Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə45/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   41   42   43   44   45   46   47   48   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı 
payın keçməsi
93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə 
kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir 
neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.
93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü 
şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı 
qayda nəzərdə tutulmayıbsa, yol verilir.
93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz 
paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna 
malikdirlər, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun 
iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı 
qaydası nəzərdə tutulmasın. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri 
gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun 
iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük 
hüququndan 
istifadə 
etməzlərsə, 
iştirakçının 
payı 
üçüncü 
şəxsə 
özgəninkiləşdirilə bilər.
93.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq 
iştirakçının 
payının 
(onun 
bir 
hissəsinin) 
üçüncü 
şəxslərə 
özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə 
onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə 
borcludur.
93.5. İştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli 
cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində 
nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü 


şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun 
olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur.
93.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı paylar 
cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin 
hüquq varislərinə bu şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində payların 
onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə 
tutulmasın. Payın keçməsinə razılıq verməkdən imtina edilməsi cəmiyyətin 
nizamnaməsində nəzərdə tutulan qaydada və şərtlərlə cəmiyyətin həmin 
payın həqiqi dəyərini iştirakçının vərəsələrinə (hüquq varislərinə) ödəməsi və 
ya həmin dəyərə bərabər əmlakı onlara naturada verməsi vəzifəsinin 
yaranmasına səbəb olur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə