 
dövlət 
orqanlarının 
adlarından, 
habelə 
Azərbaycanın 
görkəmli 
şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin 
icazəsi olmadan) istifadə edilə bilməz.
[34]
 
50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma 
adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin 
addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və 
işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə 
yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs 
firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və 
vurduğu zərərin əvəzini ödəməlidir.
 
Maddə 51. Hüquqi şəxsin olduğu yer
 
Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər 
orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.
[35]
 
 
Maddə 52. Hüquqi şəxsin məsuliyyəti
52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla 
cavabdehdir.
52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan 
hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin 
öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün 
cavabdeh deyildir.
 
Maddə 53. Nümayəndəliklər və filiallar
53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin 
mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.
53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun 
funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik 
funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi 
şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin 
və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun 
etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya 
xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya 


nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının 
vətəndaşları olmalıdır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə