Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə42/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   38   39   40   41   42   43   44   45   ...   252
AR-Mülki-Məcəlləsi-2

[58]
 
91.3.6. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin 
bağlanması haqqında qərar qəbul etmək.
[59]
 
91.4. Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının 
düzgünlüyünü yoxlatmaq üçün hər il 
müstəqil
auditor cəlb etməlidir (kənar 
audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı 
iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin 
yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin 
auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin 
nizamnaməsi ilə müəyyənləşdirilir.
 [60]
 
91.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin 
işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların 
dərc edilməsi (açıq hesabat) tələb olunmur.
Qeyd:
 Bu Məcəllənin 91.1-ci, 91-4.1-ci, 107.3-cü və 107-12.1-ci maddələrində “ictimai əhəmiyyətli 
qurumlar” dedikdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsində 
göstərilən kommersiya təşkilatları başa düşülür.
[61]
 
 
Maddə 91-1. Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası 
(müşahidə şurası)
[62]
 
 
91-1.1. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda 
yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi 
yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti 
həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin 
təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş 
komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə 
şurasına) verilə bilər.
91-1.2. 
Cəmiyyətin 
direktorlar 
şurasının 
(müşahidə 
şurasının) 
yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası 
nizamnamə ilə müəyyən edilir.
91-1.3. Cəmiyyətin təkbaşına rəhbəri, kollegial icra orqanının rəhbəri 
(üzvü), kənar idarəçi direktorlar şurasının (müşahidə şurasının) üzvü ola 
bilməz.
91-1.4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) sədri onun 
iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. 
Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin və 


nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının 
(müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın iclasının 
keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
91-1.5. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclasında hər üzv 
bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər 
bölünərsə, şuranın sədrinin səsi həlledici hesab edilir.
91-1.6. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclasının yerini, 
vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və 
qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın sədri və üzvləri 
tərəfindən imzalanır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə