Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə25/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   21   22   23   24   25   26   27   28   ...   252
AR-Mülki-Məcəlləsi-2

 


Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının 
hüquqları üçün təminatlar
58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi 
şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil 
edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda 
isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına 
yazılı bildiriş göndərməyə borcludurlar.
58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, 
yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam 
verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin 
ödənilməsini tələb etsin.
58.3. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq 
varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər 
yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları 
qarşısında birgə məsuliyyət daşıyırlar.
 
Maddə 59. Hüquqi şəxsin ləğvi
59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və 
vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam 
verilməsi deməkdir.
59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin 
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin 
mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması 
zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik 
pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız 
sayıldığı halda;
59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla 
qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər 
şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya 
fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul 
olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin 
qərarı ilə.
59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi 
şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə 


ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından 
hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə 
qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti 
barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən 
çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin 
mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin 
mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün 
kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-
olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor 
hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu 
maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.
[38]
 
59.3. Bu Məcəllənin 
59.2.2 və 59.2.3-cü maddələrində
göstərilən əsaslar üzrə 
hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli 
sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli 
sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun 
təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi 
üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri 
həvalə edilə bilər.
[39]
 
59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.
59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların 
tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma 
nəticəsində ləğv edilə bilər.
59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə 
məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən 
çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına 
səbəb olur.
[40]
 
59.7. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi 
zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət 
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş qaydalar tətbiq edilir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə