Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 83. Kommandit ortaqlığının nizamnaməsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə38/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   34   35   36   37   38   39   40   41   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 83. Kommandit ortaqlığının nizamnaməsi
Kommandit ortaqlığının nizamnaməsində bu Məcəllənin 47.2-ci 
maddəsində göstərilmiş məlumatlardan savayı, ortaqlığın şərikli kapitalının 
miqdarı və tərkibi haqqında; tam ortaqlardan hər birinin şərikli kapitaldakı 
payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların qoyduqları 
mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə 
vəzifələri pozmağa görə onların məsuliyyəti haqqında; maya qoyanların 
verdikləri mayaların məcmu miqdarı haqqında şərtlər göstərilməlidir.
Maddə 84. Kommandit ortaqlığında idarəetmə və onun işlərinin 
aparılması
84.1. Kommandit ortaqlığında idarəetməni tam ortaqlar həyata keçirirlər. 
Onun tam ortaqlar tərəfindən idarə edilməsi və işlərinin aparılması qaydasını 
tam ortaqlar bu Məcəllənin tam ortaqlıq haqqında qaydalarına əsasən 
müəyyənləşdirirlər.
84.2. Maya qoyanların kommandit ortaqlığının idarə edilməsində və 
işlərinin aparılmasında iştirak etmək, onun adından etibarnaməsiz çıxış 
etmək ixtiyarı yoxdur. Onlar ortaqlığın idarə edilməsi və işlərinin aparılması 
üzrə tam ortaqların hərəkətləri barəsində mübahisə edə bilməzlər.
 
Maddə 85. Kommandit ortaqlığına maya qoyanın hüquq və vəzifələri
85.1. Kommandit ortaqlığına maya qoyan şərikli kapitala maya qoymağa 
borcludur. Mayanın qoyulması maya qoyana ortaqlıq tərəfindən verilən 
iştirak şəhadətnaməsi ilə təsdiqlənir.
85.2. Kommandit ortaqlığına maya qoyanın aşağıdakı hüquqları vardır:
85.2.1. ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən 
hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq;
85.2.2. ortaqlığın illik hesabatları və balansları ilə tanış olmaq;
85.2.3. maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə 
nəzərdə tutulan qaydada öz mayasını almaq;
85.2.4. şərikli kapitaldakı payını və ya onun hissəsini digər maya qoyana 
və ya üçüncü şəxsə vermək.


85.3. Maya qoyanlar bu Məcəllənin 93.3-cü maddəsində nəzərdə tutulan 
şərtlərə və qaydaya tətbiqən payı (onun hissəsini) satın almaqda üçüncü 
şəxslər qarşısında üstünlük hüququna malikdirlər. Maya qoyanın bütün 
payını başqa şəxsə verməsi onun ortaqlıqda iştirakına xitam verir.
85.4. Kommandit ortaqlığının nizamnaməsində maya qoyanların başqa 
hüquqları da nəzərdə tutula bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə