istisna olmaqla, onun çıxdığı məqamda
tərtib edilən balans üzrə
müəyyənləşdirilir.
78.2. Tam ortaqlığın iştirakçısı öldükdə onun vərəsəsi tam ortaqlığa, əgər
ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız digər
iştirakçıların razılığı ilə daxil ola bilər. Tam ortaqlıqda
iştirak etmiş və
yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxs, əgər
ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, ortaqlığa onun
digər iştirakçılarının razılığı ilə daxil ola bilər. Ortaqlığa daxil olmayan vərəsə
(hüquq varisi) ilə hesablaşmalar bu Məcəllənin 78.1-ci
maddəsinə uyğun
aparılır. Tam ortaqlıq iştirakçısının vərəsəsi (hüquq varisi) bu Məcəllənin 75.2
və 75.3-cü maddələrinə uyğun olaraq, çıxan iştirakçının
üçüncü şəxslər
qarşısında cavab verməli olduğu ortaqlığın öhdəlikləri üzrə ortaqlığın çıxan
iştirakçısından ona keçmiş əmlak həddində məsuliyyət daşıyır.
78.3. Əgər iştirakçılardan biri ortaqlıqdan çıxırsa, ortaqlığın şərikli
kapitalında qalan iştirakçıların payları, əgər nizamnamədə və ya iştirakçıların
başqa razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, müvafiq surətdə artır.
Dostları ilə paylaş: