Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 63. Hüquqi şəxsin müflis olması



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə29/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   25   26   27   28   29   30   31   32   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 63. Hüquqi şəxsin müflis olması
63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, 
o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və 
qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə 
müəyyənləşdirilir.
 
§2. Kommersiya təşkilatları
 
Maddə 64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri
64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) 
paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya 
təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış 
əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti 
prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona 
mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir 
şəxs yarada bilər.
64.2. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı 
formasında yaradıla bilər.


64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət 
və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.
64.4. Yalnız fərdi sahibkarlar və (və ya) kommersiya təşkilatları tam 
ortaqlıqların iştirakçıları və kommandit ortaqlıqlarında tam ortaqlar ola 
bilərlər.
64.5. Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının 
maya qoyanları fiziki və hüquqi şəxslər ola bilərlər.
64.6. Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat 
ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər.
64.7. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri bu Məcəllədə nəzərdə tutulan 
hallar istisna olmaqla, başqa təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin 
təsisçiləri (iştirakçıları) ola bilərlər.
64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya 
puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və 
ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
64.9. 
Təsərrüfat 
cəmiyyəti 
iştirakçısının 
mayasının 
pulla 
qiymətləndirilməsi cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya 
əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) 
keçirilməlidir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə