75.4. Bu maddədə nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması və
ya aradan qaldırılması haqqında ortaqlıq iştirakçılarının razılaşması
əhəmiyyətsizdir.
Maddə 76. Tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsi
76.1. Tam ortaqlığın hər hansı iştirakçısı ortaqlıqdan çıxdıqda və ya
öldükdə, iştirakçılardan biri xəbərsiz itkin düşmüş,
fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli və ya müflis sayıldıqda,
məhkəmənin qərarına əsasən iştirakçılardan biri barəsində yenidən təşkil
prosedurlarına başlandıqda, ortaqlıqda iştirak edən hüquqi şəxs ləğv
olunduqda və ya iştirakçılardan birinin kreditoru
tərəfindən tutma onun
şərikli kapitaldakı payına uyğun əmlak hissəsinə yönəldildikdə ortaqlıq öz
fəaliyyətini, əgər bu, ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların
razılaşmasında nəzərdə tutulubsa, davam etdirə bilər.
76.2. Tam ortaqlıq iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan hər hansı
birinin məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını qalan iştirakçıların
yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda, məsələn, həmin
iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla
aparmağa qadir olmadığı aşkara çıxdıqda tələb etsinlər.
Dostları ilə paylaş: