Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə43/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   39   40   41   42   43   44   45   46   ...   252
AR-Mülki-Məcəlləsi-2

[63]
 
 
Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı
 
91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların 
qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə 
müəyyən edilir.
91-2.2. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola 
bilər.
91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə 
həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi 
yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil 
edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu 
Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki 
şəxs tərəfindən həyata keçirilir.
91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin 
icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi 
şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda 
təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya 
ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan 
müqavilə bağlanır.
91-2.5. Kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə 
idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü 
şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş 
qaydada məsuliyyət daşıyır.
 
Maddə 91-3. Məhdud məsuliyyətli cəmiyyətin təftiş komissiyası 
(müfəttişi)
 


91-3.1. Bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş halda 
cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası 
(müfəttiş) seçilir (təyin edilir).
91-3.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması 
qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə 
müəyyən edilir.
91-3.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki 
şəxslər seçilir (təyin edilir). Cəmiyyətin iştirakçısı olmayan şəxslərin də təftiş 
komissiyasına üzv seçilməsinə (müfəttiş təyin edilməsinə) yol verilir. 
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra 
orqanının rəhbəri (üzvü), təkbaşına rəhbər və ya kənar idarəçi təftiş 
komissiyasına üzv seçilə (müfəttiş təyin edilə) bilməz.
91-3.4. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-
təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid 
olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının 
(müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya 
kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi 
və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar.
91-3.5. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət 
orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı 
cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz, 
habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə