Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 74. Tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə34/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   30   31   32   33   34   35   36   37   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 74. Tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi
74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya 
iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun 
iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə 
bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar 
edilməsi barədə razılaşma əhəmiyyətsizdir.
74.2. Əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin 
dəyəri şərikli kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü 
mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək 
onun iştirakçıları arasında bölüşdürülmür.
 
Maddə 75. Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri üzrə 
məsuliyyəti
75.1. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin 
əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar.
75.2. Tam ortaqlığın təsisçisi olmayan iştirakçısı onun ortaqlığa daxil 
olmasından əvvəl əmələ gəlmiş öhdəliklər üzrə digər iştirakçılarla bərabər 
məsuliyyət daşıyır.
75.3. Ortaqlıqdan çıxmış iştirakçı ortaqlığın onun çıxdığı anadək əmələ 
gəlmiş öhdəlikləri üzrə ortaqlığın onun çıxdığı il üçün fəaliyyəti barəsində 
hesabatın təsdiq edildiyi gündən iki il ərzində qalan iştirakçılarla bərabər 
məsuliyyət daşıyır.


75.4. Bu maddədə nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması və 
ya aradan qaldırılması haqqında ortaqlıq iştirakçılarının razılaşması 
əhəmiyyətsizdir.
Maddə 76. Tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsi
76.1. Tam ortaqlığın hər hansı iştirakçısı ortaqlıqdan çıxdıqda və ya 
öldükdə, iştirakçılardan biri xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti 
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli və ya müflis sayıldıqda, 
məhkəmənin qərarına əsasən iştirakçılardan biri barəsində yenidən təşkil 
prosedurlarına başlandıqda, ortaqlıqda iştirak edən hüquqi şəxs ləğv 
olunduqda və ya iştirakçılardan birinin kreditoru tərəfindən tutma onun 
şərikli kapitaldakı payına uyğun əmlak hissəsinə yönəldildikdə ortaqlıq öz 
fəaliyyətini, əgər bu, ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların 
razılaşmasında nəzərdə tutulubsa, davam etdirə bilər.
76.2. Tam ortaqlıq iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan hər hansı 
birinin məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını qalan iştirakçıların 
yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda, məsələn, həmin 
iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla 
aparmağa qadir olmadığı aşkara çıxdıqda tələb etsinlər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə