Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə37/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   33   34   35   36   37   38   39   40   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 81. Tam ortaqlığın ləğvi
81.1. Tam ortaqlıq bu Məcəllənin 59-cu maddəsində göstərilən əsaslar 
üzrə, habelə ortaqlıqda yeganə bir iştirakçının qaldığı halda ləğv edilir. 
Həmin iştirakçının ixtiyarı var ki, ortaqlıqda yeganə iştirakçı kimi qaldığı 
andan altı ay ərzində ortaqlığı bu Məcəllədə müəyyənləşdirilmiş qaydada 
təsərrüfat cəmiyyətinə çevirsin.
81.2. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulan hallarda da tam 
ortaqlıq, əgər ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların 
razılaşmasında ortaqlığın öz fəaliyyətini davam etdirəcəyi nəzərdə 
tutulmayıbsa, ləğv edilir.
 
Maddə 82. Kommandit ortaqlığı
 
82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından 
sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı 
ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın 
fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk 
daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir 
neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır.
82.2. Kommandit ortaqlığında iştirak edən tam ortaqların hüquqi 
vəziyyəti və ortaqlığın öhdəlikləri üzrə onların məsuliyyəti bu Məcəllənin 
tam ortaqlıq iştirakçıları haqqında qaydaları ilə müəyyənləşdirilir.
82.3. Şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Tam 
ortaqlığın iştirakçısı kommandit ortaqlığında tam ortaq ola bilməz. 
Kommandit ortaqlığındakı tam ortaq tam ortaqlığın iştirakçısı ola bilməz.
82.4. Kommandit ortaqlığının firma adında bütün tam ortaqların adları 
ilə "kommandit ortaqlığı" sözləri və ya "və ortaqları" və "kommandit ortaqlığı" 
sözləri əlavə edilməklə azı bir tam ortağın adı göstərilməlidir.
82.5. Əgər kommandit ortaqlığının firma adına maya qoyanın adı daxil 
edilərsə, həmin maya qoyan tam ortağa çevrilir.


82.6. Bu Məcəllənin tam ortaqlıq haqqında qaydaları kommandit 
ortaqlığına bu şərtlə tətbiq edilir ki, həmin qaydalar bu Məcəllənin 
kommandit ortaqlığı haqqında qaydalarına zidd olmasın.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə