Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə32/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   28   29   30   31   32   33   34   35   ...   252
AR-Mülki-Məcəlləsi-2

[48]
 
 
Maddə 69. Tam ortaqlıq
69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam 
ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq 
fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub 
əmlakla məsuliyyət daşıyırlar.
69.2. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər.
69.3. Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və 
"tam ortaqlıq" sözləri daxil edilməli və ya "və ortaqları" və "tam ortaqlıq" 
sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.
 
Maddə 70. Tam ortaqlığın nizamnaməsi
Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində 
göstərilən məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və 
tərkibi haqqında; hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və 
dəyişdirilməsi qaydası haqqında; onların mayalarının tərkibi və maya 
qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin pozulmasına 
görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir.
 


Maddə 71. Tam ortaqlıqda idarəetmə
 
71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə 
idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu 
ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər.
71.2. Əgər nizamnamədə tam ortaqlıq iştirakçılarının səslərinin sayını 
müəyyənləşdirməyin başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın hər 
iştirakçısının bir səsi vardır.
71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-
edilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə 
tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o 
cümlədən ortaqlıq iştirakçılarının razılaşması üzrə imtina və ya 
məhdudlaşdırma əhəmiyyətsizdir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə