Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə30/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   26   27   28   29   30   31   32   33   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq 
və vəzifələri
65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:
65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və 
ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər;
65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya 
cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və 
digər sənədləri ilə tanış ola bilər;
65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər;
65.1.4. ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə 
hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala 
bilərlər.
65.2. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının bu Məcəllədə, 
ortaqlığın və ya cəmiyyətin nizamnaməsində nəzərdə tutulan başqa 
hüquqları da ola bilər.
65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:
65.3.1. nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və 
müddətlərdə maya qoymalıdırlar;


65.3.2. ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı 
açıqlamamalıdırlar;
65.3.3. onun nizamnaməsində nəzərdə tutulan digər vəzifələri 
daşımalıdırlar.
 
Maddə 66. Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin çevrilməsi
66.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri iştirakçıların ümumi 
yığıncağının qərarı ilə bu Məcəllədə müəyyənləşdirilmiş qaydada başqa 
növlü təsərrüfat ortaqlıqlarına və cəmiyyətlərinə çevrilə bilər.
66.2. Ortaqlıq cəmiyyətə çevrilərkən cəmiyyətin iştirakçısı (səhmdarı) 
olmuş hər bir tam ortaq ortaqlıqdan cəmiyyətə keçmiş öhdəliklər üzrə iki il 
ərzində özünün bütün əmlakı ilə subsidiar məsuliyyət daşıyır. Keçmiş ortağın 
ona mənsub payları (səhmləri) özgəninkiləşdirməsi onu bu cür 
məsuliyyətdən azad etmir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə