Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 72. Tam ortaqlığın işlərinin aparılması



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə33/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   29   30   31   32   33   34   35   36   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 72. Tam ortaqlığın işlərinin aparılması
72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının 
işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara 
tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq 
adından fəaliyyət göstərə bilər.
72.2. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin 
bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.
72.3. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların 
birinə və ya bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər 
bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan 
(iştirakçılardan) etibarnamə almalıdırlar.
72.4. Üçüncü şəxslərlə münasibətlərdə ortaqlıq onun iştirakçılarının 
səlahiyyətlərini məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə 
bilməz, amma əqdin bağlandığı vaxt ortaqlıq iştirakçısının ortaqlıq adından 
fəaliyyət göstərmək hüququ olmadığını üçüncü şəxsin bildiyini və ya bilməli 
olduğunu ortaqlığın sübuta yetirdiyi hallar istisna təşkil edir.
72.5. Ortaqlığın işlərinin aparılması üzrə bir və ya bir neçə iştirakçıya 
verilmiş səlahiyyətlərə məhkəmə ciddi əsaslar olduqda, o cümlədən vəkil 
edilmiş şəxs (şəxslər) öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri 
ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlığın bir və ya bir neçə 
digər iştirakçısının tələbi ilə xitam verə bilər. Məhkəmə qərarına əsasən 
ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər edilir.
 
Maddə 73. Tam ortaqlıq iştirakçısının vəzifələri


73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq 
ortaqlığın fəaliyyətində iştirak etməyə borcludur.
73.2. Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli 
kapitalına maya qoymağa borcludur.
73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların 
razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri 
üçün ortaqlığın fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli 
əqdlər bağlasın.
73.4. Bu qayda pozulduqda ortaqlıq öz mülahizəsi ilə həmin iştirakçıdan 
ortaqlığa vurulmuş zərərin əvəzini ödəməyi və ya bu cür əqdlər üzrə əldə 
etdiyi bütün faydanı ortaqlığa verməyi tələb edə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə