Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 62. Kreditorların tələblərinin ödənilməsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə28/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   24   25   26   27   28   29   30   31   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 62. Kreditorların tələblərinin ödənilməsi
[44]
 
62.1. Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı 
növbə ilə ödənilir:
62.1.1. birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov 
qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir;
62.1.2. ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu 
ilə o, fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların 
qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır;
62.1.3. üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək 
müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə, müəlliflik 
müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar aparılır;
62.1.4. dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar 
dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir;
[45]
 
62.1.5. beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.


62.1.-2. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi 
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
edilir.
[46]
 
62.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən 
sonra ödənilir.
62.3. Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina 
etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun ixtiyarı var ki, 
hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə komissiyasına 
qarşı iddia ilə məhkəməyə müraciət etsin.
62.4. 
Ləğvetmə 
komissiyasının 
tələblər 
irəli 
sürülməsi 
üçün 
müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər 
kreditorların vaxtında bildirdikləri tələblər ödənildikdən sonra ləğv edilən 
hüquqi şəxsin qalan əmlakından ödənilir.
62.5. Ləğv edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə komissiyası 
tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə 
müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora 
ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə