Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə24/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   20   21   22   23   24   25   26   27   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi
56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri 
təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin 
hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə 
balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.
56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda 
yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına 
uyğun olaraq onların hər birinə keçir.
56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə 
çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş 
hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış 
hüquqi şəxsə keçir.
 
Maddə 57. Təhvil aktı və bölünmə balansı
57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş 
hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin 
hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi 
varislik haqqında müddəalar olmalıdır.
57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili 
haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin 
nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və 
nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına 
alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər 
edilməsi üçün təqdim olunur.
57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının 
təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin 
öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni 
yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə 
səbəb olur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə