Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 94. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə46/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   42   43   44   45   46   47   48   49   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 94. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı 
payına tutmanın yönəldilməsi
94.1. İştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli 
cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının 
borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının 
kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi 
məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına 
uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb 
edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri 
kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə 
müəyyənləşdirilir.
94.2. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün 
payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir.
 
Maddə 95. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətdən 
çıxması
 
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının 
razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.
Maddə 96. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətdən 
çıxarkən hesablaşmalar
96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər 
cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin 
iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. 


Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin 
ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin 
əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının 
çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
96.2. Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya 
kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən 
çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində 
dəyərinin azalmasının əvəzi ödənilmir.
96.3. Cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi 
şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu 
maddənin qaydalarına uyğun aparılır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə