Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 77. İştirakçının tam ortaqlıqdan çıxması



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə35/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   31   32   33   34   35   36   37   38   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 77. İştirakçının tam ortaqlıqdan çıxması
77.1. Tam ortaqlıq iştirakçısının ixtiyarı var ki, ortaqlıqda iştirakdan 
imtina etdiyini bildirərək ortaqlıqdan çıxsın.
77.2. İştirakçı tam ortaqlıqda iştirakdan imtina etdiyini ortaqlıqdan faktik 
çıxmasına ən geci altı ay qalmış bildirməlidir.
77.3. Ortaqlıqdan çıxmaq hüququndan imtina haqqında ortaqlıq 
iştirakçıları arasında razılaşma əhəmiyyətsizdir.
 
Maddə 78. İştirakçının tam ortaqlıqdan çıxmasının nəticələri
78.1. Tam ortaqlıqdan çıxmış iştirakçıya, əgər nizamnamədə ayrı qayda 
nəzərdə tutulmayıbsa, həmin iştirakçının şərikli kapitaldakı payına uyğun 
ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilir. Çıxan iştirakçı ilə qalan iştirakçılar 
arasında razılaşmaya əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada 
verilməsi ilə əvəz edilə bilər. Çıxan iştirakçıya ortaqlıq əmlakından çatası 
hissə və ya onun dəyəri, bu Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan hal 


istisna olmaqla, onun çıxdığı məqamda tərtib edilən balans üzrə 
müəyyənləşdirilir.
78.2. Tam ortaqlığın iştirakçısı öldükdə onun vərəsəsi tam ortaqlığa, əgər 
ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız digər 
iştirakçıların razılığı ilə daxil ola bilər. Tam ortaqlıqda iştirak etmiş və 
yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxs, əgər 
ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, ortaqlığa onun 
digər iştirakçılarının razılığı ilə daxil ola bilər. Ortaqlığa daxil olmayan vərəsə 
(hüquq varisi) ilə hesablaşmalar bu Məcəllənin 78.1-ci maddəsinə uyğun 
aparılır. Tam ortaqlıq iştirakçısının vərəsəsi (hüquq varisi) bu Məcəllənin 75.2 
və 75.3-cü maddələrinə uyğun olaraq, çıxan iştirakçının üçüncü şəxslər 
qarşısında cavab verməli olduğu ortaqlığın öhdəlikləri üzrə ortaqlığın çıxan 
iştirakçısından ona keçmiş əmlak həddində məsuliyyət daşıyır.
78.3. Əgər iştirakçılardan biri ortaqlıqdan çıxırsa, ortaqlığın şərikli 
kapitalında qalan iştirakçıların payları, əgər nizamnamədə və ya iştirakçıların 
başqa razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, müvafiq surətdə artır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə