Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 91-4. Məhdud məsuliyyətli cəmiyyətin audit komitəsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə44/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   40   41   42   43   44   45   46   47   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 91-4. Məhdud məsuliyyətli cəmiyyətin audit komitəsi
91-4.1. İştirakçılarının sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai 
əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, 
həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə 
şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə 
tutulduğu halda iştirakçıların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit 
komitəsi yaradılır.
91-4.2. Cəmiyyətin audit komitəsinin formalaşdırılması qaydaları, onun tərkibi 
və fəaliyyətinin qaydası qanunla və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
91-4.3. Cəmiyyətin audit komitəsinin üzvlüyünə fiziki şəxslər seçilir. 
Cəmiyyətin digər idarəetmə orqanlarında təmsil olunan şəxslər və (və ya) cəmiyyətin 
iştirakçıları audit komitəsinin üzvü ola bilməz.
91-4.4. Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin audit komitəsinin 
təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) 
qərarı ilə və ya cəmiyyətin paylarının on faizindən artıq hissəsinə malik olan 
iştirakçıların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir.


91-4.5. Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin bütün orqanları və 
vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri 
təqdim etməlidirlər.
91-4.6. Audit komitəsi direktorlar şurasına (müşahidə şurasına) tabedir.
[64]
 
 
Maddə 92. Məhdud məsuliyyətli cəmiyyətin yenidən təşkili və ləğvi
92.1. Məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə 
könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən 
təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi 
qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
92.2. Məhdud məsuliyyətli cəmiyyət səhmdar cəmiyyətinə çevrilə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə