Maddə 71. Tam ortaqlıqda idarəetmə
71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə
idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu
ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər.
71.2. Əgər nizamnamədə tam ortaqlıq iştirakçılarının səslərinin sayını
müəyyənləşdirməyin başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın hər
iştirakçısının bir səsi vardır.
71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil
edilib-
edilmədiyindən asılı olmayaraq işlərin aparılmasına
dair bütün sənədlərlə
tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o
cümlədən ortaqlıq iştirakçılarının razılaşması
üzrə imtina və ya
məhdudlaşdırma əhəmiyyətsizdir.
Dostları ilə paylaş: