Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


[41]   Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə26/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   22   23   24   25   26   27   28   29   ...   252
AR-Mülki-Məcəlləsi-2

[41]
 
Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar
[42]
 
 
60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin 
edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir 
və ləğvetmə prosesi başlayır.
60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə 
saxlanılır.


60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin 
iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul 
edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv 
edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi) çıxış edir.
60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edildiyi andan hüquqi şəxsin 
işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi) borcların 
ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi 
cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların 
ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə 
onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının 
ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 
116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir.
60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) öz fəaliyyətləri zamanı bu 
Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər.
60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) təyin olunduqları qaydada geri 
çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə