Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə23/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   19   20   21   22   23   24   25   26   ...   252
AR-Mülki-Məcəlləsi-2

[36]
 
 
Maddə 54. İdarə
54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-
kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı 
təşkilat idarə sayılır.
54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə 
üzrə fəaliyyət göstərir.
54.3. 
İdarə 
ona 
təhkim 
edilmiş 
əmlak 
barəsində 
qanunla 
müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin 
tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam 
hüquqlarını həyata keçirir.
54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi 
şəxsin üzərinə düşür.
54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi 
vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
 
Maddə 55. Hüquqi şəxsin yenidən təşkili
55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, 
ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin 
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və 
ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən 
təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.
55.3. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi 
şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan 
hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi 
məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib 
baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin 
nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə 
minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan 
hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.
[37]
 
55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs 
yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən 
təşkil edilmiş sayılır.


55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən 
təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında 
qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi 
şəxs yenidən təşkil edilmiş sayılır.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə