73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq
ortaqlığın fəaliyyətində iştirak etməyə borcludur.
73.2. Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək
onun şərikli
kapitalına maya qoymağa borcludur.
73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların
razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri
üçün ortaqlığın fəaliyyət predmetini təşkil edən
əqdlərlə eyni xarakterli
əqdlər bağlasın.
73.4. Bu qayda pozulduqda ortaqlıq öz mülahizəsi ilə həmin iştirakçıdan
ortaqlığa vurulmuş zərərin əvəzini ödəməyi və ya bu cür əqdlər üzrə əldə
etdiyi bütün faydanı ortaqlığa verməyi tələb edə bilər.
Dostları ilə paylaş: