Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 47. Hüquqi şəxsin nizamnaməsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə20/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   16   17   18   19   20   21   22   23   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 47. Hüquqi şəxsin nizamnaməsi
47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi 
hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin 
təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.
47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer
fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası 
müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun 


fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət 
təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının 
səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama 
funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
[29]
 
47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan 
üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların 
təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş 
üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına 
istinad edə bilməzlər.
 
Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı
48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət 
qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən 
kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi 
şəxslərin dövlət reyestrinə daxil edilir.
48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə 
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət 
qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan 
yayınmaqdan məhkəməyə şikayət verilə bilər.
[30]
 
48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən 
qeydə alınmalıdır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə