Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 67. Törəmə təsərrüfat cəmiyyəti



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə31/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   27   28   29   30   31   32   33   34   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 67. Törəmə təsərrüfat cəmiyyəti
 
67.1. Təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) 
təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün 
iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə 
həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik 
olur.
67.2. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün 
cavabdeh deyildir.
67.3. Törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ 
olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə 
cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas 
ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər 
vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə 
cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.
67.4. Törəmə cəmiyyətin iştirakçıları (səhmdarları) əsas ortaqlıqdan və ya 
cəmiyyətdən onun təqsiri üzündən törəmə cəmiyyətə dəymiş zərərin əvəzini 
ödəməyi tələb edə bilərlər. Zərər yalnız əsas ortaqlığın və ya cəmiyyətin 
törəmə cəmiyyət üçün məcburi göstərişinin törəmə cəmiyyət tərəfindən icrası 
nəticəsində baş verdikdə əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən 
vurulmuş sayılır.
67.5. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən 
müflis olduqda əsas ortaqlıq və ya cəmiyyət onun borcları üzrə subsidiar 


məsuliyyət daşıyır. Törəmə cəmiyyət yalnız əsas ortaqlığın və ya cəmiyyətin 
onun üçün məcburi göstərişini icra etməsi nəticəsində müflis olduqda əsas 
ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olmuş sayılır.
67.6. Törəmə cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını) almaq hüququ 
yoxdur.
[47]
 
 
Maddə 68. Asılı təsərrüfat cəmiyyəti
68.1. Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud 
məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya 
səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən 
çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.
68.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi 
faizindən çoxunu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən 
səhmlərinin iyirmi faizindən çoxunu əldə edən təsərrüfat ortaqlığı və ya 
cəmiyyəti bu barədə məlumatı ləngimədən dərc etdirməlidir.
68.3. Asılı cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını) almaq hüququ 
yoxdur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə