Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 79. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payının



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə36/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   32   33   34   35   36   37   38   39   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 79. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payının 
verilməsi
79.1. Tam ortaqlığın iştirakçısı onun qalan iştirakçılarının razılığı ilə 
şərikli kapitaldakı payını və ya onun bir hissəsini ortaqlığın başqa 
iştirakçısına və ya üçüncü şəxsə verə bilər.
79.2. Pay (pay hissəsi) başqa şəxsə verildikdə payı (pay hissəsini) vermiş 
iştirakçıya mənsub hüquqların hamısı və ya müvafiq hissəsi ona keçir. Pay 
(pay 
hissəsi) 
verilmiş 
şəxs 
bu 
Məcəllənin 
75.2-ci 
maddəsində 
müəyyənləşdirilmiş qaydada ortaqlığın öhdəlikləri üzrə məsuliyyət daşıyır.
79.3. Ortaqlıq iştirakçısının özünün bütün payını başqa şəxsə verməsi 
onun ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin 75.2 və 75.3-cü 
maddələrində nəzərdə tutulan nəticələrə səbəb olur.
Maddə 80. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına 
tutmanın yönəldilməsi
80.1. İştirakçının ortaqlıqda iştirakla bağlı olmayan borcları (şəxsi 
borcları) üzrə tutmanın iştirakçının tam ortaqlığın əmlakındakı payına 
yönəldilməsinə yalnız onun başqa əmlakının borcları ödəməyə kifayət 
etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları tam ortaqlıqdan 
tutmanın borclunun şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı 


hissəsinə yönəldilməsi məqsədilə həmin hissəni ayırmağı tələb edə bilərlər. 
Ortaqlığın əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların ayırma 
tələbini 
irəli 
sürdükləri 
məqamda 
tərtib 
edilmiş 
balans 
üzrə 
müəyyənləşdirilir.
80.2. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına uyğun 
əmlaka tutmanın yönəldilməsi onun ortaqlıqda iştirakına xitam verir və bu 
Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə