Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə27/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   23   24   25   26   27   28   29   30   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası
[43]
 
61.1. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 10 gün 
müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında 
məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının 
tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu 
məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. 
Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın 
dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.
61.2. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün 
müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində 
göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın 
dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını 
həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin 
dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş 
məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və 
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 
hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən 
sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə 
olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə 
edilir.


61.3. Ləğvetmə komissiyası (təsviyəçi) kreditorları aşkar etmək və debitor 
borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc 
olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş 
göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna 
məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək 
üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir.
61.4. Ləğvetmə komissiyası (təsviyəçi) hər hansı bir kreditorun irəli sürdüyü 
tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna 
malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün 
zəruri olan vəsait saxlanılmalıdır.
61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün 
müddətində ləğvetmə komissiyası (təsviyəçi) aralıq ləğvetmə balansını tərtib edərək 
təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı 
ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor 
borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı 
olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik 
iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın 
çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi 
yığıncağı tərəfindən təsdiq edilməlidir.
61.6. Ləğvetmə komissiyası (təsviyəçi) hüquqi şəxsə məxsus olan əmlakın 
kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal 
müflis olma prosesini başlamalıdır.
61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası 
(təsviyəçi) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə 
balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün 
müddətində ləğvetmə komissiyası (təsviyəçi) ləğvetmə balansını və qalıq əmlakın 
iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu 
Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə 
edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib 
edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya 
nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir.
61.9. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə 
bilərlər.
61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə 
komissiyası (təsviyəçi) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq 
hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu 
halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-
cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın 


bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi 
şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. 
Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
61.11. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya 
istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq 
əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın 
iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu 
Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə 
edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət 
reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə 
tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq 
icra hakimiyyəti orqanına göndərir.
61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə 
daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, 
məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa 
və yeni ləğvetmə komissiyası (təsviyəçi) təyin edə bilər. Bu ləğvetmə komissiyasının 
(təsviyəçinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar 
arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi 
şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması 
ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə